Məhkəmə qərarları › İş №e-2-2(113)-1332/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1332/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1332/2025 13.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 009/17 saylı, xx.xx.2019-cu il tarixli 008/19 saylı və xx.xx.2022-ci il tarixli 001/22 saylı müqavilələr üzrə 23828 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh iddiaçının iddia tələbini tam şəkildə – 23 828 manat məbləğində qəbul edir və həmin 23 828 manat məbləği aşağıda göstərilən qaydada və müddətdə iddiaçıya ödəyir: 1.1. Cavabdeh 23 828,00 manat manat (iyirmi üç min manat səkkiz yüz iyimi səkkiz manat, 00 qəpik) məbləğində pulu 10 (on) bərabər hissədə - 2382,80 AZN (iki min səkkiz yüz iyirmi səkkiz manat, 80 qəpik) pul ödəməklə ümumilikdə 10 (on) ay ərzində nağdsız hesablaşmalar qaydasında iddiaçıya ödəyir. Ödəniş üçün hər növbəti 15 (on beş) iş günü müddət əvvəlki müddət(lər)in bitdiyi gündən hesablanır. Cavabdeh borc öhdəliyini vaxtından əvvəl və ya nağd qaydada ödəniş etməklə də icra edə bilər. Cavabdehin borcu tam və ya hissə-hissə vaxtından əvvəl ödəməsi bu Barışıq sazişi üzrə öhdəliyin icrası vaxtının hesablanması qaydasının dəyişməsinə əsas deyildir. 1.2. Barışıq sazişinin şərtlərinə uyğun olaraq bu sazişin qüvvəyə minməsi tarixinədək ödənilmiş vəsaitlər də borc məbləğinin bir hissəsi kimi qəbul edilir.

2. İddiaçı təsdiq edir ki, cavabdehin xx.xx.2017-ci il tarixli 009/17 saylı, xx.xx.2019-ci il tarixli 008/19 saylı, 04.01,2022-ci il tarixli 001/22 saylı xidmət müqavilələri üzrə iddiaçıya cəmi 23 828,00 manat (iyirmi üç min manat səkkiz yüz iyimi səkkiz manat, 00 qəpik) məbləğində borcu mövcuddur. İddiaçının iddia tələbinin həcmi 23 828,00 manat (iyirmi üç min manat səkkiz yüz iyimi səkkiz manat, 00 qəpik) təşkil edir.

3. İddiaçı cavabdehin 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə xx.xx.2017-ci il tarixli 009/17 saylı, xx.xx.2019-ci il tarixli 008/19 saylı, xx.xx.2022-ci il tarixli 001/22 saylı xidmət müqavilələri üzrə bütün tələblərinin təmin edildiyini təsdiq edir və cavabdehə qarşı müqavilə münasibətlərindən irəli gələn hər hansı əlavə tələb irəli sürmür.

4. Cavabdehin öhdəliyini iki dəfə ardıcıl icra etməməsi və ya öhdəliyin icrasını 10 (on) ay müddətində yekunlaşdırmaması barışıq sazişi üzrə öhdəliyin icra edilməməsi və ya pozulması kimi qiymətləndirilir və 23 828,00 manat (iyirmi üç min manat səkkiz yüz iyimi səkkiz manat, 00 qəpik) qalıq borc məbləğinə əlavə olaraq gecikdirilmiş hər gün üçün 1 (bir) faiz dəbbə pulu hesablanır.

5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

6. Tərəflərə sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar.

7. Hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən hüquqi qüvvəyə minir.

Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 325,17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 325,17 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Cavabdeh iddiaçının iddia tələbini tam şəkildə – 23 828 manat məbləğində qəbul edir və həmin 23 828 manat məbləği aşağıda göstərilən qaydada və müddətdə iddiaçıya ödəyir: 1.1. Cavabdeh 23 828,00 manat manat (iyirmi üç min manat səkkiz yüz iyimi səkkiz manat, 00 qəpik) məbləğində pulu 10 (on) bərabər hissədə - 2382,80 AZN (iki min səkkiz yüz iyirmi səkkiz manat, 80 qəpik) pul ödəməklə ümumilikdə 10 (on) ay ərzində nağdsız hesablaşmalar qaydasında iddiaçıya ödəyir. Ödəniş üçün hər növbəti 15 (on beş) iş günü müddət əvvəlki müddət(lər)in bitdiyi gündən hesablanır. Cavabdeh borc öhdəliyini vaxtından əvvəl və ya nağd qaydada ödəniş etməklə də icra edə bilər. Cavabdehin borcu tam və ya hissə-hissə vaxtından əvvəl ödəməsi bu Barışıq sazişi üzrə öhdəliyin icrası vaxtının hesablanması qaydasının dəyişməsinə əsas deyildir. 1.2. Barışıq sazişinin şərtlərinə uyğun olaraq bu sazişin qüvvəyə minməsi tarixinədək ödənilmiş vəsaitlər də borc məbləğinin bir hissəsi kimi qəbul edilir.

2. İddiaçı təsdiq edir ki, cavabdehin xx.xx.2017-ci il tarixli 009/17 saylı, xx.xx.2019-ci il tarixli 008/19 saylı, 04.01,2022-ci il tarixli 001/22 saylı xidmət müqavilələri üzrə iddiaçıya cəmi 23 828,00 manat (iyirmi üç min manat səkkiz yüz iyimi səkkiz manat, 00 qəpik) məbləğində borcu mövcuddur. İddiaçının iddia tələbinin həcmi 23 828,00 manat (iyirmi üç min manat səkkiz yüz iyimi səkkiz manat, 00 qəpik) təşkil edir.

3. İddiaçı cavabdehin 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə xx.xx.2017-ci il tarixli 009/17 saylı, xx.xx.2019-ci il tarixli 008/19 saylı, xx.xx.2022-ci il tarixli 001/22 saylı xidmət müqavilələri üzrə bütün tələblərinin təmin edildiyini təsdiq edir və cavabdehə qarşı müqavilə münasibətlərindən irəli gələn hər hansı əlavə tələb irəli sürmür.

4. Cavabdehin öhdəliyini iki dəfə ardıcıl icra etməməsi və ya öhdəliyin icrasını 10 (on) ay müddətində yekunlaşdırmaması barışıq sazişi üzrə öhdəliyin icra edilməməsi və ya pozulması kimi qiymətləndirilir və 23 828,00 manat (iyirmi üç min manat səkkiz yüz iyimi səkkiz manat, 00 qəpik) qalıq borc məbləğinə əlavə olaraq gecikdirilmiş hər gün üçün 1 (bir) faiz dəbbə pulu hesablanır.

5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

6. Tərəflərə sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar.

7. Hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən hüquqi qüvvəyə minir.

İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 325,17 (üç yüz iyirmi beş manat on yeddi qəpik) manat pul dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar