Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1260/2024 29.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar “Borusan Makina ve Güc Sistemleri Sanayi və Ticaret ” Anonim Şirketinin və “Borusan Makina ve Güc Sistemleri Sanayi və Ticaret ” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar “Borusan Makina ve Güc Sistemleri Sanayi və Ticaret ” Anonim Şirketinin və “Borusan Makina ve Güc Sistemleri Sanayi və Ticaret ” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialından - iddia qiymətini təşkil edən 204.748,45 manat məbləğində əsəs borc məbləği, 36.854,72 manat məbləğində ƏDV borcu ümumilikdə 241.603,17 manat borc, qanunvericiliyə uyğun hesablanmış 9773 manat cərimə, 142 manat dövlət rüsumu və 410 manat mediasiya xərclərinin “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş. nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialından 184.987,76 manat məbləğində əsəs borc məbləği, 33.297,80 manat məbləğində ƏDV daxil 218.285,56 manat borc, qanunvericiliyə uyğun hesablanmış 9773 manat cərimə, 142 manat dövlət rüsumu və 410 manat mediasiya xərclərinin “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş. nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 28 mart 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Sazişin məzmunu 1.1. “İddiaçı”nın “Cavabdeh”ə qarşı Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 1260/2024 saylı iş üzrə kommersiya mübahisəsi üzrə pul tələbinə dair iddia qaldırmışdır. Qeyd olunan iddia tələbi üzrə "İddiaçı” "Cavabdeh”dən 184.987,76 manat əsas borc, 33.297,80 manat ƏDV, ümumilikdə ƏDV daxil 218.285,56 manat borcun, 9773 manat cərimə borcu, 142 manat dövlət rüsumu və 410 manat mediasiya xərclərinin tutulmasını məhkəmədən xahiş etmişdir. 1.2. “Saziş” üzrə “Cavabdeh” 184.987,76 manat əsas borc, 33.297,80 manat ƏDV, ümumilikdə ƏDV daxil 218.285,56 manat borcun və 142 manat dövlət rüsumu və 410 manat mediasiya xərclərinin tutulması barədə "İddiaçı” ilə razılığa gəlir. 1.3. “Cavabdeh” “İddiaçı”ya olan borcunun olduğunu etiraf edir və ümumilikdə, mediasiya xərci və dövlət rüsumu (cərimə borcu istisna) daxil olmaqla 218.837,56 manat borc məbləğini ödəniş qrafıkinə uyğun formada hissə-hissə ödəməyi öhdəsinə götürür, “İddiaçı” isə qeyd olunan təkliflə razılaşır. Ödəniş qrafiki ”Saziş”in 2-ci maddəsində öz əksini tapmışdır.
2. Ödəniş qrafiki:
№ Ödəniş tarixi Ödəniş məbləği
1 xx/xx/2024 50.000 manat
2 xx/xx/2024 50.000 manat
3 xx/xx/2024 50.000 manat
4 xx/xx/2024 68.837,56 manat
Toplam 218.837,56 manat
3. Hüquq və öhdəliklər 3.1. “Cavabdeh” öhdəsinə götürür ki, “Saziş” üzrə ödənişləri vaxtlı-vaxtında edəcəkdir. 3.2. Bu sazişin şərtlərinə əsasən “Cavabdeh”in yuxarıda qeyd edilmiş qrafikə uyğun “İddiaçı”ya ödəməli olduğu borc məbləğləri “İddiaçı” əvəzinə üçüncü şəxslər tərəfindən də ödənilə bilər. 3.3. “Saziş”in imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar “Tərəflər” üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.4. “Saziş”in imzalanması sadəcə bu "Saziş” lə əhatə olunan məsələlərə aiddir və “Tərəflər'' arasında digər irad və tələblərə aid edilmir. 3.5. Bu Saziş də nəzərdə tutulan hallar istisna olmaqla, "Tərəflər" hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu "Saziş” bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 3.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.7. Tərəflər razılaşırlar ki, hazırkı "Saziş”dəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etirat etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
4. Konfidensiallıq 4.1. "Tərəflər” aldığı konfidensial kimi qeyd edilmiş məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 4.2. Konfidensial məlumatın hazırkı "Saziş”ə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız "Tərəflər”in qarşılıqlı yazılı razılığı ilə aparıla bilər. 4.3. "Tərəflər” hazırkı öhdəliyi "Saziş"in imzalandığı andan üzərilərinə götürürlər. “Saziş”in başa çatması "Tərəflər”in hazırki öhdəliyinə təsir etməyəcək.
5. Əlavələr və düzəlişlər 5.1. "Tərəflər”in qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı “Əlavə”’lərə müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər. “Tərəflər” imzaladığı andan "Əlavə”lər hüquqi qüvvəyə minir. 5.2. "Tərəflər” razılığa gəlirlər ki, "Tərəflər”in birinin yazılı razılığı olmadan “Saziş”ə dəyişiklik edilə bilməz. "Saziş”in hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə "Tərəflər" razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
6. Mübahisələrin həlli
6.1. Hazırkı "Saziş" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır. 6.2. Hazırkı "Saziş”dən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir ayrılığı, yaxud onun şərtlərinin pozulması "Tərəflər" arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. 6.3. Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə “Tərəflər” aidiyyəti yurisdiksiyalı məhkəməyə, icra orqanlarına müraciət etmək hüququndan istifadə edəcəklər.
7. Fors major
7.1. "Tərəflər'’ bu '‘Saziş”lə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, "Tərəflər"in iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, "Tərəflər"in münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu "Saziş”in icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 7.2. Yuxarıdakı “Saziş"in icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 7.3. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 7.4. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzıə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
8. Müqavilənin müddəti
8.1. Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən “Tərəflər" üçün məcburi xarakter daşıyır. Saziş tam imzalandığı gündən və müvafiq olaraq məhkəmə tərəfindən təsdiq edildiyi müddətdən etibarən qrafikə uyğun şəkildə icra olunmalıdır. Sənədlərin imzalanmasında elektron vasitələrlə mübadiləsinə yol verilir. 8.2. “Tərəflər” bu "Sazişi" mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlaya bilər. 8.3. Bu "Saziş” 3 (üç) nüsxədə, Azərbaycan dillərində tərtib edilmişdir. Nüsxələrin bir “Bakı Kommersiya Məhkəməsi”nə təsdiq edilmək üçün təqdim ediləcək, digər iki nüsxəsi isə “Tərəflər”də saxlanılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçılar “Borusan Makina ve Güc Sistemleri Sanayi və Ticaret ” Anonim Şirketinin və “Borusan Makina ve Güc Sistemleri Sanayi və Ticaret ” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 28 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. Sazişin məzmunu 1.1. “İddiaçı”nın “Cavabdeh”ə qarşı Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 1260/2024 saylı iş üzrə kommersiya mübahisəsi üzrə pul tələbinə dair iddia qaldırmışdır. Qeyd olunan iddia tələbi üzrə "İddiaçı” "Cavabdeh”dən 184.987,76 manat əsas borc, 33.297,80 manat ƏDV, ümumilikdə ƏDV daxil 218.285,56 manat borcun, 9773 manat cərimə borcu, 142 manat dövlət rüsumu və 410 manat mediasiya xərclərinin tutulmasını məhkəmədən xahiş etmişdir. 1.2. “Saziş” üzrə “Cavabdeh” 184.987,76 manat əsas borc, 33.297,80 manat ƏDV, ümumilikdə ƏDV daxil 218.285,56 manat borcun və 142 manat dövlət rüsumu və 410 manat mediasiya xərclərinin tutulması barədə "İddiaçı” ilə razılığa gəlir. 1.3. “Cavabdeh” “İddiaçı”ya olan borcunun olduğunu etiraf edir və ümumilikdə, mediasiya xərci və dövlət rüsumu (cərimə borcu istisna) daxil olmaqla 218.837,56 manat borc məbləğini ödəniş qrafıkinə uyğun formada hissə-hissə ödəməyi öhdəsinə götürür, “İddiaçı” isə qeyd olunan təkliflə razılaşır. Ödəniş qrafiki ”Saziş”in 2-ci maddəsində öz əksini tapmışdır.
2. Ödəniş qrafiki: № Ödəniş tarixi Ödəniş məbləği
1 xx/xx/2024 50.000 manat
2 xx/xx/2024 50.000 manat
3 xx/xx/2024 50.000 manat
4 xx/xx/2024 68.837,56 manat
Toplam 218.837,56 manat
3. Hüquq və öhdəliklər 3.1. “Cavabdeh” öhdəsinə götürür ki, “Saziş” üzrə ödənişləri vaxtlı-vaxtında edəcəkdir. 3.2. Bu sazişin şərtlərinə əsasən “Cavabdeh”in yuxarıda qeyd edilmiş qrafikə uyğun “İddiaçı”ya ödəməli olduğu borc məbləğləri “İddiaçı” əvəzinə üçüncü şəxslər tərəfindən də ödənilə bilər. 3.3. “Saziş”in imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar “Tərəflər” üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.4. “Saziş”in imzalanması sadəcə bu "Saziş” lə əhatə olunan məsələlərə aiddir və “Tərəflər'' arasında digər irad və tələblərə aid edilmir. 3.5. Bu Saziş də nəzərdə tutulan hallar istisna olmaqla, "Tərəflər" hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu "Saziş” bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 3.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.7. Tərəflər razılaşırlar ki, hazırkı "Saziş”dəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
4. Konfidensiallıq 4.1. "Tərəflər” aldığı konfidensial kimi qeyd edilmiş məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 4.2. Konfidensial məlumatın hazırkı "Saziş”ə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız "Tərəflər”in qarşılıqlı yazılı razılığı ilə aparıla bilər. 4.3. "Tərəflər” hazırkı öhdəliyi "Saziş"in imzalandığı andan üzərilərinə götürürlər. “Saziş”in başa çatması "Tərəflər”in hazırki öhdəliyinə təsir etməyəcək.
5. Əlavələr və düzəlişlər 5.1. "Tərəflər”in qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı “Əlavə”’lərə müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər. “Tərəflər” imzaladığı andan "Əlavə”lər hüquqi qüvvəyə minir. 5.2. "Tərəflər” razılığa gəlirlər ki, "Tərəflər”in birinin yazılı razılığı olmadan “Saziş”ə dəyişiklik edilə bilməz. "Saziş”in hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə "Tərəflər" razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
6. Mübahisələrin həlli 6.1. Hazırkı "Saziş" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır. 6.2. Hazırkı "Saziş”dən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir ayrılığı, yaxud onun şərtlərinin pozulması "Tərəflər" arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. 6.3. Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə “Tərəflər” aidiyyəti yurisdiksiyalı məhkəməyə, icra orqanlarına müraciət etmək hüququndan istifadə edəcəklər.
7. Fors major
7.1. "Tərəflər'’ bu '‘Saziş”lə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, "Tərəflər"in iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, "Tərəflər"in münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu "Saziş”in icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 7.2. Yuxarıdakı “Saziş"in icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 7.3. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 7.4. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
8. Müqavilənin müddəti
8.1. Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən “Tərəflər" üçün məcburi xarakter daşıyır. Saziş tam imzalandığı gündən və müvafiq olaraq məhkəmə tərəfindən təsdiq edildiyi müddətdən etibarən qrafikə uyğun şəkildə icra olunmalıdır. Sənədlərin imzalanmasında elektron vasitələrlə mübadiləsinə yol verilir. 8.2. “Tərəflər” bu "Sazişi" mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlaya bilər. 8.3. Bu "Saziş” 3 nüsxədə, Azərbaycan dillərində tərtib edilmişdir. Nüsxələrin bir “Bakı Kommersiya Məhkəməsi”nə təsdiq edilmək üçün təqdim ediləcək, digər iki nüsxəsi isə “Tərəflər”də saxlanılacaqdır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva