Məhkəmə qərarları › İş №e-2-2(113)-1263/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1263/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1263/2025 06.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "Bizim Yükdaşıma” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "Bizim Yükdaşıma” MMC-nin Cavabdeh MMC-yə tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "Bizim Yükdaşıma” MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 05/22 saylı Müqavilə üzrə 6230,40 manat məbləğində əsas borcun, 1246 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 184,12 manat pulun və 97 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iləCavabdeh MMCarasında xx.xx.2022-ci il tarixli 05/22 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı "xxxx" MMC SifarişçiCavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin "xxxx" MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimicavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Müqavilə üzrə 6230,40 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş Təhvil-təslim aktlarla təsdiq edilir. Bu əsasla tərəfimizdən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 6230,40 borc məbləğini tələb etməyimiz barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pulşirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, xx.xx.2022-ci il tarixli 73/22 saylı Müqavilənin 7.3-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 0,2% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 2688,08 manat cərimə məbləği təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈ 20%-i həcmində, yənicəmi 1246 manat dəbbə pulu tələb edilməkdədir.

3. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 05/22 saylı Müqavilə üzrə 6230,40 manat məbləğində əsas borcun, 1246 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 184,12 manat pulun,300 manat vəkil xərcinin və 97 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Sübutların tədqiqi:

7. İddiaçı "Bizim Yükdaşıma” MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında imzalanmış xx.xx.2022-ci il tarixli 05/22 nömrəli yüklərin daşınmasına dair müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı Sifarişçi sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi (bundan sonra «xidmət» adlandırılacaq), Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.. - 3.2.1-ci bəndinə əsasən “sifarişçi” “icraçı” tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirmədən ona ödənilməsini təmin etməlidir. - 4.1-ci bəndinə əsasən Hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, Tərəflər arasında razılaşdırılmış qiymətlər ilə müəyyən edilir. - 4.2-ci bəndinə əsasən Ayda bir dəfə daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil təslim aktı ilə təsdiq edilir. Təhvil təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının məbləği beş bank günü ərzində Sifarişçi tərəfindən İcraçıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda, sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür. Həmin akt 2 nüsxədə icraçı tərəfindən sifaişçiyə təqdim olunur və sifarişçi 10 (on) iş günü ərzində İcraçıya həmin aktı təsdiq edərək təqdim etməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

8. 03.06.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqına aktı ilə 3380.7 manat məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. 01.05.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqına aktı ilə 2218.4 manat məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. 02.07.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqına aktı ilə 1528.1 manat manat məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. İddiaçı tərəfindən cavabdehə EBDF 654244 saylı xx.xx.2023-cü il tarixli 3797.46 manat,MT2407 10180306 saylı xx.xx.2024-cü il tarixli 1528.1 manat, MT2406 10202450 saylı xx.xx.2024-cü il tarixli 3380.7 manat məbləğində elektron qaimələr göndərilmişdir.

12. Beləliklə, iddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixinə xx.xx.2022-ci il tarixli 05/22 saylı Müqavilə üzrə borcu 6230,40 manat, cərimə borcu 2688,08 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 184,12 manat təşkil edir. IV. Tətbiq edilən hüquq:

13. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

15. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "Bizim Yükdaşıma” MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 05/22 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda "Bizim Yükdaşıma” MMC -nin göstərilən müqavilə üzrə "Bizim Yükdaşıma” MMC -yə olan əsas borcu 6230.4 manat təşkil edir. Cavabdehin iddiaçıya 6230.4 manat məbləğində borcunun olması iş materiallarına əlavə edilmiş, müqavilə, qaimələr təhvil-təslim aktları ilə tam təsdiq olunur.

18. Belə olan halda məhkəmə Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 6230.4 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 6230.4 manat tutularaq "Bizim Yükdaşıma” MMC -yə ödənilməlidir.

19. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1246 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

20. Digər tərəfdən iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu (müqavilədə cərimə adlandırılmışdır) və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə malı ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə iki məsuliyyət tədbirinin – müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun və illik 5% olmaqla faizlərin tutulmasını tələb edir.

21. Göründüyü kimi Cavabdeh MMC-nin yükdaşıma xidmətlərin göstərilməsi müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

22. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir.

23. İddiaçının öhdəliyin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 %-lə 184.12 manat məbləğində pulun tutulması tələbinə münasibətdə isə qeyd edilməlidir ki, həmin tələb əsaslıdır və təmin edilməldiir.

24. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 135 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

26. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 87.14 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən 6230.40 manat əsas borc, 300 manat dəbbə pulu, illik 5%-lə 184.12 manat faiz borcu,cəmi 6714,52 manat (altı min yeddi yez on dörd manat əlli iki qəpik) və ödənilmiş 87.14 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC -nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar