Məhkəmə qərarları › İş №e-2-2(113)-1286/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1286/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1286/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Qasımov Fərid Fərzalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 68925 manat (ƏDV daxil) qalıq borc, müqavilə üzrə hesablanmış 6892,50 manat cərimə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 410 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat olmaqla, cəmi 76727,50 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh”) arasında AB/B-36/1022 saylı, 01 oktyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müvafiq növdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malın dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 68925 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mala görə qalıq borcun ödənilməsini xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Bundan sonra iddiaçı mübahisənin həlli məqsədilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Müqavilə üzrə yaranmış 68925 manat qalıq borc, habelə borc məbləğinə uyğun hesablanmış 6892,50 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış AB/B-36/1022 saylı, 01 oktyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən əlavə(lər)də göstərilən tərkibdə, texniki göstəricilərə uyğun vəziyyətdə beton məhsulunu alıcıya verir, alıcı isə həmin malı qəbul edərək malın dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəyir. Müqaviləyə edilmiş 1 saylı əlavənin (spesifikasiya və xüsusi şərtlər) 2.2-ci bəndinə görə müqavilə üzrə ödənişlər satıcı və alıcı tərəfindən razılaşdırılmış şəkildə avans (100%) olaraq hər bir partiya sifariş üzrə satıcıya bank köçürmə yolu ilə ödənilir. Mal sonradan ödəmə şərtilə alıcıya satılarsa, satıcı tərəfindən mala dair müvafiq elektron qaimənin alıcıya təqdim olunmasından sonra 15 gün ərzində verilən malın dəyəri tam şəkildə satıcıya ödənilməlidir. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə görə alıcı müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya əsassız olaraq malın təhvil alınmasını gecikdirdikdə, hər gecikən gün üçün satıcıya ödənilməyən məbləğin 0.5% həcmində cərimə ödəməlidir. Cərimə satıcı tərəfindən bildirildiyi tarixdən etibarən üç gün ərzində ödənilməlidir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən 68924,98 manat (ƏDV daxil) qalıq borc, müqavilə üzrə hesablanmış 6892,49 manat cərimə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 410 manat və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat olmaqla, cəmi 76727,47 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 567-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

6. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə AB/B-36/1022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən əlavə(lər)də göstərilən tərkibdə, texniki göstəricilərə uyğun vəziyyətdə beton məhsulunu (bundan sonra “mal” adlandırılacaq) alıcıya verir, alıcı isə həmin malı qəbul edərək malın dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən bazarda malın istehsalında istifadə olunan materialların (sement, qum-çınqıl, kimyəvi qatqılar və s.), kommunal xidmətlərin (su, işıq), daşınma ilə əlaqədar yanacağın qiymətində, respublika üzrə müəyyən olunmuş əmək haqqının minimum məbləğində, habelə malın maya dəyərinə təsir göstərə biləcək digər xərclərdə hər hansı dəyişiklik olduğu halda, malın qiyməti satıcı tərəfindən müvafiq qaydada dəyişdirilə bilər və bu barədə alıcı yazılı şəkildə bir həftə əvvəl xəbərdar edilir. Müqavilənin 2.3-cü bəndinə əsasən mal sonradan ödəmə şərti ilə satıldıqda, satıcının tələbinə əsasən və satıcının müəyyən etdiyi məbləğdə alıcı bank zəmanət məktubu təqdim etməlidir; 3.7-ci bəndinə əsasən satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra, alıcı tərəfindən elektron qaimənin ləğv olunmasından və ya təsdiq edilməməsindən asılı olmayaraq, mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Tərəflər əlavə olaraq müvafiq təhvil-təslim aktı imzalaya bilərlər; 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya əsassız olaraq malın təhvil alınmasını gecikdirdikdə, hər gecikən gün üçün satıcıya ödənilməyən məbləğin 0,5% həcmində cərimə ödəməlidir. Cərimə satıcı tərəfindən bildirildiyi tarixdən etibarən üç gün ərzində ödənilməlidir. Müqavilənin 5.3-cü bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavəsi ilə müəyyən edilmiş həcmdə malı müəyyən edilmiş müddət ərzində alıcıya təhvil vermədiyi təqdirdə, hər gecikən gün üçün alıcıya təhvil verilməmiş malın qiymətinin 0,5% həcmində cərimə ödəməlidir, lakin cərimə məbləği təhvil verilməmiş malın dəyərinin 1%-dən çox olmamalıdır. Müqaviləyə 1 və 2 nömrəli əlavələrlə malların adı və qiyməti müəyyənləşdirilmişdir. Müqavilə və ona əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə AB/B-36/1022 nömrəli alqı-satqı müqaviləsinə dair həmin tarixdə bağlanmış 1 saylı Əlavənin (spesifikasiya və şərtlər) 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər satıcı və alıcı tərəfindən razılaşdırılmış şəkildə avans (100%) olaraq hər bir partiya sifariş üzrə satıcıya bank köçürmə yolu ilə ödənilir. Mal sonradan ödəmə şərtilə alıcıya satılarsa, satıcı tərəfindən mala dair müvafiq elektron qaimənin alıcıya təqdim olunmasından sonra 15 gün ərzində verilən malın dəyəri tam şəkildə satıcıya ödənilməlidir.

10. AB/B-36/1022 nömrəli alqı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış 2 saylı Əlavənin (spesifikasiya və şərtlər) 4.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər satıcı və allıcı tərəfindən razılaşdırılmış şəkildə avans (100%) olaraq hər bir partiya sifariş üzrə satıcıya bank köçürmə yolu ilə ödənilir. Mal sonradan ödəmə şərtilə alıcıya satılarsa, satıcı tərəfindən mala dair müvafiq elektron qaimənin alıcıya təqdim olunmasından sonra 15 gün ərzində verilən malın dəyəri tam şəkildə satıcıya ödənilməlidir.

11. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 990554 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 641,92 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 994388 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 999798 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 000619 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 999667 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 976187 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 968600 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 606070 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 607295 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 742962 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

21. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605932 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

22. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605772 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605783 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605888 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

25. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605706 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 641,92 manat (ƏDV daxil) təşkil edir.

26. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605765 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

27. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605623 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

28. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605692 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

29. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605544 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

30. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605336 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

31. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605410 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

32. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605432 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

33. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 604922 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

34. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 604953 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

35. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605242 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

36. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605266 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 641,92 manat (ƏDV daxil) təşkil edir.

37. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 605294 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

38. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 601621 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 641,92 manat (ƏDV daxil) təşkil edir.

39. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 601835 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

40. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 603630 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

41. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 604595 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

42. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 600235 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

43. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 600385 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

44. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 600545 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

45. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 601242 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

46. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 601412 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

47. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 586038 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

48. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 599223 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

49. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 599666 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

50. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 600032 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

51. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 600064 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

52. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 600111 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 641,92 manat (ƏDV daxil) təşkil edir.

53. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 573541 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

54. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 580195 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

55. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 581951 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

56. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 582612 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 641,92 manat (ƏDV daxil) təşkil edir.

57. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 583367 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 641,92 manat (ƏDV daxil) təşkil edir.

58. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 584002 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

59. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 584581 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

60. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 554986 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

61. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 555561 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 641,92 manat (ƏDV daxil) təşkil edir.

62. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 555990 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 641,92 manat (ƏDV daxil) təşkil edir.

63. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 558135 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

64. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 559125 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

65. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 560186 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

66. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 560637 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

67. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 548784 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

68. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 549623 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 722,16 manat (ƏDV daxil) təşkil edir.

69. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 550804 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

70. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 551432 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

71. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 552304 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

72. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 554256 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 802,40 manat (ƏDV daxil) təşkil edir.

73. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 740449 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

74. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 755067 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

75. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 755067 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

76. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 755827 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 828,36 manat (ƏDV daxil) təşkil edir.

77. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 764173 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

78. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 768885 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 736,32 manat (ƏDV daxil) təşkil edir.

79. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 775226 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 828,36 manat (ƏDV daxil) təşkil edir.

80. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 756366 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

81. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 761536 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

82. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 771420 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

83. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 774603 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

84. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 744373 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 736,32 manat (ƏDV daxil) təşkil edir.

85. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 804081 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

86. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 810313 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

87. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 811425 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 828,36 manat (ƏDV daxil) təşkil edir.

88. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 812344 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

89. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 814271 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

90. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 814969 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 736,32 manat (ƏDV daxil) təşkil edir.

91. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 829391 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

92. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 805875 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

93. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 834419 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 736,32 manat (ƏDV daxil) təşkil edir.

94. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 853472 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

95. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 866838 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 828,36 manat (ƏDV daxil) təşkil edir.

96. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 869156 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

97. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 879116 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.

98. xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 882656 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 598,26 manat (ƏDV daxil) təşkil edir.

99. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

100. Cavabdeh MMC xx.xx.2023-cü il tarixli, 62/23 nömrəli məktubla İddiaçı MMC-yə müraciət edərək vergi orqanı tərəfindən bank hesablarının bloklandığını, bu səbəbdən ödənişi həyata keçirə bilmədiklərini, hesabda olan məhdudiyyətlər aradan qaldırıldıqdan dərhal sonra ödənişin tam şəkildə həyata keçiriləcəyini bildirmişdir.

Tətbiq edilən hüquq

101. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

102. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

103. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

104. İddia tələbinin bir hissəsini cavabdeh “Cavabdeh MMC-dən 68924,98 manat (malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas borcun tutulması təşkil edir.

105. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra, alıcı tərəfindən elektron qaimənin ləğv olunmasından və ya təsdiq edilməməsindən asılı olmayaraq, mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Tərəflər əlavə olaraq müvafiq təhvil-təslim aktı imzalaya bilərlər. Beləliklə, tərəflər müvafiq təhvil-təslim aktının tərtib olunmasını məcburi şərt kimi yox, tərəflərin seçimi kimi müəyyən etmişlər. Müqavilə şərtlərinə əsasən alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra mal alıcı tərəfindən qəbul edilmiş sayılır.

106. Müqavilə şərtlərini əsas götürərək, məhkəmə belə nəticəyə gəlir ki, elektron qaimələrdə göstərilən mallar alıcı olan cavabdehə təhvil verilmişdir və həmin malların dəyəri ödənilməmişdir. Cavabdeh MMC-nin İddiaçı MMC-yə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda da cavabdeh vergi orqanı tərəfindən bank hesablarının bloklandığını, bu səbəbdən ödənişi həyata keçirə bilmədiklərini, hesabda olan məhdudiyyətlər aradan qaldırıldıqdan dərhal sonra ödənişin tam şəkildə həyata keçiriləcəyini bildirmişdir.

107. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçıya borcu yaranmışdır. Tələb olunan məbləğin ödənilməsimnə dair hər hansı sübut məhkəməyə əqdim olunmamaışdır.

108. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının qalıq borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMCdən 68924,98 manat (altmış səkkiz min doqquz yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu elektron qaimələr və iş materialları ilə təsdiq olunur.

109. Bundan əlavə, iddiaçı cavabdehdən 6892,49 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

110. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 3500 (üç min beş yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

111. Eləcə də, 410 (dörd yüz on) manat mediasiya xərci və 500 (beş yüz) manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

112. Məhkəmə hesab edir ki, 410 (dörd yüz on) manat mediasiya xərci və 500 (beş yüz) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

113. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 68924,98 manat (altmış səkkiz min doqquz yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) əsas borc, 3500 (üç min beş yüz) manat cərimə, 410 (dörd yüz on) manat mediasiya xərci, 500 (beş yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 73334,98 manat (yetmiş üç min üç yüz otuz dörd manat doxsan səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar