Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1315/2022 17.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, “KMG Drilling and Services” X1 Azərbaycan Respublikasındakı Filialının “Chelo Energy Services” LLC-yə qarşı ”borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: “KMG Drilling and Services” X3 “Chelo Energy Services” LLC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chelo Energy Services” LTD-dən 219.631,91 (iki yüz on doqquz min altı yüz otuz bir dollar doxsan bir sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə və 665 (altı yüz altmış beş) manat məbləğində dövlət rüsumunun tutularaq "KMG Drilling and Services X3"na ödənilməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı 2000 manat (hüquqi xidmətlərlə bağlı) cavabdehdən tutularaq "KMG Drilling and Services X3"na hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddianın yoverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0. və 440.0.3-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda işlərə baxmağa haqlıdır. Hazırki işdən görünür ki, iddiaçı “KMG Drilling and Services” X1 Azərbaycan Respublikasındakı Filialı Qazaxıstan şirkətinin filialı, cavabdeh isə X2 hüquqi şəxsdir. Göründüyü kimi, cavabdeh “Chelo Energy Services” LLC-nin Azərbaycan Respublikasında hər hansı bir əmlakı və yaxud filial və ya nümayəndəliyinin qeydə alındığı ünvan (yəni olduğu yer) yoxdur. Belə olan halda X2 hüquqi şəxsə qarşı iddiaya baxılmasında Azərbaycan Respublikası Məhkəmələri səlahiyyətli deyildir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “KMG Drilling and Services” X1 Azərbaycan Respublikasındakı Filialının “Chelo Energy Services” LLC-yə qarşı ”borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “KMG Drilling and Services” X1 Azərbaycan Respublikasındakı Filialına rəsmi qaydada verilsin. Ödənilmiş 265 manat məbləğində dövlət rüsumu KMG Drilling and Services” X1 Azərbaycan Respublikasındakı Filialına geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1315/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1315/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver