Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1342/2020 18.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 5965.40 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 5965.40 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış və həmin tarixdən fəaliyyət göstərir. Cavabdeh, Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçərək fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərir. İddiaçı və cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli, 02/2017 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehin adına xx xxxxxx 2017-ci il tarixli 480962 və 480963 nömrəli qaimələr yazılaraq ümumi dəyəri 13880.6 manat olan mallar həmin şəxsə məxsus Bakı şəhəri, X3 küçəsi 1 ünvanda yerləşən “Kübar” adlı mağazaya təhvil verilmişdir. xx xxxxxx 2018-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, həmin tarixdə tərəflər arasında üzləşmə aparılmış və cavabdehin “Kübar” şərab evi üzrə iddiaçıya 13508,57 manat borcu olduğunu etiraf edərək akta imza etmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh qaimələr üzrə ümumi borcundan iddiaçının bank hesabına 7915.20 manat ödəmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən qaimələr üzrə aldığı mallara görə həmin günə iddiaçıya cavabdehin 5965.40 manat borcu qalmışdır. xx xxxxxx 2017-ci il tarixli, 02/2017 saylı alqı-satqı müqaviləsinin 2.3.1-ci maddəsində qeyd edilmişdir ki, “Alıcı” “Satıcı” qarşısında sifariş edilmiş malların dəyərini tam həcmdə ödəmək öhdəliyini götürmüşdür. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı xx xxxxx 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi uçota alınaraq, ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. xx xxxxxx 2017-ci il tarixli 02/2017 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı özünə məxsus olan təbii üzüm şərabları və mineral suları cavabdehə bu müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində sahib olduğu və idarə etdiyi satış nöqtələrində satmaq üçün, cavabdeh tərəfindən malların dəyəri tam ödənildikdən sonra, mülkiyyətinə verməyi, cavabdeh isə həmin malların dəyərini ödəyərək malları qəbul etməyi və onları, istehlakçılara və ya satış üçün üçüncü şəxslərə iddiaçınınqiymət cədvəli ilə müəyyən olunmuş qiymətlərdən aşağı qiymətə olmamaq şərti ilə satmağı öhdələrinə götürmüşlər. xx xxxxxx 2018-ci il tarixli Qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, cavabdehin iddiaçıya xx xxxxxx 2018-ci il tarixə 13508,57 manat məbləğində borcu vardır. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 13508,57 manat borcu olmuş, xx.xx.2017-ci il tarixdə cavabdeh borcundan iddiaçının bank hesabına 7915.20 manat ödəmiş və hazırda cavabdehin iddiaçıya olan borcu 5965,40 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli 02/2017 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı özünə məxsus olan təbii üzüm şərabları və mineral suları cavabdehə bu müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində sahib olduğu və idarə etdiyi satış nöqtələrində satmaq üçün, cavabdeh tərəfindən malların dəyəri tam ödənildikdən sonra, mülkiyyətinə verməyi, cavabdeh isə həmin malların dəyərini ödəyərək malları qəbul etməyi və onları, istehlakçılara və ya satış üçün üçüncü şəxslərə iddiaçının qiymət cədvəli ilə müəyyən olunmuş qiymətlərdən aşağı qiymətə olmamaq şərti ilə satmağı öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçıya 13508,57 manat borcu olmuş, xx.xx.2017-ci il tarixdə cavabdeh borcundan iddiaçının bank hesabına 7915.20 manat ödəmiş və hazırda cavabdehin iddiaçıya olan borcu 5965,40 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 5965,40 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5965.40 manat borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1342/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1342/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver