Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1297/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddianın baxılmamış saxlanması haqqında) Əmlak Məsələləri Dövlət Komitəsi (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) “Azərbaycan Vətən Müharibəsi Veterenları” İctimai Birliyinə qarş pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əmlak Məsələləri Dövlət Komitəsi (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) “Azərbaycan Vətən Müharibəsi Veterenları” İctimai Birliyinə qarşı, iddiaçı ilə cavabdeh arasında bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 54 F, qapı 1 ünvanında yerləşən, sahəsi 51.9 kv.m olan qeyriyaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2019-ci il tarixli, 7092 nömrəli müqavilə ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 8.000,00 (səkkiz min) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki iş üzrə cavabdeh tərəfindən satın alınmış əmlakın dəyəri tam ödənildiyindən, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki,iddiaçının vəsatəti təmin edilməli vəiddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11 maddələrinə uyğun olaraq, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin nümayəndəsinin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Eyni zamanda iddiaçının mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından və həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təmin edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) “Azərbaycan Vətən Müharibəsi Veterenları” İctimai Birliyinə qarşı, iddiaçı ilə cavabdeh arasında bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 54 F, qapı 1 ünvanında yerləşən, sahəsi 51.9 kv.m olan qeyriyaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2019-ci il tarixli, 7092 nömrəli müqavilə ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 8.000,00 (səkkiz min) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmalı və ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) “Azərbaycan Vətən Müharibəsi Veterenları” İctimai Birliyinə qarşı, iddiaçı ilə cavabdeh arasında bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 54 F, qapı 1 ünvanında yerləşən, sahəsi 51.9 kv.m olan qeyriyaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2019-ci il tarixli, 7092 nömrəli müqavilə ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 8.000,00 (səkkiz min) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın və ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1297/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1297/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver