Məhkəmə qərarları › İş №e-2-2(113)-1355/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1355/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1355/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh X8 LLC” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəmnəbləğində 99.452.92 (doxsan doqquz min dörd yüz əlli iki manat doxsan iki qəpik) manat məbləğində əsas borcun, 40 523.20 (qırx min beş yüz iyirmi üç manat iyirmi qəpik) manat cərimə məbləğinin və ödənilmiş 430 manat dövlət rüsumunun, cəmi 140 406,12 (yüz qırx min dörd yüz altı manat on iki qəpik) manat məbləğində vəsaitin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 (Satıcı) ilə “X8 LLC“ Məhdud Məsuliyyətli Cəmiyyəti (Alıcı) arasında 25 iyul 2021 – ci il tarixdə 27/MR-2509 saylı müqavilə və həmçinin xx.xx.2021 – ci il tarixli MR-2509/2021-1 saylı, 19 yanvar 2023 – cü il tarixli MR- 2509/2021-2 saylı, 28 mart 2023 – ci il tarixli MR-2509/2021-3 saylı əlavə razılaşmalar imzalanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin predmetini istismar zamanı sıradan çıxmış və yararsız hala düşmüş, balansdan silinmiş gəmilərin qara metal qırıntısının satışı təşkil edir. ASCO tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilərək müvafiq mallar təhvil verilmiş, lakin “X8 LLC“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, yəni müqavilə şərtlərinə uyğun olaraq təhvil verilmiş malların dəyəri ödənilməmişdir. Hal-hazırkı dövrə qədər “X8 LLC“ Məhdud Məsuliyyətli Cəmiyyətinin ASCO – ya 99 452.92 (doxsan doqquz min dörd yüz əlli iki manat doxsan iki qəpik) ödənilməmiş borcu vardır. Müqavilənin 2.1.1 – ci bəndinə əsasən, Müqavilədə göstərilən və tərəflərin razılaşdığı malı qaimə əsasında “Alıcı”ya çatdırır. Müqavilənin 21.2 – ci bəndinə əsasən, qaimənin “Alıcı”nın özü,yaxud mövcud qanunvericiliyə əsasən müvəkkil edilmiş şəxslər tərəfindən imzalanmasını “Alıcı”dan tələb edilir. Müqavilənin 2.1.3 – cü bəndinə əsasən, malın “Satıcı” tərəfindən təhvil verilməsindən sonra 15 (on beş) gün müddətində malın dəyərinin bu Müqavilənin 4 – cü bəndinə uyğun olaraq ödənilməsini “Alıcı”dan tələb edir. Müqavilənin 2.1.4 – cü bəndinə əsasən,əgər “Alıcı” bu Müqavilənin 2.1.3 - cü bəndində nəzərdə tutulmuş müddətdə Malların dəyərini tam ödəməzsə,bu halda Alıcıya hər gecikdirilmiş təqvim günü üçün həmin Təhvil-təslim Aktı üzrə ödəyəcəyi məbləğin 1% (bir faizi) həddində cərimə ödəməyə borcludur. Əksini nəzərdə tutan hər hansı bir müddəanın olmasına baxmayaraq,Satıcının cərimə məbləği barədə müraciət etməməsi Alıcını cərimə ödəmək öhdəliyindən azad etmir və Satıcının bu hüququndan imtina etməsi kimi qəbul edilə bilməz. Müqavilənin 2.2.1 – ci bəndinə əsasən,”Satıcı” malı “Alıcı”ya “Satıcı”nın idarə və müəssisələrinin,habelə gəmilərinin yerləşdiyi yerlərdə təhvil verilməsini təmin edir. Müqavilənin 2.4.1 – ci bəndinə əsasən,”Alıcı” “Satıcı”nın təhvil verdiyi malı yoxladıqdan sonra onu “Satıcı” dan qəbul edir. Müqavilənin 2.4.2 – ci bəndinə əsasən,”Alıcı” malın qiymətini 4.3 – cü bəndi ilə müəyyən edilən müddətə və qaydada “Satıcı”nın hesabına köçürməklə ödəyir. Müqavilənin 2.4.3 - cü bəndinə əsasən,malın satılmasını təsdiq edən sənədin (qaimənin) şəxsən və ya qanunvericiliklə müəyyən edilmiş qaydada müvəkkil etdiyi şəxslər tərəfindən imzalanmasına görə məsuliyyət daşıyır. Müqavilənin 3.2 – ci bəndinə əsasən,”Satıcı” malı “Alıcı”ya təhvil verdikdən sonra malın göndərilməsi barədə imza və möhürünə malik Təhvil-təslim aktı təqdim edir və “Alıcı”nın səlahiyyətli nümayəndəsindən həmin qaimə-fakturanı imzalamağı tələb edir. “Satıcı” və “Alıcı” arasında malın təhvil-təslim prosedurları qurtardıqdan sonra “Satıcı” “Alıcı” ya əsas sənəd olaraq Elektron Qaimə təqdim edir və bu qaimələr malın “Alıcı”ya satılması faktını təsdiq edən yeganə sənədlər hesab edilir. Müqavilənin 4.1 – ci bəndinə əsasən,Malın 1 (bir) tonunun qiyməti 171 (yüz yetmiş bir manat),ƏDV 30.78 (otuz manat yetmiş səkkiz qəpik),Cəmi ƏDV ilə qiymət 201.78 (iki yüz bir manat yetmiş səkkiz qəpik) müəyyən edilir. Müqavilənin 4.2 – ci bəndinə əsasən,”Alıcı” bu müqavilə üzrə qəbul etdiyi malın qiymətini təhvil aldığı malın miqdarına uyğun olaraq,malı “Satıcı”dan təhvil aldıqdan sonra 15 (on beş) gün ərzində müəyyən olunmuş qiymət əsasında bank köçürmə yolu ilə ödəyir. Müqavilənin 6.1 – ci bəndinə əsasən, Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərər görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə zərəri tam həcmdə ödəyir. Müqavilənin 8.1 – ci bəndinə əsasən, Bu nüqavilənin icrası ilə əlaqədar yaranmış mübahisələr qarşılıqlı razılığa əsasən həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin iddiaçıya 99.452.92 (doxsan doqquz min dörd yüz əlli iki manat doxsan iki qəpik) manat borcu olması faktını etiraf etsə də, pulu hal-hazırda ödəyəmənin mümkün olmaması səbəbindən borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. İddiaçı QSC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2021cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı istismar zamanı sıradan çıxmış və yararsız hala düşmüş,balansdan silinmiş gəmilərin qara metal qırıntısını alıcıya verməyi, «alıcı» isə xüsusi texnika və avadanlıq cəlb etməklə doğrama işlən apararaq malı öz nəqliyyat vasitəsilə daşımağı və malı qəbul edib əvəzində onun müqavilə ilə müəyyən olunmuş qiymətim «satıcı»ya ödəməyi öhdəsinə götürür. - 2.1.1 – ci bəndinə əsasən, Müqavilədə göstərilən və tərəflərin razılaşdığı malı qaimə əsasında “Alıcı”ya çatdırır. - 2.1.2 – ci bəndinə əsasən, qaimənin “Alıcı”nın özü,yaxud mövcud qanunvericiliyə əsasən müvəkkil edilmiş şəxslər tərəfindən imzalanmasını “Alıcı”dan tələb edilir. - - 2.1.3 – cü bəndinə əsasən, malın “Satıcı” tərəfindən təhvil verilməsindən sonra 15 (on beş) gün müddətində malın dəyərinin bu Müqavilənin 4 – cü bəndinə uyğun olaraq ödənilməsini “Alıcı”dan tələb edir. - 2.1.4 – cü bəndinə əsasən,əgər “Alıcı” bu Müqavilənin 2.1.3 - cü bəndində nəzərdə tutulmuş müddətdə Malların dəyərini tam ödəməzsə,bu halda Alıcıya hər gecikdirilmiş təqvim günü üçün həmin Təhvil-təslim Aktı üzrə ödəyəcəyi məbləğin 1% (bir faizi) həddində cərimə ödəməyə borcludur. Əksini nəzərdə tutan hər hansı bir müddəanın olmasına baxmayaraq,Satıcının cərimə məbləği barədə müraciət etməməsi Alıcını cərimə ödəmək öhdəliyindən azad etmir və Satıcının bu hüququndan imtina etməsi kimi qəbul edilə bilməz. - 2.2.1 – ci bəndinə əsasən,”Satıcı” malı “Alıcı”ya “Satıcı”nın idarə və müəssisələrinin,habelə gəmilərinin yerləşdiyi yerlərdə təhvil verilməsini təmin edir. - 2.4.1 – ci bəndinə əsasən,”Alıcı” “Satıcı”nın təhvil verdiyi malı yoxladıqdan sonra onu “Satıcı” dan qəbul edir. Müqavilənin 2.4.2 – ci bəndinə əsasən,”Alıcı” malın qiymətini 4.3 – cü bəndi ilə müəyyən edilən müddətə və qaydada “Satıcı”nın hesabına köçürməklə ödəyir. - 2.4.3 - cü bəndinə əsasən,malın satılmasını təsdiq edən sənədin (qaimənin) şəxsən və ya qanunvericiliklə müəyyən edilmiş qaydada müvəkkil etdiyi şəxslər tərəfindən imzalanmasına görə məsuliyyət daşıyır. - 3.2 – ci bəndinə əsasən,”Satıcı” malı “Alıcı”ya təhvil verdikdən sonra malın göndərilməsi barədə imza və möhürünə malik Təhvil-təslim aktı təqdim edir və “Alıcı”nın səlahiyyətli nümayəndəsindən həmin qaimə-fakturanı imzalamağı tələb edir. “Satıcı” və “Alıcı” arasında malın təhvil-təslim prosedurları qurtardıqdan sonra “Satıcı” “Alıcı” ya əsas sənəd olaraq Elektron Qaimə təqdim edir və bu qaimələr malın “Alıcı”ya satılması faktını təsdiq edən yeganə sənədlər hesab edilir. - 4.1 – ci bəndinə əsasən,Malın 1 (bir) tonunun qiyməti 171 manat,ƏDV 30.78 manat,cəmi ƏDV ilə qiymət 201.78 manat müəyyən edilir. - 4.2 – ci bəndinə əsasən,”Alıcı” bu müqavilə üzrə qəbul etdiyi malın qiymətini təhvil aldığı malın miqdarına uyğun olaraq,malı “Satıcı”dan təhvil aldıqdan sonra 15 (on beş) gün ərzində müəyyən olunmuş qiymət əsasında bank köçürmə yolu ilə ödəyir. - 6.1 – ci bəndinə əsasən, bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərər görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə zərəri tam həcmdə ödəyir. - 8.1 – ci bəndinə əsasən, bu nüqavilənin icrası ilə əlaqədar yaranmış mübahisələr qarşılıqlı razılığa əsasən həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

8. xx.xx.2021 -ci il tarixli, 27/MR-2509 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli saylıMR 2509/2021-1 saylı əlavə razılaşma imzalanmış və müqavilənin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır.

9. xx.xx.2021 -ci il tarixli, 27/MR-2509 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli saylı MR 2509/2021-3 saylı əlavə razılaşma imzalanmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır.

10. xx.xx.2021 -ci il tarixli, 27/MR-2509 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli saylı MR 2509/2021-2 saylı əlavə razılaşma imzalanmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır.

11. "xxxx" ASC tərəfindən verilmiş kredit haqqında bildiriş ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 49000 manat köçürülmüşdür.

12. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kredit haqqında bildiriş ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 49000 manat köçürülmüşdür.

13. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kredit haqqında bildiriş ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 40000 manat köçürülmüşdür.

14. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kredit haqqında bildiriş ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 40000 manat köçürülmüşdür.

15. İddiaçı tərəfindən cavabdehə EBCM 573217 saylı xx.xx.2023-cü il tarixli 4189.67 manat, EBCM 573219 saylı xx.xx.2023-cü il tarixli 10889.62 manat, EBCM 573230 saylı xx.xx.2023-cü il tarixli 4967.72 manat, EBDC 951007 saylı xx.xx.2023-cü il tarixli 15505.08 manat, EBDC 952168 saylı xx.xx.2023-cü il tarixli 19839.08 manat, EBDD 658138 saylı xx.xx.2023-cü il tarixli 8875.24 manat, EBCM 712293 saylı xx.xx.2023-cü il tarixli 9760.17 manat, EBDD 711568 saylı xx.xx.2023-cü il tarixli 5171.72 manat, EBDE 282450 saylı xx.xx.2023-cü il tarixli 7102.14 manat məbləğində elektron qaimə göndərilmişdir. V. Tətbiq edilən hüquq:

16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

- 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

20. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 99452.92 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi, elektron qaimə ilə təsdiq edilir. Həmçinin cavabdehin qanunu təmsilçisi və nümayəndəsi məhkəmə iclaslarında (audio video yazı ilə keçirilmiş ) cavabdehin iddiaçıya 99.452.92 (doxsan doqquz min dörd yüz əlli iki manat doxsan iki qəpik) manat borcu olması faktıbnı etiraf etmiş, lakin hal-hazırda ödəməni həyata keçirmələrinin qeyri mümkün olması səbəbindən borcu ödəmədiklərini bildirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında al-satqı müqaviləsinin mövcudluğu, və malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi və həmin müqavilə üzrə cavabdehin iddiaçıya 99.452.92 (doxsan doqquz min dörd yüz əlli iki manat doxsan iki qəpik) manat borcunun qalması tərəflər arasında işin mübahisələndirilməyən halıdır.

22. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 99452.92 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 99452.92 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 99452.92 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 40523.20 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

25. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 3000 manat məbləğində dəbbə pulu tutulmalıdır.

26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 430 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

27. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 392.45 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "X8" MMC -dən 99452.92 manat (doxsan doqquz min dörd yüz əlli iki manat doxsan iki qəpik) manat artıq əsas borc, 3000 (üç min) manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 392.45 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar