Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1327/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 Əmirçeban oğlunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 16141 (on altı min bir yüz qırx bir) manat gecikdirilmiş borc, hesablanmış 16788,92 manat (on altı min yeddi yüz səksən səkkiz manat doxsan iki qəpik) cərimə borcu, hüquqi yardımla bağlı 500 (beş yüz) manat olmaqla, cəmi 33429,92 manat (otuz üç min dörd yüz iyirmi doqquz manat doxsan iki qəpik) pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli müqavilə üzrə 16141 manat gecikdirilmiş borcu və hesablanmış 16788,92 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş, hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 747.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə ilə müraciət edərək, xx.xx.2016-cı il tarixli 27-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 12141 (on iki min bir yüz qırx bir) manat gecikdirilmiş borc, hesablanmış 16788,92 manat (on altı min yeddi yüz səksən səkkiz manat doxsan iki qəpik) cərimə borcu, hüquqi yardımla bağlı 500 (beş yüz) manat olmaqla,cəmi 29429,92 (iyirmi doqquz min dörd yüz iyirmi doqquz manat 92 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, işin məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış gecikdirilmiş borc məbləği üzrə yenidən hissəvi, 2000 (iki min) manat ödəniş aparılmışdır. Nəticədə gecikdirilmiş borc məbləği 12141 manat təşkil etmişdir.
6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən yenidən 1500 manat ödəniş edilmişdir. Nəzərə alınması xahiş olunur.
8. Cavabdehin nümayəndəsi Nümayəndə2 Əmirçeban oğlu məhkəmə iclasında izahat verərək qeyd etdi ki, iddia tələbini qismən, 10641 əsas borc hissəsində qəbul edir, cərimə məbləğini isə qəbul etmir.
9. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 25220 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verənin lizinq alanın qrafik üzrə ödənişinə nəzarət etmək, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik (2 saylı Əlavə) üzrə ödənişi bir dəfədən artıq aparmadıqda müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alanın lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan müqavilənin 2 nömrəli əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləğin ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 5.1-ci bəndində göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindənm alınması üşün məhkəməyə müraciət edir.
10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Əmrdə qeyd olunmuşdur ki, "xxxx" ASC ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1289-L/16 və 4736ü/xx.xx.2016 nömrəli; xx.xx.2016-cı il tarixli, 1163-L/16 və 4431ü/xx.xx.2016 nömrəli müqavilə(s/lər)inə xitam verilsin və əmr(lər) qüvvədən düşmüş hesab olunsun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən Əmrdə qeyd edilmiş kənd təsəsrrüfatı texnikası (taxılsəpən, gübrəsəpən; kotan 5 gövdəli asma (təkərli) P5; traktor Belarus -1221; gübrəsəpən asılan LKS-FS 800) güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin.
11. Texnikanın təhvil təslim aktları məhkəməyə təqdim edilmişdir.
12. "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli lizinq müqaviləsinə (güzəşt) 1 nömrəli əlavədə müqavilə üzrə ümumi borcun 25220 manat təşkil etdiyi qeyd edilmişdir. Əlavə tərəflərin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir.
13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 16141 manat, gecikdirilmiş borc 16141 manat, hesablanmış cərimə 16788,92 manat olmaqla, ümumilikdə 32929,92 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 9079 manat təşkil edir.
14. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına xx.xx.2025-ci il tarixli dəqiqləşmənin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 14141 manat, gecikdirilmiş borc 14141 manat, hesablanmış cərimə 16788,92 manat olmaqla, ümumilikdə 30929,92 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 11079 manat təşkil edir.
15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına xx.xx.2025-ci il tarixli dəqiqləşmənin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 12141 manat, gecikdirilmiş borc 12141 manat, hesablanmış cərimə 16788,92 manat olmaqla, ümumilikdə 28929,92 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 13079 manat təşkil edir.
16. İş materiallarına müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafiki əlavə olunmuşdur. Həmin qrafikə görə Cavabdeh ümumi cərimə borcu 16788,92 manat təşkil edir.
17. İddiaçı tərəfindən iş materiallarına xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafiki (Əlavə 2) əlavə edilmişdir.
18. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
19. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqavilələri bağlanmış, lizinq verən tərəfindən lizinq predmetləri cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
22. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2016-cı il tarixli 27-GL/17 nömrəli müqavilə üzrə 12141 manat gecikdirilmiş borcun tutulması təşkil edir.
23. Əvvəlcə qeyd edilməlidir ki, iddiaçı ilk olaraq 16141 manat gecikdirilmiş borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun formada “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ayrı-ayrı tarixlərdə olmaqla, ümumilikdə 4000 manat ödəniş edildiyini və qalıq borcun 12141 manat təşkil etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında qalıq borcdan 1500 manat əlavə ödənişin olduğunu qeyd etmişdir.
24. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli və Cavabdeh xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli müqavilə üzrə hesablanmış 10641 (12141-1500=10641) manat əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
25. İddia tələbinin digər hissəsini hesablanmış xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi tarixə hesablanmış 16788,92 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.
26. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
27. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq 600 (altı yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun tutulmasına dair iddia qalan hissədə təmin edilməməlidir.
29. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübut məhkəməyə təqdim edilmişdir.
30. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi hüquqi yardım xərcinin tutulmasına etiraz etmədiyini bildirmişdir.
31. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 123,72 manat (yüz iyirmi üç manat yetmiş iki qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 27-GL/17 nömrəli müqavilə üzrə hesablanmış 10641 (on min altı yüz qırx bir) manat əsas borc, 600 (altı yüz) manat cərimə və 500 (beş yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 11741 (on bir min yeddi yüz qırx bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 123,72 manat (yüz iyirmi üç manat yetmiş iki qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova