Məhkəmə qərarları › İş №e-2-2(113)-1258/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1258/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1258/2024 15.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “Holcim (Azərbaycan)” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Holcim (Azərbaycan)” MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8122.8 manat əsas borcun, 6304.7 manat cərimə məbləğinin, mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 134 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, O000692234 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə edilmiş əlavələrə əsasən Alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində Satıcıya ödəməlidir. Müqavilənin 8.2-ci bəndində qeyd olunur ki, Alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavələrə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28.32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 6791.8 manat məbləğində olan hissəsini ödəməmiş, hər birinin dəyəri 28.32 manat olan 47 ədəd taxta altlığı şirkətimizə geri qaytarmamışdır. Cavabdehin şirkətimizdən təhvil aldığı,amma, dəyərini ödəmədiyi malların cəmi məbləği 8122.8 manat təşkil etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı malların dəyərini, yəni 8122.8 manat əsas borcunu ödəməmişdir. Müqavilənin 8.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 6304.7 manat təşkil edir. Cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərib borc məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyini bildirmişik. Pretenziya məktubu xx.xx.2023-cü il tarixində cavabdehə təqdim edilmişdir və cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi D.Abdullayev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsas borc hissəsində qəbul etdiyini göstərib tələb edilən cərimənin azaldılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, aldığı məhsullar ona təhvil veriləndən sonra yararsız hala düşmüş (daşlaşmış), bu səbəbdən dəyərini ödəyə bilməmişdir, tələb edilən 47 ədəd taxta altlıq əvəzinə iddiaçının satış təmsilçisinə 52 ədəd (5 ədəd artıq) olmaqla geri təhvil vermiş, lakin bu barədə hər hansı sübutu yoxdur. III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 10 yanvar 2020-ci il tarixli O000692234 nömrəli müqaviləyə əsasən satıcı sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.

7. Müqavilənin 3.1-ci bəndinə əsasən mal və qiymətlər (çatdırılma daxil, ƏDV xaric), müqaviləyə edilən əlavələrdə göstərilir.

8. Müqavilənin 8.2-ci bəndinə əsasən alıcı ödəniş bu müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0,1 % qədər cərimə və bundan yarana biləcək adminstrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür.

9. Müqaviləyə 01 nömrəli xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən "xxxx" ASC-nin daxili qiymət siyasətinə uyğun olaraq 31 dekabr 2020-ci il tarixinə kimi malların qiymətləri müəyyən olunmuşdur. Müqavilə müddəti ərzində satıcı alıcıya onun orta aylıq tələbatını nəzərə alaraq 7000 manat (ƏDV daxil) əsas kredit xətti müəyyənləşdirir.

10. Müqaviləyə 02 nömrəli xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən "xxxx" ASC-nin daxili qiymət siyasətinə uyğun olaraq 31 dekabr 2020-ci il tarixinə kimi malların qiymətləri müəyyən olunmuşdur. Müqavilə müddəti ərzində satıcı alıcıya onun orta aylıq tələbatını nəzərə alaraq 7000 manat (ƏDV daxil) əsas kredit xətti müəyyənləşdirir.

11. Müqaviləyə 03 nömrəli xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən "xxxx" ASC-nin daxili qiymət siyasətinə uyğun olaraq 31 dekabr 2020-ci il tarixinə kimi malların qiymətləri müəyyən olunmuşdur. Müqavilə müddəti ərzində satıcı alıcıya onun orta aylıq tələbatını nəzərə alaraq 7000 manat (ƏDV daxil) əsas kredit xətti müəyyənləşdirir.

12. 20.01.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2021-ci il tarixli A********** nömrəli, xx.xx.2020-ci il tarixli A********** nömrəli, xx.xx.2021-ci il tarixli A********** nömrəli, xx.xx.2021-ci il tarixli A********** nömrəli, xx.xx.2021-ci il tarixli A********** nömrəli, xx.xx.2021-ci il tarixli A********** nömrəli yük-nəqliyyat qaimələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və çəkidə mallar təqdim edilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə EBAF 258838 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 006376 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 957474 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 066143 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 903479 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 905792 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 918970 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 983295 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 379034 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 379036 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 113684 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 113685 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 723817 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 723685 nömrəli xx.xx.2020-ci il tarixli, EBAR 520058 nömrəli xx.xx.2020-ci il tarixli, EBAR 520494 nömrəli xx.xx.2020-ci il tarixli, EBAR 520730 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 661659 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 661760 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 787172 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 068317 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 068317 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 032296 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 233819 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 246080 nömrəli xx.xx.2020-ci il tarixli, EBAW 265705 nömrəli xx.xx.2021-ci il tarixli, EBAW 287562 nömrəli xx.xx.2021-ci il tarixli, EBAW 287591 NÖMRƏLİ xx.xx.2021-ci il tarixli, EBAX 148002 nömrəli xx.xx.2021-ci il tarixli, EBAX 152633 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 157611 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 215410 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 10 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

26. Cavabdeh iddiaçı tərəfindən ona təhvil verilmiş, hazırda dəyəri tələb edilən 47 ədəd taxta altlığın iddiaçıya qaytarıldığını iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi hər birinin dəyəri 28.32 manat olan 47 ədəd taxta altlığın dəyərinin tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir.

28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən hesablanmış cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 300 manat müəyyən edilməlidir.

32. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8122,8 manat əsas borc, 300 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 134 manat dövlət rüsumunun 100 manatı cavabdehə, 34 manatı isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8122,8 manat əsas borc, 300 manat cərimə, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 8522,8 (səkkiz min beş yüz iyirmi iki manat səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Holcim (Azərbaycan)” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu iddiaçı “Holcim (Azərbaycan)” MMCnin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar