Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1342/2022 13.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 70000 (yetmiş min) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16 iyun 2021-ci il tarixli, 010/2018 saylı saziş bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.1ci bəndinə əsasən tərəflər razılaşır ki, hazırkı sazişdə göstərildiyi kimi birinci tərəfin qəbul etdiyi hesab-fakturalar üzrə ümumi borc öhdəliyi ƏDV daxil olmamaqla 70000 (yetmiş min) manat (ödəniləcək məbləğ) təşkil edir. Birinci tərəf ödəniləcək məbləği ikinci tərəfin bu sazişin 3.2-ci bəndində göstərilmiş qaydada bank hesabına iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları ərzində hər ay 14000 (on dörd min) manat olmaqla, ümumilikdə 70000 (yetmiş min) manat ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən 16 iyun 2021-ci il tarixli, 010/2018 saylı sazişin şərtlərinə əməl olunmamışdır. Sazişin icra olunması müddətinin keçməsinə baxmayaraq bu günə qədər Cavabdeh MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəfə müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün pretenziya məktubu göndərilmiş, lakin həmin preteziya məktubuna əsasən Cavabdeh MMC yenə də öz üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməzdən öncə Mediasiya Şurasına müraciət olunmasına baxmayaraq, qarşı tərəf mediasiya proseslərində iştirak etməkdən boyun qaçırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə müraciət edərək, iddia tələbində dövlət rüsumu ödənişinin mediasiya xərci kimi oxunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “İcraçı” qismində İddiaçı MMC ilə “Sifarişçi” qismində Cavabdeh MMC arasında 07 dekabr 2018-ci il tarixli, 010/2018 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında müqavilənin əlavələrində razılaşdırılmış xidmətləri göstərməyi, sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətlərin dəqiq siyahısı və xidmət haqqının cəmi məbləği əlavələrdə öz əksini tapacaqdır. Müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş hesab-faktura təqdim edilməsindən sonra 30 (otuz) təqvim günü ərzində köçürmə yolu ilə həyata keçirilir. - İddiaçı MMC ilə Cavabdeh MMC 16 iyun 2021-ci il tarixdə 010/2018 nömrəli saziş bağlamışlar. Həmin sazişdə qeyd edilmişdir ki, nəzərə alaraq ki, tərəflər 07 dekabr 2018-ci il tarixli, 010/2018 nömrəli müqavilə imzalamışlar və hazırda tərəflər müqaviləyə 30 iyun 2021-ci il tarixində xitam verilməsi barədə razılığa gəlmişlər və müqavilə üzrə birinci tərəfin borc öhdəliyinin hesablaşma şərtlərini bu sazişdə müəyyənləşdirmək niyyətindədilər. Sazişin 1.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə müqaviləyə 30 iyun 2021-ci il tarixdən xitam verilir. Sazişin 2.1-ci bəndinə əsasən hazırkı saziş tərəflərin müqavilə üzrə və ya müqavilə ilə əlaqəli olaraq bir-birinə qarşı sürə biləcəyi həqiqi və ya potensial, bilinən və ya bilinməyən, indiki və ya gələcək və ya qanun dəyişikliyi və ya hər hansı bir digər dəyişiklikdən yarana biləcək bütün tələblərin və va şikayətlərin (hər hansı bir faiz tələbi də daxil olmaqla) (bundan sonra “Həll eidlmiş iddialar” adlanacaq) tam və son həllidir. Sazişin 3.1-ci bəndinə əsasən tərəflər razılığa gəlir ki, birinci tərəfin hazırkı sazişdə göstərildiyi kimi, birinci tərəfin qəbul eldiyi hesab-fakturalar üzrə ümumi borc öhdəliyi ƏDV daxil olmamaqla 70000 (yetmiş min) manat (“ödəniləcək məbləğ”) təşkil edir. Birinci tərəf ödəniləcək məbləği ikinci tərəfin bu sazişin 3.2-ci bəndində göstərilmiş bank hesabına aşağıdakı qaydada ödəməyi öhdəliyinə götürür: 2021-ci ilin iyul ayı – 14000 manat; 2021ci ilin avqust ayı – 14000 manat; 2021-ci ilin sentyabr ayı – 14000 manat; 2021-ci ilin oktyabr ayı – 14000 manat; 2021-ci ilin noyabr ayı – 14000 manat. - İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdehdən əsas borca görə 70000 (yetmiş min) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 70000 (yetmiş min) manat məbləğində borc və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 70400 (yetmiş min dörd yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1342/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1342/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver