Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1272/2021 18.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc 10.606,33 AZN (on min altı yüz altı manat otuz üç qəpik) pul məbləğini, dəbbə pulu 2.121,27 AZN (iki min yüz iyirmi bir manat iyirmi yeddi qəpik), ödənilmiş dövlət rüsumu 30 (otuz) manat,cəmi 12.757,6 AZN ( on iki min yeddi yüz əlli yeddi manat altı qəpik) məbləği həcmində müqavilə üzrə məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair xx.xx.2017-ci il tarixində 300/17M saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar,çeşid fərqi və ya hər hansı çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin 3.2 və 4.1-ci bəndlərinin tələbi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələrdən aydın olur ki, 175.440,92 AZN (yüz yetmiş beş min dörd yüz qırx manat doxsan iki qəpik) (ƏDV daxil) məbləğində mal satıcı tərəfindən alıcıya satılmışdır. 10,56 AZN (on manat əlli altı qəpik) məbləğində mal satıcıya geri qaytarılmış, elektron qaimələrdə dəqiqləşmə aparılmışdır. Alıcının satıcıya etdiyi ödənişləri təsdiq edən hesabdan çıxarışlardan da görünür ki, 167.178,45 AZN (yüz altmış yeddi min yüz yetmiş səkkiz manat qırx beş qəpik) (ƏDV daxil) məbləğ, həqiqətən də, ödənilmişdir. Lakin, alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malın dəyərini təşkil edən 175.440,92 AZN (yüz yetmiş beş min dörd yüz qırx manat doxsan iki qəpik) məbləğindən Cavabdeh MMC tərəfindən 167.178,45 AZN (yüz altmış yeddi min yüz yetmiş səkkiz manat qırx beş qəpik) AZN məbləğində ödəniş edilmişdir, Cavabdeh MMCnin İddiaçı MMC-yə əvvəlki illərdən qalma 2354,42AZN (iki min üç yüz əlli dörd manat qırx iki qəpik) məbləğində qalıq məbləğini də hesablandıqda cəmi 10.606,33 AZN (on min altı yüz altı manat otuz üç qəpik) borc bu günkü günə qədər cavabdeh tərəfindən ödənilməyib. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında imzalanmış 300/17M saylı müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə cərimə ödəməlidir. Beləliklə, əsas borc 10.606,33 AZN (on min altı yüz altı manat otuz üç qəpik) təşkil edir, həmin məbləğin 20 (iyirmi) faizi 2.121,27 AZN (iki min yüz iyirmi bir manat iyirmi yeddi qəpik) təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 10.606,33+2.121,27=12.727,6 (on iki min yeddi yüz iyirmi yeddi manat altı qəpik) manat tələb məbləği yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. xx xxxxxx 2020-ci il tarixində, 900 saylı məktubla müqavilə üzrə 10.606,33 AZN (on min altı yüz altı manat otuz üç qəpik) məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanmışdır və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə bizim tərəfimizdən məhkəməyə müraciət ediləcəkdir. Məktub 2 aya yaxındır ki, cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. xx.xx.2017-ci il tarixli, 300/17M saylı müqavilənin 3.1.1-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin indiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmişdir və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmişdir. Alıcı tərəfindən öhdəlik icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh aralarında bağlanmış xx.xx.2017-ci il tarixli 300/17M №-li alqı-satqı müqaviləsinə əsasən hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymət və göstəricilərə müvafiq malları (bundan sonra “Mal”) Alıcının mülkiyyətinə verir , Alıcı isə Malı qəbul edib dəyərini ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti bu müqaviləyə əlavə edilmiş qiymət razılaşdırma protokolunda öz əksini tapır. Qeyd olunan müqavilənin 5.3-cü bəndinə əsasən malın dəyərinin ödənilməsi üzrə öhdəliyin icrası günü istirahət və ya bayram günününə düşərsə, ödəmə bu tarixdən sonrakı ilk iş günü həyata keçirilməlidir. Müqavilənin 8.3-cü maddəsində nəzərdə tutulan öhdəlikləri pozması malın dəyərinin vaxtından gec ödənilməsinə səbəb olarsa, alıcı gecikdirilən hər gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cəriməni satıcıya ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 608953 nömrəli elektron qaiməfakturadan görünür ki, məhsullarının yekun dəyəri 1601,45 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 866708 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 4481,52 manat olmaqla;xx.xx.2019-cu il tarixli, 889497 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 3990,58 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 321473 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 4873,90 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 406242 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 1864,27 manat olmaqla;xx.xx.2019-cu il tarixli, 599064 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 1203,74 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 778321 nömrəli elektron qaiməfakturadan görünür ki, məhsullarının yekun dəyəri 3393,56 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 778323 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 295,35 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 115721 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 270,01 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 115725 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 2333,85 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 976276 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 585,74 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 288945 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 2955,73 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 288948 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 133,87 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 334868 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 1264,75 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 389833 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 175,35 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 389835 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 1600,95 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 576422 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 445,07 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 737071 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 3184,14 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 019763 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 23600,00 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 560574 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 538,79 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 193180 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 37,80 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 216238 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 26,50 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 666952 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 28033,04 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 666953 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 18249,18 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 910576 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 11301,78 manat olmaqla; xx.xx.2019-cu il tarixli, 445689 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 29550,00 manat olmaqla; xx.xx.2020-ci il tarixli, 426042 nömrəli elektron qaimə-fakturadan görünür ki, məhsullarının yekun dəyəri 2950,00 manat olmaqla iddiaçı cavabdehə mal satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli M-İİ-00083587 nömrəli malların təhvilqəbul aktına əsasən ƏDV daxil olmaqla 2.333,85 manat dəyərində mal; xx.xx.2019-cu il tarixli M-İİ-00086146 nömrəli malların təhvil-qəbul aktına əsasən ƏDV daxil olmaqla 585,74 manat dəyərində mal; xx.xx.2019-cu il tarixli M-İİ-00089876 nömrəli malların təhvilqəbul aktına əsasən ƏDV daxil olmaqla 2.955,73 manat dəyərində mal; xx.xx.2019-cu il tarixli M-İİ-00090133 nömrəli malların təhvil-qəbul aktına əsasən ƏDV daxil olmaqla 175,35 manat dəyərində mal; xx.xx.2019-cu il tarixli M-İİ-00090137 nömrəli malların təhvilqəbul aktına əsasən ƏDV daxil olmaqla 1.600,95 manat dəyərində mal; xx.xx.2019-cu il tarixli M-İİ-00091234 nömrəli malların təhvil-qəbul aktına əsasən ƏDV daxil olmaqla 3.184,14 manat dəyərində mal; xx.xx.2019-cu il tarixli M-İİ-00083586 nömrəli malların təhvil-qəbul aktına əsasən ƏDV daxil olmaqla 270,01 manat dəyərində mal cavabdehə təhvil verilmiş, iddiaçı və cavabdehin nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. İş materiallarında olan borclar üzrə hesabatdan görünür ki, Cavabdeh İddiaçınə 8607,91 AZN əsas məbləğ, 1998,42 AZN ƏDV olmaqla cəmi 10606,33 AZN borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca icra etməsi cavabdeh tərəfindən də təsdiqlənmişdir. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş qaimə-fakturalar üzrə təqdim olunmuş malların ümumi dəyəri 38187,16 (ƏDV daxil) manat məbləğində sonuncu tərəfindən borc ödənilməmişdir. Eyni zamanda həmin Müqavilənin 8.4-cü bəndinə əsasən gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1% (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməyi qəbul və təsdiq edir. Buna görə də, iddiaçı müqavilə üzrə ödənilməmiş borca görə, ona cərimə hesablamaqla, cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. AR Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə (cərimə) pulu 212 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 300/17M №-li alqı-satqı müqaviləsinə əsasən iddiaçının borcun tutulması tələbi təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2017-ci il tarixli 300/17M №-li müqaviləyə görə ödənilməli olan əsas borc 10.606,33 AZN (on min altı yüz altı manat otuz üç qəpik) pul məbləğini, dəbbə pulu 212 AZN (iki yüz on iki manat), ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, cəmi 10848,33 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən əsas borc 10.606,33 manat (on min altı yüz altı manat otuz üç qəpik) pul məbləğini, dəbbə pulu 212 manat (iki yüz on iki manat), ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, cəmi 10848,33 (on min səkkiz yüz qırx səkkiz manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1272/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1272/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver