Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1308/2021 08.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, CavabdehMMC-dən əsas borc 6849,28 manat pul məbləğini, dəbbə pulu 595,95 manat, ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, cəmi 7475,23 manat həcmində müqavilə üzrə məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair xx.xx.2017-ci il tarixində 372/17M saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC is alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin 3.2 və 4.1-ci bəndlərinin tələbi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Lakin, Alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir. Belə ki, elektron qaimələrdən aydın olur ki, 7401,07 manat (ƏDVdaxil) məbləğində mal Satıcı tərəfindən Alıcıya satılmışdır. İddiaçı MMC-nin borclar üzrə hesabatından göründüyü kimi cavabdehin əvvəlki illərin ödənişlərindən artıq qalan 551,xx xxxxx 7401,07 manat (ƏDV daxil) borc məbləğindən çıxılaraq, borc 6849,28 manat (ƏDV daxil) məbləğində müəyyən edilmiş və bu günkü günə qədər 6849,28 manat (ƏDVdaxil) cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında imzalanmış 372/17M saylı müqavilənin 8.4-cü bəndinə əsasənmalın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1% miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir . Beləliklə, əsas borc 6849,28 manat (ƏDV daxil) məbləğinin gecikdirilən hər təqvim günü üçün 0,1 % miqdarında cərimə hesablasaq 595,95 manat dəbbə pulu təşkil edir. Geçikmiş bu məbləği əsas borca əlavə etsək, ümumilikdə 6849,28+595,95=7445,23 manat tələb məbləği yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.4.-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda məhkəmə həmin ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsində 595,95 manat dəbbə pulunun ödənilməsi tələbi ilə bağlı mübahisə olduğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1308/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1308/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver