Məhkəmə qərarları › İş №e-2-2(113)-1311/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1311/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1311/2022 27.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilələrin ləğvi, pulun tutulması və lizinq obyektlərinin qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) “müqavilələrin ləğvi, pulun tutulması və lizinq obyektlərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs MMC və Cavabdeh MMC arasında 23.08.2019-cu il tarixli 199 nömrəli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilənin və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə 27.07.2020-ci il tarixli İmişli-003 nömrəli üçtərəfli Sazişin ləğv edilməsi, 20,440.05 manat gecikdirilmiş əsas borcun və 100 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 52 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 2 ədəd “Belarus-2022.3” markalı traktor, 1 ədəd “Belarus-1523” markalı traktor, 2 ədəd “SP145” markalı 5 gövdəli kotan, 1 ədəd “SP144” markalı 4 gövdəli kotan, 3 ədəd “AG-TS24” markalı taxılsəpən gübrəsəpənlə, 6 ədəd “2ÖTQ-6” markalı iki oxlu-4 təkərli (sağa və sola boşaldan) traktor qoşqusu, 1 ədəd “LZR-3-juzior” markalımala lazer, 3 ədəd “GR-04P” markalı 4-lü ot dırmığı, 2 ədəd “AKC/DD800H” markallı asma gübrəsəpən, 1 ədəd “KİP-1.5” markalı otbiçən-xırdalayıcırotorlu qoşulanın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs MMC və cavabdeh arasında 23.08.2019-cu il tarixli 199 nömrəli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 2 ədəd “Belarus-2022.3” markalı traktor, 1 ədəd “Belarus1523” markalı traktor, 2 ədəd SP145 markalı 5 gövdəli kotan, 1 ədəd “SP144 markalı 4 gövdəli kotan, 3 ədəd AG-TS24 markalı taxılsəpən gübrəsəpənlə, 6 ədəd 2ÖTQ-6 markalı iki oxlu-4 təkərli (sağa və sola boşaldan) traktor qoşqusu, 1 ədəd LZR-3-juzior markalımala lazer, 3 ədəd GR-04P markalı 4-lü ot dırmığı, 2 ədəd AKC/DD800H markallı asma gübrəsəpən, 1 ədəd KİP-1.5 markalı otbiçənxırdalayıcırotorlu qoşulan cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. İddiaçı ilə Maraqlı şəxs MMC və cavabdeh arasında 27.07.2020-ci il tarixli İmişli-003 nömrəli üçtərəfli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Saziş” ilə Maraqlı şəxs MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçıya ötürülmüşdür. Cavabdeh müqavilə və Sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə 10.02.2022-ci il tarixinədək cavabdehin lizinq müqaviləsi üzrə iddiaçı qarşısında 20,440.05 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə 14.01.2022-ci il tarixli, PLX-22/0006 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa 18.01.2022-ci il tarixdə, saat 12:00-a təyin edilmiş mediasiya sessiyasında Cavabdeh MMC iştirak etməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Q.Şahverdiyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə də Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Maraqlı şəxs MMC ilə cavabdeh arasında bağlanmış “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 23.08.2019-cu il tarixli 199 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 264412,04 manat olan və müqavilədə göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların bu müqavilənin 1.1-ci bəndində göstərilən 264412,04 manat dəyərindən 89179,04 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödəniş məbləği lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 5.1.6-cı bəndinə əsasən lizinq alan texnikadan istifadə üçün bu müqaviləyə əlavə №1-də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə bu lizinq alan tərəfindən müqavilə şərtlərinin kobud pozuntusu hesab edilir. Müqavilənin 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda, lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni birtərəfli surətdə ləğv etmək, texnikanı saz vəziyyətdə geri götürmək və ya texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaraq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. Müqavilənin 5.6-cı bəndinə əsasən lizinq alan bu müqavilənin 5.2-5.5-ci bəndlərinin tələblərini yerinə yetirmədikdə lizinq verən birtərəfli qaydada bu müqavilənin ləğv edilməsi, texnikanın və ya onun qalıq dəyərinin, onun işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, vurulmuş zərərin, bu müqavilənin 5.2-5.5-ci bəndlərində nəzərdə tutulmuş cərimələrin lizinq alandan alınması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Müqavilənin 9-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Maraqlı şəxs MMC ilə cavabdeh arasında bağlanmış 23.08.2019-cu il tarixli texnikaların təhvil verilməsinə dair aktdan görünür ki, lizinq alan tərəflər arasında imzalanmış 23.08.2019-cu il tarixli 199 saylı lizinq müqaviləsinə əsasən onun müvəqqəti sahiblik və istifadəsinə verilmiş Traktor Beİanıs-2022.30,Şassi/Zavod JVs~sl ******* Mühərrik nömrəsi 161254,Traktor Belarus-1523Şassi/ZavodN2-si ******* Mühərrik nömrəsi 165796,Kotan 5 gövdəli sama (təkərli) SP145 Şassi/Zavor **********, Kotan 5 gövdəli sama (təkərli) SP145 Sassı/Zavor **********, Kotan 5 gövdəli sama (təkərİi) SP144 Şassi/Zavor **********, Taxılsəpən gübrəsəpənlə AG-TS24 Şassi/Zavor 181816 Taxılsəpən gübrəsəpənlə AG-TS24 SaŞsi/Zavorl81822 Taxılsəpən gübrəsəpən AG-TS24 Şassi/Zavor 181826, Traktor Belarus- 2022.30, Sassi/Zavod Jfe-si ******* Mühərrik nömrəsi 164099, Traktor qoşqulıı iki oxlu-4 təkərli (saga sola boşaldan K2ÖTO-6 Sassi/Zavod JVg-si 0841, Traktor qoşqulu iki oxlu-4 təkərli (saga və sola boşaldan)-2ÖTO-6 Sassi/Zavod JVs-si 0845, Traktor qoşqulıı iki oxlu-4 təkərli (sağa və sola boşaldan)-2ÖTO-6 Sassi/Zavod JVs-si 0836, Traktor qoşqulıı iki oxlu-4 təkərli (saga və sola boşaldan V2ÖTO-6 Sassi/Zavod JVa-si 0836, Traktor qoşqulu iki oxlu-4 təkərli (saga və sola boşaldan)-2ÖTO-6 Sassi/Zavod .Ns-si 0842, Traktor qoşqulu iki oxlu-4 təkərli (saga və sola boşaldan) 1-2ÖTO-6 Sassi/Zavod JVa-si 0849, Traktor qoşqulıı iki oxlu~4 təkərli (saga və sola boşaldan) 1-2QTO-6 Sassi/Zavod JVs-si 0851, Mala lazer LZR-3-JUZİOR Sassi/Zavod JVg-si ******* ,Ot dırmıg 4-lü GR-04 P Sassi/Zavod JVa-si 1925019, Ot dırmıg 4-lü GR-04 P Sassi/Zavod JVa-si 1925019, Ot dırmıg 4-İü GR-04 P Sassi/Zavod JVa-si 1925014, Ot dırmıg 4-lü GR-04 P Sassi/Zavod JVa-si 1925001, As m a gübrəsəpən 8001(2 diskli)AKC/PD800H Sassi/Zavod JVs-si 1091, Asma gübrəsəpən 8001(2 diskli)AKC/DD800H Sassi/Zavod JVa-si 1105, Otbiçən-xırdalayıcı rotorlu qoşulan KİP-1.5 Sassi/Zavod JVa-si 16 saz və işlək vəziyyətdə təhvil verilmişdir. 27 iyul 2020-ci il tarixli İmişli-003 nömrəli 01.07.2020-ci il tarixli 01/2020 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Maraqlı şəxs MMC (hüquq ötürən şəxs), İddiaçı ASC (qəbul edən şəxs) və "xxxx" MMC (lizinq alan) arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən hüquq ötürən şəxs 2019-cu il 03 sentyabr tarixli 99/0199/NBKT nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini qəbul edən şəxsə ötürür, həmçinin hüquq ötürən şəxs 01.07.2020-ci il tarixinə qədər lizinq alanın bütün lizinq ödənişlərini qəbul edərək hüquq qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Eyni zamanda qəbul edən şəxs bununla razılaşaraq lizinq alanların 01.07.2020-ci il tarixindən etibarən hüquq ötürən şəxsə ödəməli olduğu məbləği lizinq alanlardan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Lizinq alan isə bu müqavilə üzrə 01.07.2020-ci il tarixinə qədər mövcud olan borcunu tam şəkildə hüquq ötürən şəxsə ödəməyi, 01.07.2020-ci il tarixindən etibarən yeni ödəniş qrafiki əsasında aylıq ödənişləri qəbul edən şəxsə köçürməyi öz öhdəsinə götürür. Sazişin 1.2-ci bəndinə əsasən lizinq alan şəxs 2019-cu il 03 sentyabr tarixli 99/0199/NBKT nömrəli müqavilə üzrə lizinq verənin əvəz edilməsi ilə və bu sazişin bütün müddəaları ilə razıdır. Sazişin 1.3-cü bəndinə əsasən 2019-cu il 03 sentyabr tarixli 99/0199/NBKT nömrəli müqavilə üzrə hüquq ötürən şəxsə məxsus olan bütün hüquq və öhdəliklər qəbul edən şəxsə ötürülür. Sazişin 1.4-cü bəndinə 2019-cu il 03 sentyabr tarixli 99/0199/NBKT nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin ayrılmaz tərkib hissədir və sazişin imzalanması ilə qəbul edən şəxs müqavilə şərtləri ilə tanış olduğunu, müqavilənin təsdiq olunmuş bir nüsxəsinin ona verildiyini və bütün hüquq və öhdəlikləri öz üzərinə götürərək müqaviləni vicdanla yerinə yetirməyi öz öhdəsinə götürür. Sazişin 1.7-ci bəndinə əsasən bu saziş 2019-cu il 03 sentyabr tarixli 99/0199/NBKT nömrəli müqaviləyə əsasən lizinq alan şəxsin hüquq ötürən şəxs qarşısında 01.07.2020-ci il tarixinə qədər olan borc öhdəliyini əhatə etmir. Sazişin 2.1-ci bəndinə əsaəsn tərəflər razılaşırlar ki, lizinq alan şəxs 01.07.2020-ci il tarixinə qədər hüquq ötürən şəxsə mövcud olan borcunu Saziş qüvvəyə mindiyi tarixdən 1 ay müddətində tam şəkildə hüquq ötürən şəxsə ödəyir. Sazişin 4.1-ci bəndinə əsasən “Müqavilə”nin digər müddəalar dəyişilməz olaraq qalır. Maraqlı şəxs MMC, İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 99/0199/NBKT nömrəli müqaviləyə 1 nömrəli əlavə üzləşmə və təhvil-təslim aktından görünür ki, cavabdehə ümumilikdə 175233 manat məbləğində texnika verilmiş, 01.07.2020-ci il tarixinə cavabdehin qalıq borcu 157709,7 manat təşkil edir. 01.07.2020-ci il tarixli 01/2020 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə sazişə dəyişiklik edilməsinə dair 02 nömrəli 30.07.2020-ci il tarixli əlavəyə əsasən buraxılmış texniki səhvlərin aradan qaldırılması məqsədilə, tərəflər arasında 27.07.2020-ci il tarixində bağlanmış 01.07.2020-ci il tarixli 01/2020 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə sazişin preambulasında 1.1; 1.2; 1.3; 1.7; 2.10; 2.12-ci bəndlərində, həmçinin 1 nömrəli Əlavəsində qeyd olunmuş 03 sentyabr 2019-cu il tarixli 99/0199/NBKT nömrəli müqavilə mətni 23 avqust 2019-cu il tarixli 119 nömrəli müqavilə mətni ilə dəyişdirilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 14.01.2022-ci il tarixkli PLX-22/0006 nömrəli xəbərdarlıq məktubundan görünür ki, 27.07.2020-ci il tarixli 003 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə üçtərəfli sazişə əsasən 14.01.2022-ci il tarixinə yaranmış 17519,50 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən verilmiş 10 fevral 2022-ci il atrixli PLM-22/0033/2 nömrəli maliyyə arayışından görünür ki, 27.07.2020-ci il tarixli 003 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə üçtərəfli sazişə əsasən cavabdehin 10.02.2022-ci il tarixə iddiaçı qarşısında 20440.05 manat gecikdirilmiş əsas borcu yaranmışdır. 21.09.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdehin dövrün sonuna qalıq borcu 20440,05 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 yanvar 2022-ci il tarixli MŞB/2-00335 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs MMC ilə cavabdeh arasında bağlanmış “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 23.08.2019-cu il tarixli 199 nömrəli müqavilə və 27 iyul 2020-ci il tarixli İmişli-003 nömrəli 01.07.2020-ci il tarixli 01/2020 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Maraqlı şəxs MMC (hüquq ötürən şəxs), İddiaçı ASC (qəbul edən şəxs) və "xxxx" MMC (lizinq alan) arasında bağlanmış üçtərəfli müqavilə bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 20440,05 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 27 iyul 2020-ci il tarixli İmişli-003 nömrəli sazişə və 01.07.2020-ci il tarixli 01/2020 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 20440,05 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 20440,05 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Maraqlı şəxs MMC ilə cavabdeh arasında bağlanmış “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 23.08.2019-cu il tarixli 199 nömrəli müqavilə və 27 iyul 2020-ci il tarixli İmişli-003 nömrəli 01.07.2020-ci il tarixli 01/2020 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Maraqlı şəxs MMC (hüquq ötürən şəxs), İddiaçı ASC (qəbul edən şəxs) və "xxxx" MMC (lizinq alan) arasında bağlanmış üçtərəfli müqavilənin ləğv edilməsi tələbini də irəli sürmüşdür. İşin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini tam icra etməməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin lizinq obyektlərinin saz və işlək vəziyyətdə cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Maraqlı şəxs MMC və Cavabdeh MMC arasında 23.08.2019-cu il tarixli 199 nömrəli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə 27.07.2020-ci il tarixli İmişli-003 nömrəli üçtərəfli Saziş ləğv edilməli, cavabdehdən 20440,05 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, cavabdehin istifadəsində olan lizinq obyekti olan 2 ədəd “Belarus-2022.3” markalı traktor, 1 ədəd “Belarus-1523” markalı traktor, 2 ədəd “SP145” markalı 5 gövdəli kotan, 1 ədəd “SP144” markalı 4 gövdəli kotan, 3 ədəd “AG-TS24” markalı taxılsəpən gübrəsəpənlə, 6 ədəd “2ÖTQ-6” markalı iki oxlu-4 təkərli ( sağa və sola boşaldan) traktor qoşqusu, 1 ədəd “LZR-3-juzior” markalımala lazer, 3 ədəd “GR-04P” markalı 4-lü ot dırmığı, 2 ədəd “AKC/DD800H” markallı asma gübrəsəpən, 1 ədəd “KİP-1.5” markalı otbiçən-xırdalayıcırotorlu qoşulan saz və işlək vəziyyətdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 152 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Maraqlı şəxs MMC və Cavabdeh MMC arasında 23.08.2019-cu il tarixli 199 nömrəli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə 27.07.2020-ci il tarixli İmişli-003 nömrəli üçtərəfli Saziş ləğv edilsin və lizinq obyekti olan 2 ədəd “Belarus-2022.3” markalı traktor, 1 ədəd “Belarus-1523” markalı traktor, 2 ədəd “SP145” markalı 5 gövdəli kotan, 1 ədəd “SP144” markalı 4 gövdəli kotan, 3 ədəd “AG-TS24” markalı taxılsəpən gübrəsəpənlə, 6 ədəd “2ÖTQ-6” markalı iki oxlu-4 təkərli (sağa və sola boşaldan) traktor qoşqusu, 1 ədəd “LZR- 3-juzior” markalı mala lazer, 3 ədəd “GR-04P” markalı 4-lü ot dırmığı, 2 ədəd “AKC/DD800H” markallı asma gübrəsəpən, 1 ədəd “KİP-1.5” markalı otbiçənxırdalayıcırotorlu qoşulan Cavabdeh MMC-dən alınaraq İddiaçı ASC-yə qaytarılsın. Cavabdeh MMC-dən 20,440.05 (iyirmi min dörd yüz qırx manat beş qəpik) manat əsas borc və ödənilmiş 152 (bir yüz əlli iki) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar