Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1289/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 976 manat məbləğində əsas borc məbləği, 1124 manat məbləğində cərimə məbləği olmaqla, cəmi 18100 həcmində pul məbləğinin, o cümlədən 144,30 manat həcmində ödənilmiş dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilən 320 manat məbləğində hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. “İddiaçı” və “Cavabdeh” aralarında imzalanmış xx.xx.2023-cü il tarixli 01A/23 alqısatqı müqaviləsi üzrə şirkətdaxili maillər və canlı görüşlər üzərindən aparılmış qarşılıqlı üzləşmə nəticəsində hazırkı sazişə öz rəsmi nümayəndələri vasitəsilə imza etməklə bəyan və qəbul edirlər ki, “Cavabdeh”in “İddiaçı”ya olan paketlərin təhvil verilməsi üçün “Cavabdeh”ə ödənilmiş avans qalıq məbləği 13672.07 manat (ƏDV daxil olmaqla), Blotter üçün olan ödənilmiş avans məbləği isə 3304.00 manat (ƏDV daxil) məbləği təşkil etməklə, “İddiaçı” tərəfindən ödənilmiş, lakin “Cavabdeh” tərəfindən qarşılıqlı öhdəliklərlə icrası tamamlanmamış və nəticədə avans ödəniş kimi qalmaqla davam edən ümumi borc məbləği 16976.07 manat (ƏDV daxil) təşkil edir.
2. “Cavabdeh” hazırkı Sazişi imzalamaqla iddiaçının iddia tələbini 16976.07 (on altı min doqquz yüz yetmiş altı manat, sıfır yeddi qəpik) manat məbləğində qəbul edir, üzərinə öhdəlik götürür ki, həmin məbləğin ödənilməsini 4 bərabər ödəniş hissəsində, hər bir ödəniş hissəsini isə 4244 (dörd min iki yüz qırx dörd) manat olmaqla 2025-ci ilin fevral ayının 19-u tarixindən başlamaqla hər növbəti ayın 19-u tarixindən gec olmamaqla ödəyəcəkdir. Ödənişlərin qrafiki aşağıdakı məzmunda razılaşdırılmışdır: 19 fevral 2025-ci il 4244 manat (ədv daxil) 19 mart 2025-ci il 4244 manat (ədv daxil) 19 aprel 2025-ci il 4244 manat (ədv daxil) 19 may 2025-ci il 4244,07 manat (ədv daxil).
3. “Cavabdeh” həmçinin hazırkı Sazişi imzalamaqla üzərinə öhdəlik götürür ki, iddia predmetini təşkil edən 01 A/23 saylı xx.xx.2023 tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil etmiş İddiaçıya verilməli olan 1100 ədəd ECO ÇANTA və 44 cüt ayaqqabının təhvil verilməsi prosesini xx.xx.2025 tarixindədək başa çatdıracaqdır.
4. “İddiaçı” isə üzərinə öhdəlik götürür ki, “Cavabdeh” bu Sazişin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirməsi müqabilində ona qarşı olan e-2-2(113)-1289/2025 saylı kommersiya işi üzrə iddia tələbindən imtina edəcəkdir və öhdəliklərin icrası yekununda iş üzrə icraata xitam verilməsinə dair müvafiq ərizəsini tələb edilən bütün qurumlara təqdim edəcəkdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə təqdim olunmuş barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:
1. 1. “İddiaçı” və “Cavabdeh” aralarında imzalanmış xx.xx.2023-cü il tarixli 01A/23 alqı-satqı müqaviləsi üzrə şirkətdaxili maillər və canlı görüşlər üzərindən aparılmış qarşılıqlı üzləşmə nəticəsində hazırkı sazişə öz rəsmi nümayəndələri vasitəsilə imza etməklə bəyan və qəbul edirlər ki, “Cavabdeh”in “İddiaçı”ya olan paketlərin təhvil verilməsi üçün “Cavabdeh”ə ödənilmiş avans qalıq məbləği 13672.07 manat (ƏDV daxil olmaqla), Blotter üçün olan ödənilmiş avans məbləği isə 3304.00 manat (ƏDV daxil) məbləği təşkil etməklə, “İddiaçı” tərəfindən ödənilmiş, lakin “Cavabdeh” tərəfindən qarşılıqlı öhdəliklərlə icrası tamamlanmamış və nəticədə avans ödəniş kimi qalmaqla davam edən ümumi borc məbləği 16976.07 manat (ƏDV daxil) təşkil edir.
2. “Cavabdeh” hazırkı Sazişi imzalamaqla iddiaçının iddia tələbini 16976.07 (on altı min doqquz yüz yetmiş altı manat, sıfır yeddi qəpik) manat məbləğində qəbul edir, üzərinə öhdəlik götürür ki, həmin məbləğin ödənilməsini 4 bərabər ödəniş hissəsində, hər bir ödəniş hissəsini isə 4244 (dörd min iki yüz qırx dörd) manat olmaqla 2025-ci ilin fevral ayının 19-u tarixindən başlamaqla hər növbəti ayın 19-u tarixindən gec olmamaqla ödəyəcəkdir. Ödənişlərin qrafiki aşağıdakı məzmunda razılaşdırılmışdır: 19 fevral 2025-ci il 4244 manat (ədv daxil) 19 mart 2025-ci il 4244 manat (ədv daxil) 19 aprel 2025-ci il 4244 manat (ədv daxil) 19 may 2025-ci il 4244,07 manat (ədv daxil).
3. “Cavabdeh” həmçinin hazırkı Sazişi imzalamaqla üzərinə öhdəlik götürür ki, iddia predmetini təşkil edən 01 A/23 saylı xx.xx.2023 tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil etmiş İddiaçıya verilməli olan 1100 ədəd ECO ÇANTA və 44 cüt ayaqqabının təhvil verilməsi prosesini xx.xx.2025 tarixindədək başa çatdıracaqdır.
4. “İddiaçı” isə üzərinə öhdəlik götürür ki, “Cavabdeh” bu Sazişin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirməsi müqabilində ona qarşı olan e-2-2(113)-1289/2025 saylı kommersiya işi üzrə iddia tələbindən imtina edəcəkdir və öhdəliklərin icrası yekununda iş üzrə icraata xitam verilməsinə dair müvafiq ərizəsini tələb edilən bütün qurumlara təqdim edəcəkdir. Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova