Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1330/2020 17.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 10.500 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə 175 manat pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (alıcı) ilə İddiaçı (satıcı) arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, satıcı müəssisənin istehsal etdiyi malları satıcıya satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 11.000 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. xx.xx.2019-cu il tarixdə borcun etiraf edilməsi məqsədilə cavabdeh və müəssisənin nümayəndələrinin iştirakı ilə tərəflər arasında üzləşdirmə aktı imzalanmış və həmin akta əsasən cavabdehin İddiaçı MMC-yə 11.000 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Həmçinin Cavabdeh xx.xx.2019-cu il tarixdə müəssisənin rəhbərliyinə müraciət edərək 11.000 manat məbləğində borcunun olduğunu təsdiq etmiş, mövcud borcun bir il ərzində hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Lakin bu günə kimi cəmi 500 manat ödəməklə hal-hazırda İddiaçı MMC-yə 10.500 manat qalıq borcu mövcuddur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 10 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin bütün cəhdlərə və danışıqlara baxmayaraq, cavabdeh borcun ödənilməsindən qəsdən yayınmışdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə tərtib edilmiş üzləşdirmə aktı ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixə 11.000 manat borcu vardır. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş üzləşdirmə aktı ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixə 10.500 manat borcu vardır. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən İddiaçı MMC-nin idarə heyətinin sədrinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh aldığı məhsulların qarşısında yaranmış 11.000 manat borcunu hər ay eyni məbləğdə ödəməklə 1 il ərzində ödəməyi üçün razılıq verilməsini və ödəmə qrafiki tətbiq olmasına göstəriş verilməsini xahiş etmişdir. xx.xx.20019-cu il tarixdə Cavabdeh tərəfindən İddiaçı MMC-nin idarə heyətinin sədrinə sədrinə ünvanlanmış ərizədən görünür ki, 10.500 manat məbləğində borcun qalığına görə məhkəmədən iddianın geri götürülməsini, eyni zamanda qalıq borcunun ödənilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdehİddiaçı MMC-yə əsas borcu 10.500 manat, xx.xx.2019-cu il tarixdən, yəni Cavabdeh MMC-yə borcun hissə-hissə ödənilməsinə ərizə ilə müraciət etdiyi tarixdən məhkəməyə müraciət edilən tarixədək illik 5% olmaqla hesablanmış faiz borcunun məbləği 175 manat təşkil edir. xx.xx.2019-cu il tarixdə İddiaçı MMC tərəfindən Cavabdehna pretenziya qaydasında məktubla müəyyən edilir ki, həmin məktubda alğı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında alğı-satqı müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh malların alğı-satqısına görə İddiaçı MMC-yə olan borcu 10.500 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin bir hissəsini – 10.500 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 10.500 manat məbləğində əsas tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 175 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh alğı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malın dəyərinin ödənilməsini gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 4 aylıq müddət üçün gecikdirilmiş məbləğin illik 5 % hesabı ilə 175 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış şifahi alğı-satqı müqaviləsi üzrə 10.500 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 175 manat məbləğində faiz, cəmi 10.675 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.500 manat (on min beş yüz) məbləğində əsas borc, 175 (yüz yetmiş beş) manat məbləğində faiz, cəmi 10.675 (on min altı yüz yetmiş beş) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1330/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1330/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver