Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1336/2025 26.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: daşıma müqaviləsi, maddi ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulan maddi ziyana görə 15000 manat pulun və 135 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda beynəlxalq və ölkədaxili yükdaşıma ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC ilə yükdaşıma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Türkiyə Respublikasının Gaziantep şəhərindən Bakı şəhərinə yük daşımalı idi. İddiaçı müqavilə üzrə öz üzərimə düşən öhdəlikləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirmişdir. Lakin cavabdeh "xxxx" MMC öz öhdəliklərini müxtəlif bəhanələrlə icra etmir və ya icra etməkdən yayınır. Cavabdeh tərəfə indiyə qədər həm yazılı, həm də şifahi şəkildə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən imtina edir. Bağlanmış xx.xx.2024-cü il tarixli daşıma müqaviləsinin 4-cü maddəsinə görə görülməli iş yükü təyinat yerinə çatdırmaqdır ki, iddiaçı da bu şərtə əməl etmiş və yükün daşıması müddətində heç bir qayda pozuntusuna yol verməmiş və ya onun təqsirindən hər hansı pozuntu halı baş verməmişdir və yaxud da daşıdığı yük korlanmamış, məhv olmamışdır. Cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyan 15000 manat təşkil edir. Bu işin qeyd edilən faktiki tərəfləri ilə bərabər, qanunvericilikdə də qeyd edilən tələblərin hüquqi əsaslarını göstərən kifayət qədər hüquqi normalar mövcuddur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 449.1-ci maddələrinə istinad edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tərəfi xx.xx.2025-ci il tarixdə "Morrex Group” MMC-nin Şəki Kommersiya Məhkəməsinə ünvanladığı iddia ərizəsi və etrazı təqdim etsə də, bununla hazırkı tələbləri üzrə mübahisəyə hansı formada aydınlıq gətirmək istəmələri məlum deyil. Belə ki, təqdim edilən sənədlər hazırda iddia tərəfinin tələblərinə hər hansı aydınlıq gətirmir, eləcə də, həmin sənədlərin hər hansı predyusiallığı yoxdur. Belə ki, həmin iddia ərizəsini oxuyarkən "Morrex Group” MMC-nin xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən pozulmuş hüquqlarının bərpası üçün həmin məhkəməyə müraciət etməsi aydın olur. Həmin iddia ərizəsində "Morrex Group” MMC-nin xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə "xxxx" MMC ilə bağladığı müqavilələr üzrə tələbləri ilə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin hazırkı mübahisə üzrə isə İddiaçı "Morrex Group” MMC ilə xx.xx.2024-cü il tarixdə müqavilə bağladığını iddia edərək, cavabdeh "Morrex Group” MMC-yə qarşı əsassız tələb irəli sürmüşdür. Bir halda ki, həmin iddia ərizəsində "xxxx" MMC ilə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə bağlanmış müqavilələrə istinad edilir, həmin istinadların İddiaçı tərəfindən bildirilən mübahisəyə aidiyyatı yoxdur. Belə ki, həmin iddia ərizəsi üzrə xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqavilələr noyabr ayında bağlanıbsa, İddiaçı oktyabr ayında bağladığı müqaviləyə istinad etməsi heç bir məntiqə sığmır. (İddiaçı noyabr ayında bağlanmış müqavilə üzrə ondan bir ay öncə, yəni oktyabr ayında yükləri daşıya bilərmi?) Bundan başqa təqdim edilən iddia ərizəsində hazırkı iş üzrə İddiaçılə "Morrex Group” MMC arasında hər hansı müqavilənin olmağına və ya iddiaçıya daşıma xərclərinin verilmisi öhdəliyinin "Morrex Group” MMC-nin daşıdığı qeyd edilməmişdir. Bundan başqa, "xxxx" MMC ilə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə müqavilə bağlanıbsa, bu hal özlüyündə İddiaçılə "Morrex Group” MMC arasında müqavilə münasibətlərinin olmağını və buna görə "Morrex Group” MMC-nin öhdəliyini təsdiq etmir. Təqdim edilən etirazda isə hazırkı iş üzrə İddiaçılə "Morrex Group” MMC arasında daşıma üzrə hər hansı müqavilə öhdəliklərinin olmasını təsdiq edən hər hansı bir dəlil yoxdur və təsvir edilən hadisələr noyabr ayında baş verənləri əks etdirir.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı tələbini guya onunla bağlanmış xx.xx.2024-cü il tarixli yükdaşıma müqaviləsi ilə əsaslandıraraq bildirir ki, o, Türkiyədən Bakı şəhərinə yük daşımış, öhdəliklərini icra etmiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı ilə "xxxx" MMC arasında heç bir müqavilə mövcud deyil. Cavabdeh ilə İddiaçı arasında heç bir hüquqi müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli müqavilə sənədində cavabdeh tərəfindən imza və möhür yoxdur. Həmin sənədin sonunda görünən işarə isə sadəcə şirkətin loqosudur və bu loqo açıq şəkildə www.morrex.org rəsmi internet səhifəsində yer alır. Bu loqonun olması müqavilənin imzalanması və hüquqi qüvvəyə minməsi anlamına gəlmir. Sürücünün təqdim etdiyi müqavilə, www.morrex.org saytından götürülmüş nümunə sənəddir. İddiaçının əlində olan və guya cavabdehlə bağlandığını iddia etdiyi müqavilə əslində şirkətin www.morrex.org rəsmi saytının sürücülər qrupu bölməsindən açıq formada yüklənmiş nümunə formadır. Bu cür sənədlərin hüquqi qüvvəsi yalnız qarşılıqlı razılaşma, imza və möhür olduğu halda yaranır ki, bu da hal-hazırda mövcud deyil. Həmçinin həmin standart müqavilədə də açıq şəkildə qeyd olunmuşdur ki, müqavilə üzrə yanamış mübahisələrə türk hüququ tətbiq ediləcək və İstanbul məhkəmələri və icra orqanları səlahiyyətlidir. Məbləğ real bazar qiymətindən çox yüksək göstərilmişdir Hal-hazırda Türkiyə (Qaziantep) - Bakı istiqamətində yükdaşıma bazar qiyməti təxminən 2800 ABŞ dolları (təqribən 4700 manat) təşkil edir. İddiaçı isə əsassız və sübutsuz şəkildə bu daşımaya görə 15000 manat tələb edir. Bu isə həm hüquqi baxımdan, həm də bazar reallığı baxımından əsassız və şişirdilmiş tələbatdır. Cavabdeh tərəfindən heç bir qaimə/faktura təqdim edilməmişdir. Əgər həqiqətən iddiaçı müqavilə bağlamış və xidmət göstərmiş olsaydı, rəsmi qaydada qaimə və ya faktura təqdim edilməli idi. Lakin bu günə qədər heç bir sənəd təqdim edilməmişdir, bu da qarşılıqlı hüquqi münasibətin mövcud olmadığını açıq şəkildə göstərir. İddiaçının iddiaları yalandır və heç bir hüquqi sübutla təsdiqlənmir İddiaçının iddiaları tamamilə yalana əsaslanır. Əgər bu iddialar doğru olsaydı: cavabdehlə imzalanmış müqavilə təqdim olardı; Qaimə və ya maliyyə sənədi təqdim edilərdi; İki tərəf arasında yazışma və ya öhdəliyi sübut edən sənəd olardı. Lakin bunların heç biri yoxdur, bu isə iddianın uydurma və hüquqi əsasdan məhrum olduğunu göstərir. Nəticə olaraq hazırkı işdə iddiaçı öz iddiasını hüquqi və maddi sübutlarla əsaslandıra bilməmişdir.
6. Daha sonra cavabdeh tərəfindən eyni məzmunlu etiraz ərizəsi məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəf bu günə qədər iddia etdiyi 15000 (on beş min) manat məbləğin nəyə əsasən tələb edildiyinə dair hər hansı yazılı müqavilə, hesab-faktura, ödəniş sənədi, sifariş, səs yazısı, yaxud şifahi razılaşmanı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Buna baxmayaraq, iddiaçı tərəfin vəkili hər məhkəmə iclasında cavabdehin tərəf olmadığı, üçüncü şəxslər və başqa şirkətlər arasında olan sənədləri, adları dəyişdirərək və prosessual qaydalara zidd şəkildə məhkəməyə təqdim etməyə çalışır ki, bu da açıq-aşkar prosessual pozuntudur. İddiaçı tərəf VÖEN-i olan, yəni Azərbaycan Respublikasında vergi ödəyicisi olan şəxsdir. Bu halda məntiqi və hüquqi sual açıqdır: Əgər həqiqətən cavabdeh tərəflə hər hansı razılaşma mövcud idisə, nə üçün bu günə qədər cavabdeh tərəfə bir dənə belə hesab-faktura təqdim edilməmiş, göndərilməmiş və ya göndərilməsinə cəhd olunmamışdır? Bu sualın cavabı isə aydındır və qısaca belədir: çünki sözügedən daşınma/yükləmə cavabdeh tərəflə deyil, iddiaçı tərəfin Türkiyədə yerləşən “Bireex” şirkəti ilə olan razılaşmasına əsasən həyata keçirilmişdir. İş üzrə mövcud olan bütün sənədlərdən açıq şəkildə görünür ki, Cavabdeh MMC tərəfindən hər hansı tapşırıq verilməmişdir, sifarişçi tərəf Cavabdeh MMC deyil, faktiki sifarişçi Qaziantep şəhərində yerləşən başqa bir şirkətdir. Bu səbəbdən cavabdeh tərəfin üzərinə hər hansı borc öhdəliyinin qoyulması hüquqi əsasdan tamamilə məhrumdur. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli etiraz ərizəsində əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər, o cümlədən “WhatsApp” yazışmaları və digər materiallar şirkətlə heç bir əlaqəsi olmayan şəxslərlə bağlıdır. “Melina” və “Axundova” adlı şəxslərin də şirkətlə heç bir əlaqəsi yoxdur.
8. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən yazılı etiraz ərizəsi məhkəməyə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tərəfi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi “Melina 3” və “Logistics 5” adlı “WhatsApp” istifadəçiləri ilə baş tutmuş yazışmalara istinad etsə də, ümumən həmin yazışmaların hazırkı mübahisəyə hansı hissədə aidiyyəti, nəyə aydınlıq gətirməyi məlum deyildir. Həmçinin həmin yazışmaların Cavabdeh MMC-yə aid şəxslə aparıldığı belə təsdiq edilmir. Belə ki, təmsil etdiyi şəxsin mövqeyinə görə həmin “WhatsApp” istifadəçilərinin adlarının cavabdehlə heç bir bağlılığı yoxdur. Bundan başqa, həmin yazışmalara nəzər yetirdikə hətta orada “Deniz” kimi özünü təqdim edən şəxslə yazışmanın aparıldığı da məlum olur. Qeyd edilən adlar özlüyündə ümumən yazışmaların kimlərlə aparıldığını müəyyən etmək barədə çaşqınlıq, anlaşılmazlıq və qeyri-müəyyənlik yaradır. İddia tərəfi özü belə həmin danışıqları kiminlə apardığını müəyyən etməmişdir. Həmin yazışmalardan görünən odur ki, iddia tərəfinin istinad etdiyi həmin yazışmaları kiminlə apardığı, heç iddia tərəfinin özünə belə bəlli deyil. Odur ki, həmin yazışmaların hansı mənbə ilə aparıldığı məlum olmadığına görə mötəbər ola bilməz və hazırkı mübahisə üzrə sübut kimi yolverilməzdir. Həmçinin iddia tərəfi təqdim etdiyi yazışmalarla bağlı hər hansı izahlar belə təqdim edə bilməmişdir. İddia tərəfi məhkəməyə telefonun texniki imkanlarından istifadə edib “screen” edərək, “Nərmin Axundova.Melina Transport 2-ci nömrə və +994 *** ** ** 63”-ün əks olunduğu fotoşəkli təqdim etsə də, təqdim etdiyi fotoşəkillə nəyə aydınlıq gətirmək istədiyi məlum deyildir. Fotoşəkildə ad və soyadı göstərilmiş şəxsin kimliyi, hazırkı mübahisəyə hansı formada aidiyyəti, Cavabdeh MMC ilə bağlılığının nədə ifadə olunduğu, elə bir şəxsin həqiqətən mövcud olub-olmadığı və fotoşəklin nəyi təsdiq etdiyi məlum deyil və anlaşılmaz olaraq qalır. Həmçinin iddia tərəfi təqdim etdiyi yazışmalarla bağlı, hər hansı izahlar belə təqdim edə bilməmişdir. İddia tərəfi xx.xx.2025-ci il tarixdə gömrük bəyannaməsini məhkəməyə təqdim etsə də, həmin bəyannamənin hazırkı mübahisəyə hansı formada aidiyyəti və nəyə aydınlıq gətirdiyi məlum deyildir. İddia tərəfi xx.xx.2025-ci il tarixdə Menşe şehadetnamesini məhkəməyə təqdim etsə də, həmin şehadetnamenin hazırkı mübahisəyə hansı formada aidiyyəti və nəyə aydınlıq gətirdiyi məlum deyildir. İddia tərəfi xx.xx.2025-ci il tarixdə müqavilə tərəfi kimi qeyd edilmiş, tərəflərin imzalamadığı “ARAC PLAKA: ** BK ***--** ZA *** ARAC PLAKA: ** ZA ***--** BK ***” qeyd edilmiş müqavilə nümunəsini məhkəməyə təqdim etsə də, həmin nümunənin hazırkı mübahisəyə hansı formada aidiyyəti və nəyə aydınlıq gətirdiyi məlum deyildir. Qeyd edilən hal bir daha təsdiq edir ki, iddia tərəfində Cavabdeh MMC-nin möhürünün əks olunduğu müqavilə nümunələri vardır. İddiaçıda müqavilə nümunəsinin olması cavabdehin iddiaçı ilə müqavilə münasibətlərində olduğunu təsdiq etmir. İddia tərəfi xx.xx.2025-ci il tarixdə məhkəməyə xx.xx.2024-cü il tarixli CMR təqdim etsə də, hazırkı mübahisəyə hansı formada aidiyyəti və nəyə aydınlıq gətirdiyi məlum deyildir. İddia tərəfi xx.xx.2025-ci il tarixdə məhkəməyə Commersial İnvoice təqdim etsə də, hazırkı mübahisəyə hansı formada aidiyyəti və nəyə aydınlıq gətirdiyi məlum deyildir. İddia tərəfi xx.xx.2025-ci il tarixdə xx.xx.2024-cü il tarixli müqavilə nümunəsini məhkəməyə təqdim etsə də, həmin nümunənin hazırkı mübahisəyə hansı formada aidiyyəti və nəyə aydınlıq gətirdiyi məlum deyildir. Qeyd edilən hal bir daha təsdiq edir ki, iddia tərəfində Cavabdeh MMC-nin möhürünün əks olunduğu müqavilə nümunələri vardır. İddia tərəfi xx.xx.2025-ci il tarixdə MMC-nin rəhbəri Mania Najafzadehin fotoşəklini məhkəməyə təqdim etsə də, ilk növbədə qeyd etmək lazımdır ki, həmin fotoşəkil qanunsuz yolla, şəxsin razılığı və icazəsi olmadan çəkilmiş fotoşəkildir. Digər tərəfdən isə həmin fotoşəklin iddiaçının tələbi üzrə nəyə aydınlıq gətirdiyi məlum deyildir. Bundan başqa, həmin tarixdə Cavabdeh MMC-nin möhürünün əks olunduğu müqavilə nümunələrinin fotoşəkilləri təqdim edilsə də, həmin şəxslərin kimlikləri məlum deyildir. Eləcə də, telefonun texniki imkanlarından istifadə edərək, “Melina” adı və telefon nömrəsi qeyd edilən fotoşəkil təqdim edilsə də, həmin fotoşəkil iddiaçının tələbini əsaslandırmır. Mobil telefonda sadə gedişlər etməklə istənilən şəxsin adını, soyadını, telefon nömrələrini və s. kimi məlumatları yazmaq mümkündür. İddia tərəfinin məhkəməyə təqdim etdiyi digər sənədlər və məhkəmə qətnamələri isə Cavabdeh MMC-nin İddiaçı qarşısında hər hansı öhdəlik daşıdığını, əvvəllər tərəflər arasında hər hansı müqavilə münasibətlərinin mövcud olduğunu və müqavilənin bağlandığını, eləcə də, İddiaçı hazırkı iş üzrə cavabdehə qarşı tələb hüququnu, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyini sübuta yetirmir. MPM-in tələblərinə əsasən iddiaçı öz tələbini sübuta yetirməlidir. İddia tərəf iş üzrə məhkəməyə sübut qismində təqdim etdikləri müqavilənin Cavabdeh MMC ilə bağlandığını sübuta yetirə bilməmişdir və Cavabdeh MMC tərəfindən verilmiş, məhkəməyə təqdim edilmiş məlumatlardan aydın görünür ki, İddiaçı və istifadəsində olmuş yük maşını “Birex” Türkiyə şirkətinə bağlıdır və buna görə də nəqliyyatın təşkilini “Birex” şirkəti yerinə yetirmişdir. Həmçinin vəsatəti üzrə iddiaçı istinad etdiyi müqavilənin əslini belə məhkəməyə təqdim edə bilməmişdir. Təmsil etdiyi Cavabdeh MMC-nin İddiaçılə müqavilə münasibətlərində olmadığını, yükdaşınmaya görə Cavabdeh MMC-nin hər hansı maddi məsuliyyət daşımadığını həmin MMC-nin direktoru M.Najafzadehin özü də məhkəmənin hazırlıq iclasında bildirmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə münasibətləri olmamışdır, Cavabdeh MMC-nin iddiaçı qarşısında hər hansı maddi öhdəliyi yoxdur.
9. Qeyd edilən etiraz ərizələrindən əlavə, cavabdeh tərəfindən müxtəlif tarixlərdə oxşar məzmunlu etiraz ərizələri məhkəməyə təqdim edilmişdir.
10. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
11. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, iddiaçını qəti şəkildə tanımır. Borcun olduğunu iddia edirlər, lakin bunu əsaslandıra bilmirlər. İddia edirlər ki, xidmət göstəriblər və borc vardır. Bəs niyə bizə bununla əlaqədar e-qaimə, hesab-faktura və s. sənəd verməyiblər. Qarşı tərəf düzgün olmayan məlumatlar verir. Şəki Kommersiya Məhkəməsində iddia qaldırılan zaman qərar çıxarıldı, həmin iş indi Ali Məhkəmədədir. Qeyd edilən mübahisədə 4 nəqliyyat vasitəsi kirayələnmişdir. Daşıma xərci 23000+6000 manatdır. Orada daşıyıcılardan biri İddiaçıdur. Amma onunla birbaşa əlaqə yoxdur. Çünki İddiaçı nəqliyyat vasitəsi kirayələnməmiş, logistika şirkətindən kirayələnmişdir. Sürücülərin onlarla öhdəlik münasibətləri yoxdur. Daşıma haqqı "xxxx" Şirkəti tərəfindən ödənilir. Bununla bağlı müqavilə də yoxdur. Əgər ortada bir borc varsa, "xxxx" Şirkətindən tələb edilməlidir, bu, onun borcudur. İddia tələbi 1 dollar olsaydı belə, qəbul edilməyəcəkdi. Çünki bunu ödəməli olan şəxs o deyildir, şirkət də Cavabdeh MMC deyildir. Məhkəmə sisteminə qoyulan sənədlərdə onların adı da yoxdur. Yəni İddiaçı ticarət münasibətləri "xxxx" Şirkəti ilədir. Onlar arasında olan maddi və ya digər münasibətlər onlara maraqlı deyildir. "xxxx" Şirkətinə bu iddia tələbi barədə məlumat verilmiş və sənədlər təqdim edilmişdir. İddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, qarşı tərəfin iddia tələbini sübutetmə yükü vardır. Amma indiyə qədər qarşı tərəf iddia tələbini təsdiq edən sübut təqdim etməmişdir. Hətta müqavilənin əslini də təqdim edə bilmədi. İş materiallarına əlavə edilmiş yazışmalar da 2 türk vətəndaşının yazışmalarıdır. Orada müxtəlif adların adı çəkilir. Onların da kim olduğu bəlli deyil. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
13. Göndərici kimi “Birex Logistics” A.Ş. ilə sifarişçi kimi "xxxx" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli daşıma müqaviləsinin 1-ci bəndinə əsasən müqavilənin predmeti göndərən firmaya aid yüklərin daşıyıcı firma tərəfindən “Birex Group”-un xidmət göstərdiyi şəhər və rayonlara daşınmasıdır. 2-ci bəndinə əsasən müqavilənin predmeti olan yüklərin daşınma haqqı qiymətlə bağlı müqavilədə qeyd edilən şərtlər əsasında ödənəcək. Nəqliyyat vasitəsinin dövlət nömrə nişanı: **-BL-***, **-ZA-***; çıxış gömrüyü: Gaziantep; daşınma haqqı: 2850 ABŞ dolları; Mal haqqı: 10000 ABŞ dolları; Ödəniş forması: Boşaltmazdan əvvəl bank vasitəsilə ödəniləcəkdir; 5-ci bəndinə əsasən sürücülərlə bağlı hər hansı bir fikir ayrılığı halında ancaq “Birex Logistics” A.Ş. məsuliyyətli hesab edilir. Cavabdeh MMC sürücülərlə bağlı heç bir səlahiyyətə malik deyildir. Sürücülərə ödəniş ancaq “X1 tərəfindən ediləcəkdir və Cavabdeh MMC bu məsələ ilə bağlı heç bir səlahiyyətə malik deyildir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2024-cü il tarixli CMR qaiməsindən müəyyən olunur ki, “Hemaks Makina Sanayi Ticaret” A.Ş. tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 20250 kq balıq yemi **-BL-*** və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ünvana çatdırılmışdır. CMR qaiməsində daşıyıcı şirkət kimi Cavabdeh MMC qeyd edilmişdir.
15. xx.xx.2024-cü il tarixli CMR qaiməsindən müəyyən olunur ki, “Burmetal İç ve Dış Ticaret LTD” tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 22000 kq yük **-BK-*** və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ünvana çatdırılmışdır. CMR qaiməsində daşıyıcı şirkət kimi Cavabdeh MMC qeyd edilmişdir.
16. xx.xx.2024-cü il tarixli CMR qaiməsindən müəyyən olunur ki, “Burmetal İç ve Dış Ticaret LTD” tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 22000 kq yük **-BK-*** və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ünvana çatdırılmışdır. CMR qaiməsində daşıyıcı şirkət kimi Cavabdeh MMC qeyd edilmişdir.
17. xx.xx.2024-cü il tarixli CMR qaiməsindən müəyyən olunur ki, “Burmetal İç ve Dış Ticaret LTD” tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 22000 kq yük **-BK-*** və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ünvana çatdırılmışdır. CMR qaiməsində daşıyıcı şirkət kimi Cavabdeh MMC qeyd edilmişdir.
18. “Garanti BBVA” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli idxal ödənişi köçürməsi adlı sənəddən müəyyən olunur ki, “Birrex Logictisc” Anonim Şirketi tərəfindən "xxxx" Şirkətinə 2850 ABŞ dolları ödəniş edilmişdir. Ödənişin əsası kimi 32 saylı qərar əsasında nağd idxal ödənişi qeyd edilmişdir.
19. “X2” Şirkəti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, **-BL-*** və **-ZA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ödənişi passport nömrəsi C02946557 olan İddiaçı Türkiyədə təhvil verilmişdir və bu vəziyyətlə bağlı bütün məsuliyyət “Birex Logistics” A.Ş.-yə aiddir. Əlaqədar sürücülər şirkətin cari hesabları vasitəsilə əməliyyatları icra etdiyi üçün bütün ödənişlər cari hesablara əlavə edilmişdir və Cavabdeh MMC ödənişlə bağlı heç bir məsuliyyət daşımır. 2850 ABŞ dolları dəyərindəki yükün daşınma haqqı Cavabdeh Şirkətinin Türkiyədəki Filialından alınmışdır və bu məsələnin Azərbaycandakı Cavabdeh MMC ilə heç bir əlaqəsi yoxdur.
20. İş materiallarına “Birex Logistics” A.Ş. tərəfindən tərtib edilmiş **-BL-***, **-ZA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə əməliyyatlar haqqında məlumat, whatsapp yazışmaları və daşıma müqavilələri əlavə edilmişdir.
21. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-270/2025 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6945 manatın, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 7000 euronun (qətnamənin icra olunduğu vaxta 1 evronun Azərbaycan nisbəti ilə), həmin borc məbləğlərinin 5% illik bank uçot dərəcəsinə uyğun hesablanmış 190 manatın, vəkilə ödənilmiş 721 manatın, ödənilmiş 162 manat dövlət rüsumunun, cəmi 23968 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5245 manat əsas borc, 43,70 manat əldən çıxmış fayda, 300 manat vəkil xidmət haqqı və 35,65 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5624,35 manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir.
22. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(107)-120/2025 saylı qətnaməsi ilə Şəki Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(117)-270/2025 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh MMC (yeni adı "xxxx" MMC) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(117)-270/2025 nömrəli qətnaməsinin qismən, yəni hər iki müqavilə üzrə əsas borca aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamənin çıxarılması, cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6945 manat əsas borc və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 7000 avro əsas borcun öhdəlik icra olunan zaman Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutularaq iddiaçı Cavabdeh MMC-yə (yeni adı "xxxx" MMC) ödənilməsi qət edilmişdir.
23. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, 15000 manat borcun və dəymiş ziyanın ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Məhkəmənin mövqeyi
27. İddia tələbini cavabdehdən vurulan maddi ziyana görə 15000 manat pulun tutulması təşkil edir.
28. Məhkəmə ilk növbədə qeyd etməyi lazım bilir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.
29. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri).
30. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
32. İlk öncə qeyd olunmalıdır ki, iddiaçı ona maddi ziyanın vurulduğunu, ziyanın məbləğinin 15000 manat təşkil etdiyini iddia etsə də, bununla bağlı təklif olunsa da, heç bir əsaslandırma aparmamışdır.
33. İddiaçının iddialarına əsasən Cavabdeh MMC ilə daşıyıcı qismində İddiaçı arasında daşıma müqaviləsi bağlanmış, həmin müqavilə əsasında daşıma xidmətləri göstərilmiş, lakin cavabeh tərəfindən müqavilə üzrə razılaşdırılmış məbləğ ödənilməmişdir. Lakin cavabdeh tərəf tərəflər arasında nə yazılı, nə şifahi formada heç bir razılaşmanın olmadığını bildirərək, müqavilənin əslinin təqdim olunmasını təklif etsə də, belə bir müqavilə, eləcə də, tərəflər arasında daşıma münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının yuxarıda sadalanan, iddianın təsdiqi qismində təqdim etdiyi sənədlər (yazışmalar və s.) tələbi təsdiq edən sübut hesab oluna bilməz. Bu baxımdan cavabdehin etirazı əsaslı sayılmalıdır.
34. Bundan əlavə, göndərici kimi “Birex Logistics” A.Ş. ilə sifarişçi kimi "xxxx" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli daşıma müqaviləsinin 5-ci bəndinə əsasən sürücülərlə bağlı hər hansı bir fikir ayrılığı halında ancaq “Birex Logistics” A.Ş. məsuliyyətli hesab edilir. Cavabdeh MMC sürücülərlə bağlı heç bir səlahiyyətə malik deyildir. Sürücülərə ödəniş ancaq “X1” tərəfindən ediləcəkdir və Cavabdeh MMC bu məsələ ilə bağlı heç bir səlahiyyətə malik deyildir. Eyni zamanda “X2” Şirkəti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktubda **-BL-*** və **-ZA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ödənişinin passport nömrəsi C02946557 olan İddiaçı Türkiyədə təhvil verildiyi və bu vəziyyətlə bağlı bütün məsuliyyətin “Birex Logistics” A.Ş.-yə aid olduğu, əlaqədar sürücülərin şirkətin cari hesabları vasitəsilə əməliyyatları icra etməsi səbəbindən bütün ödənişlərin cari hesablara əlavə edildiyi və Cavabdeh MMC-nin ödənişlə bağlı heç bir məsuliyyət daşımadığı, 2850 ABŞ dolları dəyərindəki yükün daşınma haqqının Cavabdeh Şirkətinin Türkiyədəki Filialından alındığı və bu məsələnin Azərbaycandakı Cavabdeh MMC ilə heç bir əlaqəsinin olmadığı qeyd edilmişdir.
35. Eləcə də, qeyd olunan normaların tələblərindən göründüyü kimi, ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir və o, daşıyıcıları öz məsuliyyəti ilə seçir.
36. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
37. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova