Məhkəmə qərarları › İş №e-2-2(113)-1343/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1343/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1343/2021 09.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı Cavabdeh1ndən 89312,68 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 89342,68 manat pulun iddiaçının xeyrinə tutulması, borc tələbinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2364 saylı ünvanda yerləşən, RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan əmlaka yönəldilməsi, Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, iddiaçının qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı Cavabdeh1ndən 89312,68 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 89342,68 manat pulun iddiaçının xeyrinə tutulması, borc tələbinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2364 saylı ünvanda yerləşən, RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan əmlaka yönəldilməsi, Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, iddiaçının qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmişdir. İddia ərizəsinin Cavabdeh1 tərəfindən alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunsa da, Cavabdeh2 tərəfindən iddia ərizəsinin alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı Cavabdeh1ndən 89312,68 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 89342,68 manat pulun iddiaçının xeyrinə tutulması, borc tələbinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2364 saylı ünvanda yerləşən, RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan əmlaka yönəldilməsi, Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, iddiaçının qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar