Məhkəmə qərarları › İş №e-2-2(113)-127/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-127/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-127/2024 15.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Cavabdeh MMC-yə qarşı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən Evakuator xidməti göstərdikləri vaxt mənə məxsus “LİEBHERR PR 742SL” markalı “90C 485” dövlət qeydiyyat nişanlı Buldozerin sıradan çıxması səbəbindən vurulmuş zərərə görə 50.000 manat, məhkəmədə işə baxılması üçün dövlət rüsumu olaraq ödədiyim 200 manat, 320 manat hüquqi xidmətə görə vəkilə ödənilmiş pul olmaqla - cəmi 50.520 manat pulun alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 və nümayəndəsi X4 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Tərəflərin öhdəlikləri 2.1. Tərəflər razılaşır ki, nəqliyyat vasitəsinə dəymiş ziyanın qalıq 8984 (səkkiz min doqquz yüz səksən dörd) manat hissəsinin cavabdeh tərəfindən aşağıdakı qaydada İddiaçıya ödəniləcəkdir: 2.1.1. 4492 manat - xx.xx.2024-cü il tarixinə kimi; 2.1.2. 4492 manat -xx.xx.2024-cü il tarixinə kimi. 2.2. Barışıq Sazişi tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, Cavabdeh və İddiaçı Barışıq Sazişi əsasında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.3. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini əsassız səbəblərdən vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarix üzrə ödənişlərini icra etməzsə Bu Sazişin şərtlərini birbaşa olaraq pozmuş hesab edilir. 2.4. Bu Sazişin 2.3-cü bəndində nəzərdə tutulmuş hal baş verdiyi təqdirdə, İddiaçı ödənişin icra edilməsi üçün borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.5. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.

3. Digər müddəalar 3.1. Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyiv halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 52,191,261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq,heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Bu saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxədi isə məhkəməyə təqdim olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 14 oktyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

2. Tərəflərin öhdəlikləri 2.2. Tərəflər razılaşır ki, nəqliyyat vasitəsinə dəymiş ziyanın qalıq 8984 (səkkiz min doqquz yüz səksən dörd) manat hissəsinin cavabdeh tərəfindən aşağıdakı qaydada İddiaçıya ödəniləcəkdir: 2.1.3. 4492 manat - xx.xx.2024-cü il tarixinə kimi; 2.1.4. 4492 manat -xx.xx.2024-cü il tarixinə kimi. 4.2. Barışıq Sazişi tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, Cavabdeh və İddiaçı Barışıq Sazişi əsasında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 4.3. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini əsassız səbəblərdən vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarix üzrə ödənişlərini icra etməzsə Bu Sazişin şərtlərini birbaşa olaraq pozmuş hesab edilir. 4.4. Bu Sazişin 2.3-cü bəndində nəzərdə tutulmuş hal baş verdiyi təqdirdə, İddiaçı ödənişin icra edilməsi üçün borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 4.5. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.

4. Digər müddəalar 4.1. Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyiv halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 52,191,261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq,heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 4.2. Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 4.3. Bu saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxədi isə məhkəməyə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar