Məhkəmə qərarları › İş №e-2-2(113)-1291/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1291/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1291/2023 02.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) 4596,21 manat borc, 60 manat mediasiyaya ödənilən rüsum, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı çəkilən xərclər, vəkillə bağlanan müaqvilə üzrə 3000 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə (VÖEN: **********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh (VÖEN: **********) 4596,21 manat borc və 60 manat mediasiyaya ödənilən rüsumun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 01 may 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Tərəflər razılaşır ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh (VÖEN: **********) 4596,21 manat (dörd min beş yuz doxsan altı manat iyirmi bir qəpik) məbləğində borcu var idi.

2. Həmin borcun 3640 manatını borclu etiraf edir, tələbkar qəbul edir.

3. Həmin borcdan borclu 1800 manat və 500 manat ödədi və tələbkar həmin borcu qəbul etdi.

4. Tərəflər razılaşır ki, borclu 1340 manat borcu xx.xx.2023-cü ilə kimi hissə-hissə ödəməyi öz öhdəsinə götürür, tələbkar isə həmin məbləğin qəbul edilməsini öz üzərinə götürür.

5. Tərəflər razılığa gəlir ki, borclu borcu ödəmədiyi təqdirdə hər gecikdirilən günə görə 0.1% cəriməni ödəməyi öz öhdəsinə götürür.

6. Tərəflər razılığa gəlir ki, bu sazişlə razılaşdırılmış borc razılaşdırılmış tarixdə ödənmədiyi təqdirdə, birbaşa məhkəməyə icra vərəqəsinin verilməsi barədə müraciət olunacaq.

7. Tərəflər hazırkı sazişi imzalamaqla aralarında yaranmış mübahisənin həll edilməsi barədə razılığa gəlirlər və qeyd olunan mübahisənin yuxarıda göstərilən şərtlərlə həll edilməsini öz üzərlərinə götürürlər.

8. Bu saziş 3 (üç) nüsxədə və azərbaycan dilində tərtib olunub imzalanır. İmzalanmış və faksla və ya digər elektron vasitələrlə ötürülmüş barışıq sazişi sənədin əslinə bərabər tutulur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. Tərəflər razılaşır ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh (VÖEN: **********) 4596,21 manat (dörd min beş yuz doxsan altı manat iyirmi bir qəpik) məbləğində borcu var idi.

2. Həmin borcun 3640 manatını borclu etiraf edir, tələbkar qəbul edir.

3. Həmin borcdan borclu 1800 manat və 500 manat ödədi və tələbkar həmin borcu qəbul etdi.

4. Tərəflər razılaşır ki, borclu 1340 manat borcu xx.xx.2023-cü ilə kimi hissə-hissə ödəməyi öz öhdəsinə götürür, tələbkar isə həmin məbləğin qəbul edilməsini öz üzərinə götürür.

5. Tərəflər razılığa gəlir ki, borclu borcu ödəmədiyi təqdirdə hər gecikdirilən günə görə 0.1% cəriməni ödəməyi öz öhdəsinə götürür.

6. Tərəflər razılığa gəlir ki, bu sazişlə razılaşdırılmış borc razılaşdırılmış tarixdə ödənmədiyi təqdirdə, birbaşa məhkəməyə icra vərəqəsinin verilməsi barədə müraciət olunacaq.

7. Tərəflər hazırkı sazişi imzalamaqla aralarında yaranmış mübahisənin həll edilməsi barədə razılığa gəlirlər və qeyd olunan mübahisənin yuxarıda göstərilən şərtlərlə həll edilməsini öz üzərlərinə götürürlər.

8. Bu saziş 3 (üç) nüsxədə və azərbaycan dilində tərtib olunub imzalanır. İmzalanmış və faksla və ya digər elektron vasitələrlə ötürülmüş barışıq sazişi sənədin əslinə bərabər tutulur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar