Məhkəmə qərarları › İş №e-2-2(113)-1310/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1310/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1310/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraata dair kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 75 manat abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 95 manat vəsaitin İddiaçı MMCnin xeyrinə məcburi tutulması haqqında qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış müqavilələr üzrə o, rabitə xidmətlərindən istifadə etmiş və nəticədə 75 manat məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə onun tərəfindən hər hansı bir etiraz məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədəmüvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: Abunə müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında İddiaçı MMC tərəfindən ödənişli telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr bağlanılmışdır. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilən cari hesab arayışlarından görünür ki, Cavabdeh MMC-nin 75 manat məbləğində ödənilməmiş borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi İddiaçı MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 75 manat borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 95 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, QƏT E T D İ M: İddia təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN **********) 75 manat borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 95 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar