Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1259/2024 19.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5675,64 manat əsas borcu, 1021,62 manat ƏDV borcu, həmçinin 12 ay üçün vurulmuş ziyana görə 552,48 manat məbləği, eləcədə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcini (100 manat) və cəmi 7349,74 manat məbləğ tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC (“Satıcı”) ilə cavabdeh fərdi sahibkar Cavabdeh (“Alıcı”) arasında bağlanılmış 28 oktyabr 2022-ci il tarixli MC- 21/22 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, satıcı alıcıya hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavələri ilə nəzərdə tutulan malları tədarük etməyi, alıcı isə bu müqavilənin ödəniş şərtləri əsasında bu malları qəbul edib onların razılaşdırılmış dəyərini satıcıya ödəmək barəsində öhdəlik götürmüşdür. Bu müqavilənin 3.5-ci maddəsinin tələblərinə əsasən, mallar alıcıya təhvil verildikdən sonra, alıcı 02 ay ərzində satıcının bank hesabına malların dəyərini tam olaraq köçürməlidir. Nəzərə alaq ki, mallar xx.xx.2022-ci il tarixində alıcıya təhvil verilmişdir. Beləliklə, bu müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə alıcı ödənişlərini tam olaraq bu günə qədər ödəməyərək satıcı qarşısında 5675.64 manat əsas borc, 1021,62 manat ƏDV daxil olmaqla cəmi 6697,26 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq xx.xx.2022-ci il tarixindən başlayaraq artıq 12 aydan çoxdur ki, icra etməkdən qəsdən yayındığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cavabdeh iddiaçıya qaytarmalı olduğu pul vəsaitini uzun müddət qaytarmamaqla, ondan qanunsuz istifadə etmiş və ona zərər vurmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad edilən 21, 439 və 449-cu maddələrinin tələbləri nəzərə alınmaqla əsas borc məbləğindən əlavə 552,48 manat məbləğində vurulmuş zərərin əvəzi də "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi, vəkil sistemə ərizə yükləyərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və tələbin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 28 oktyabr 2022-ci il tarixli MC-21/22 nömrəli satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinin tələbinə görə, satıcı Cavabdeh sifarişi əsasında printerlər üçün katric (toner), ehtiyat hissələri satışını həyata keçirir. 28 oktyabr 2022-ci il tarixli göstərilmiş xidmətin və malların təhvil verilməsi barədə aktdan görünür ki, "xxxx" MMC Cavabdeh 10099,48 manat məbləğində (ƏDV daxil) mal təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 039390 nömrəli EBCK seriyalı elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh 10097,26 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC 110 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 və 567-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında 28 oktyabr 2022-ci il tarixli MC-21/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək malları alıcıya təqdim etmiş, sonuncunun isə borcun bir hissəsini ödəsə də, 5675,64 manat əsas borcu, 1021,62 manat ƏDV borcu məbləğində borcu ödəməmişdir. 28 oktyabr 2022-ci il tarixli göstərilmiş xidmətin və malların təhvil verilməsi barədə aktdan və xx.xx.2022-ci il tarixli 039390 nömrəli EBCK seriyalı elektron qaimədən görünür ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh ƏDV daxil 10097,26 manat məbləğində mal satmış, sonuncu borcun bir hissəsini ödəsə də, 5675,64 manat əsas borcu və 1021,62 manat ƏDV borcu qalmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının ƏDV daxil 6697,26 manat məbləğində borcun, həmçinin 100 manat mediasya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 552,48 manat məbləğində 12 ay üçün hesablanmış ziyan tələbi ilə bağlı isə bildirir ki, iddiaçı sözügedən tələbin tutulmasını Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən xahiş etmiş, lakin cavabdehin həmin vəsaiti əldə edərək faydalanmağı ilə bağlı heçbir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 5675,64 manat əsas borcu, 1021,62 manat ƏDV borcu, cəmi ƏDV daxil 6697,26 manat məbləğində borc, həmçinin 100 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5675,64 manat əsas borcu, 1021,62 manat ƏDV borcu, cəmi ƏDV daxil 6697,26 manat məbləğində borc, həmçinin 100 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1259/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1259/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver