Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1280/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, tərəflərin iştirakı olmadan, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "X2" MMC-nin (VÖEN: **********) sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna olan borcu 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 0 manat və İşsizlikdən sığorta Sığorta Fonduna olan borcu 0 manat təşkil edir.
2. "X3" MMC-nin (VÖEN: **********) sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "X3" MMC İcbari Tibbi Sığorta Fondu üzrə xx.xx.2024-cü il tarixdə cəmi 5.056,38 manat ödəniş etmiş və xx.xx.2024-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna olan borcu (qalıq üzrə faiz borcu) 415,96 manat təşkil edir, Dövlət Sosial Müdafiə Fondu üzrə xx.xx.2024-cü il tarixdə cəmi 24.140,97 manat ödəniş etmiş və xx.xx.2024-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan borcu (penya üzrə borcu) 5.234,75 manat təşkil edir, İşsizlikdən sığorta fondu üzrə xx.xx.2024-cü il tarixdə cəmi 1.190,20 manat ödəniş etmiş və xx.xx.2024-cü il tarixə İşsizlikdən sığorta Fonduna olan borcu (penya üzrə borcu) 102,63 manat təşkil edir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "X3" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********649900 nömrəli, xx.xx.2023-cü il tarixli **********646800 nömrəli, xx.xx.2023-cü il tarixli **********650300 nömrəli, xx.xx.2023-cü il tarixli **********780500 nömrəli, xx.xx.2023-cü il tarixli **********781200 nömrəli və xx.xx.2023-cü il tarixli **********779100 nömrəli bildirişlərin surətindən görünür ki, "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti və "X3" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
4. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti və "X3" MMC-nin rəhbəri Maraqlı şəxsdur.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) Ərizəçinin tələbi və tələbinin dəlilləri
5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "X3" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 38.793,19 manat, İşsizlikdən sığorta fonduna olan 1.312,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan 6.196,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi MYİ******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "X2" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 427,96 manat, İcbari Tibbi Sığorta Fonduna 2.361,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 16.350,39 manat, "X3" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 22.442,8 manat, İcbari Tibbi Sığorta Fonduna 3.835,39 manat, İşsizlikdən sığorta fonduna 884,72 manat olmaqla, ümumilikdə 46.302,35 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********649900 nömrəli, xx.xx.2023-cü il tarixli **********646800 nömrəli, xx.xx.2023-cü il tarixli **********650300 nömrəli, xx.xx.2023-cü il tarixli **********780500 nömrəli, xx.xx.2023-cü il tarixli **********781200 nömrəli və xx.xx.2023-cü il tarixli **********779100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 2 ünvanında yaşayır.
7. Ərizəçi tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinə istinad etmişdir..
b) Ərizəyə qarşı etirazın dəlilləri
8. Ərizəyə qarşı etiraz təqdim olunmamışdır.
a) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.
14. AR MPM-in: - 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
15. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
16. Məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir.
17. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "X2" MMC-nin İşsizlikdən sığorta fonduna 427,96 manat, İcbari Tibbi Sığorta Fonduna 2.361,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 16.350,39 manat, "X3" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 22.442,8 manat, İcbari Tibbi Sığorta Fonduna 3.835,39 manat, İşsizlikdən sığorta fonduna 884,72 manat olmaqla, ümumilikdə 46.302,35 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanın rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
18. Məhkəmə araşdırması zamanı isə müəyyən edildi ki, qətnamənin qəbul edildiyi tarixə vergi ödəyicisi olan "X2" MMC-nin işsizlikdən sığorta, dövlət sığorta və icbari tibbi sığorta haqları üzrə borcu qalmamışdır.
19. Digər hüquqi şəxs "X3" MMC isə ərizəçi 10 saylı Ərazi Vergilər İdarəsi hazırkı ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə İcbari Tibbi Sığorta Fonduna olan borc üzrə 5.056,38 manat (halbuki xx.xx.2024-cü il tarixə borcu 3.835,39 manat olmuş); eyni tarixdə Dövlət Sosial Müdafiə Fonduna olan borc üzrə 24.140,97 manat (halbuki xx.xx.2024-cü il tarixə borcu 22.442,8 manat olmuş) və xx.xx.2024-cü il tarixdə İşsizlikdən sığorta fonduna olan borc üzrə 1.190,20 manat (halbuki xx.xx.2024-cü il tarixə borcu 884,72 manat olmuşdur) ödəniş etməklə hazırkı ərizədə göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə olan məcburi dövlət sosial sığorta, İşsizlikdən sığorta və İcbari Tibbi Sığorta haqları üzrə öhdəliklərini tam şəkildə icra etmişdir.
20. Beləliklə, hazırkı ərizədə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas olaraq göstərilmiş hallar, yəni yuxarıda göstərilən hüquqi şəxslərin xx.xx.2024-cü il tarixədək olan dövr üçün icra edilməmiş öhdəliklərinin mövcudluğu aradan qalxdığından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Hakim Leyla Əliyeva