Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-136/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X7 iştirakı ilə, “xxxx“ ASC-nin cavabdeh “xxxx“ ASC-yə qarşı “pul” tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 təsərrüfatında tələf olmuş 1 baş Simmental cinsli, AT ********* birka nömrəli damazlıq heyvana görə 3319,27 manat məbləğində sığorta ödənişinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 3349,27 (üç min üç yüz qırx doqquz manat 27 qəpik) manatın “xxxx” ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 226 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 100-LD/16 nömrəli müqaviləyə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 2 baş Simmental cinsli, DE ********** və AT ********* birka nömrəli damazlıq heyvanları lizinqə götürmüşdür. Vəli Muxtarov xx xxxxx 2016-cı il tarixində damazlıq heyvanların dəyərindən 1615,74 (bir min altı yüz on beş manat 74 qəpik) manat məbləğində ilkin ödəniş və sığorta haqqının ödənilməsi barədə onunla bağlanmış xx xxxxx 2016-cı il tarixli müqavilə əsasında 193,89 (bir yüz doxsan üç manat 89 qəpik) manat məbləğində sığorta haqqını ödəmişdir. Vəli Muxtarovun lizinqə götürdüyü AT ********* birka nömrəli damazlıq heyvan xx.xx.2018-ci il tarixdə xəstələnmiş, lizinq alanın müraciəti əsasında Göygöl rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən dərhal müalicəyə cəlb olunmasına baxmayaraq xx.xx.2018-ci il tarixdə heyvan ölmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2017-ci il tarixli “Sığorta müqavilələrinin ötürülməsi üzrə əsas müqavilə”nin 1.2-ci bəndinin şərtlərinə əsasən, xx xxxx 2017-ci il tarixdən başlayaraq baş vermiş sığorta hadisələrinə görə sığorta ödənişlərini həyata keçirmək öhdəliyi “xxxx” ASC-nin üzərinə düşdüyündən, xx.xx.2018-ci il tarixdə tələf olmuş həmin damazlıq heyvanın sığorta hadisəsi barədə xx.xx.2018-ci il tarixli ASC/2-679 saylı məktubla “xxxx” ASC-yə məlumat verilmiş və tələf olma sənədləri 3319,27 (üç min üç yüz on doqquz manat 27 qəpik) manat məbləğində sığorta ödənişinin təmin edilməsi məqsədi ilə sığorta şirkətinə təqdim olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, “xxxx” ASC xx.xx.2018-ci il tarixli 07/SÖ-1266 saylı məktubla heyvan diri ikən laborator analizlərin aparılmaması, təsərrüfatda baytarlıq-sanitariya tələblərinin pozulması, sahibkar və baytar tərəfindən kobud nöqsanlara yol verilməsi bəhanəsini gətirilərək, Vəli Müxtərovun təsərrüfatında tələf olmuş heyvana görə 3319,27 manat məbləğində sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. Sığorta ödənişinin imtinasından sonra İddiaçı ASC Vəli Müxtərovun təsərrüfatında saxlanılan heyvanlar arasında epizootik tədbirlərin, dezinfeksiya, dezinseksiya və sair müalicə-profilaktika işlərinin aparılıb-aparılmaması, mütəmadiliyi, eləcə də AT ********* birka nömrəli damazlıq heyvanın xəstələnmə səbəbləri, aparılan müalicə tədbirlərinin ardıcıllığı və qeydiyyatına dair məlumatın, tələf olmuş heyvandan götürülmüş patoloji materialların müvafiq laboratoriyalarda diaqnostik müayinələrinin nəticələrinin, yarma protokollarının surətlərinin göndərilməsi barədə Göygöl rayon Baytarlıq İdarəsinə xx.xx.2018-ci il tarixli ASC/2-2958 saylı məktubla müraciət etmişdir. Göygöl rayon Baytarlıq İdarəsi xx.xx.2018-ci il tarixli 130 saylı məktubla ambulator jurnalın surətini Cəmiyyətə göndərməklə, Vəli Muxtarovun təsərrüfatında epizootik tədbirlər planında xəstəliklər əleyhinə peyvəndlərin və diaqnostik müayinələrin hər il vaxtında aparılmasını, dezinfeksiya, dezinseksiya və sair müalicə-profilaktika işlərinin mütamadi olaraq həyata keçirildiyini bildirmişdir. Məktubda həmçinin, Vəli Müxtərovun təsərrüfatında xx.xx.2018-ci il tarixdə xəstələnmiş AT ********* birka nömrəli damazlıq heyvanın xəstəliyin gedişinə və klinik əlamətlərinə uyğun olaraq “balalığın iltihabı” diaqnozu ilə müalicəyə cəlb olunduğunu, buna baxmayaraq heyvanın xx.xx.2018-ci il tarixdə öldüyü, yarma nəticəsində ekspertizaya əsasən patoloji materialda yoluxucu xəstəliklərin törədicilərinin aşkar edilmədiyi, balalığın iltihabı xəstəliyinə klinik əlamətlərə və xəstəliyin gedişinə əsasən diaqnoz qoyulduğu, diaqnoz üçün laborator müayinə və analizlərin aparılmasının tələb olunmadığı, heyvanın xəstəliyinin diaqnozunun vaxtında və düzgün qoyulduğu, müalicənin uyğun aparıldığı qeyd olunmuşdur. Göygöl rayon Baytarlıq İdarəsinin həmin cavabı əsasında sığorta ödənişinin təmin edilməsi məqsədi ilə İddiaçı ASC-nin xx.xx.2018ci il tarixli ASC/2-3745 saylı məktubla yenidən “xxxx” ASC-yə müraciət etməsinə baxmayaraq, sığorta şirkəti xx.xx.2018-ci il tarixli 07/SÖ-2277 saylı məktubla sığorta ödənişindən yenidən imtina etmişdir (məktubun surəti əlavə olunur). Cavabdehə sığorta məbləğinin ödənilməsi barədə göndərilmiş xx.xx.2019-cu il tarixli ASC/P-14 nömrəli pretenziya da nəticəsiz qalmış, sığorta şirkəti xx.xx.2019-cu il tarixli 07/SÖ-1027 saylı məktubla sığorta ödənişindən, xx.xx.2017-ci il tarixdən başlayaraq ötürülən sığorta müqavilələri üzrə bütün sığorta şəhadətnamələrindən irəli gələn öhdəlikləri yerinə yetirməli olması barədə “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Sığorta müqavilələrinin ötürülməsi üzrə əsas müqavilə”nin 2.4.4.-cü bəndinin şərtlərinə zidd olaraq, bir daha əsassız olaraq imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirdi. Cavabdehin nümayəndəsi həmçinin etirazla müraciət edərək, bildirmişdir ki xx.xx.2018-ci il tarixli yarma protokolundan görünür ki, diri ikən boğaz heyvana “balalığın iltihabı”, patoloji anatomik “balalığın irinli iltihabı, septisemiya” diaqnozu qoyulmuşdur. Yarma protokolunda AT-104035922 inventar nömrəli Simmental cinsli inəyin xx.xx.2018-ci il tarixində “balalığın iltihabı” diaqnozu ilə müalicəyə cəlb edildiyi, xx.xx.2018ci il tarixində bala saldığı, 20 gün sonra xx.xx.2018-ci il tarixində öldüyü göstərilir. Balalığın iltihabının əmələ gəlmə səbəbləri saxlanma və yemlənmənin düzgün təşkil edilməməsi nəticəsində heyvanın bədəninin müqavimətinin düşməsi, baytarlıq yardımı göstərdikdə baytralıq-sanitariya qaydalarına əməl olunmamasıdır. Sepsisə diaqnoz klinik əlamətlərinə, patomorfoloji dəyişikliklərə, hemotoloji və bakterioloji tədqiqatların nəticəsinə görə qoyulur. Boğaz heyvana diri ikən qoyulmuş “balalığın iltihabı” xəstəliyinin səbəbini aydınlaşdırmaq üçün təyinatı üzrə laborator müayinələr olunmalı idi. Heyvan diri ikən, kifayət qədər (bir ay) vaxt olmasına baxmayaraq, balasalma ilə müşayiət olunan xəstəliklərə (pasterellyoz, xlamidioz, bruselyoz və s.) laborator müayinələr edilməmişdir. Bu müayinə düzgün müalicə seçiminə kömək etməklə, müalicənin səmərəliyi təmin olunardı. Araşdırmalar və keçirilmiş monitorinq nəticəsində müəyyən olmuşdur ki, təsərrüfatda mal-qaranın saxlanmabəslənməsində mövcud qanunvericiliyin baytarlıq-sanitariya üzrə tələbləri pozulmuşdur. Heyvan diri ikən laborator müayinələr aparılmamışdır. Heyvan bala salması ağırlaşdırıcı faktor deyil. Çünki, balalığın iltihabı xəstəliyi əsasən bala salma və doğumdan sonra baş verir. Balalığın iltihabı zamanı sahibkar və baytarın vəzifəsi heyvanın orqanizminin müqavimətinin qaldırılması, xəstəliyi törədən mikrofloranın ləğv edilməsi, balalığın yığılma qabiliyyətinin bərpa edilməsidir. Balalıq drenaylı orqandır və balalığın iltihabı heyvanın sağlamlığı üçün təhlükə yaradan xəstəlik deyil. Vaxtında başlanmış səmərəli ardıcıl müalicə (xüsusula antibiotiklərin optimal dozası) heyvanın sağalması ilə başa çatır və ağırlaşmalar-septisemiya baş vermir. Septisemiyanın qarşısını almaq üçün mənbəni (balalığın iltihabı) vaxtında müalicə etmək lazımdır. “xxxx” ASC-nin əməkdaşları təsərrüfatda olmuş və Göygöl rayonu Quşqara sahə baytarlıq məntəqəsinin müdiri və sahibkarın iştirakı ilə heyvanların saxlanma-bəslənməsi ilə bağlı keçirilmiş monitorinq zamanı müəyyən olmuşdur ki, təsərrüfatda heyvanlar tövlədə başı bağlı şəraitdə saxlanılmaqla fəal gəzinti verilmir., beton döşəmə üzərinə heyvanların altına döşənək (rezin döşək, saman və s.) sərilmir, heyvanların suya olan tələbatı zoogigiyenik tələblərə uyğun olaraq ödənilmir. Heyvanlar yalnız gün ərzində cəmi 2 (iki) dəfə (səhər-axşam), yem axuruna suyun verilməsi ilə suvarılır ki, bu da təsərrüfatda mal-qaranın saxlanıbbəslənməsində baytarlıq-sanitariya, zoogigiyenik tələblərin kobud surətdə pozulduğunu göstərir. Bütün bu qeyd olunan nöqsan və pozuntular, əsasən orqanizmdə su çatışmazlığı yarandıqda, heyvanlarda bir çox müxtəlif xəstəliklərin baş verməsinə bilavasitə səbəb olur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan İddiaçı ASC (sığortalı) ilə “xxxx” ASC (sığortaçı) arasında bağlanmış İddiaçı ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satınalınması barədə 31/14 nömrəli müqaviləyə əsasən Sığortalı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş Qaydaların icrası ilə əlaqədar bu müqavilə ilə müəyyən olunmuş sığorta haqqını ödəməyi, Sığortaçı isə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu müqavilədə göstərilən sığorta hadisəsi baş verdikdə, Sığortalının təqdim edəcəyi siyahıda göstərilən və bu müqavilənin tərkib hissəsi sayılacaq tərəflər arasında əlavə razılaşma ilə müəyyən olunan damazlıq heyvanlara (bundan sonra - Sığorta predmeti) dəyən ziyan və zərərləri ödəməyi öhdələrinə götürürlər. Sığortalı sığorta predmetini qəbul etdikdən sonra onun birkası, çəkisi və s. barədə məlumatı Sığortaçıya təqdim edir, Sığortaçı isə hər bir sığorta predmeti barəsində sığorta şəhadətnaməsini tərtib edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə X9 (lizinq alan) arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 100-LD/16 nömrəli Dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 2 baş Simmental cinsli, DE ********** və AT ********* birka nömrəli damazlıq heyvanları 3 il müddətinə lizinqə götürmüşdür. İş materiallarında olan AR Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2016-cı il tarixli 22/11 nömrəli rəyinə əsasən X10 xx.xx.2016-cı il tarixdə ərizə ilə AR Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar əsasında yaradılmış rayon komissiyasına müraciət edərək, ərazisində Respublikaya gətirilmiş lizinq yolu ilə hüquqi və fiziki şəxslərə satılacaq damazlıq heyvanlardan təsdiq edilmiş Qaydaların şərtlərinə uyğun olaraq 2 baş Simmental cinsindən olan heyvandan, İddiaçı ASC tərəfindən ona satılmasına icazə verilməsini xahiş etmişdir. Rayon X1 ərizəsi əsasında vətəndaşın heyvan saxlamaq üçün tələb olunan şəraitinə yerində baxış keçirərkən müəyyən olundu ki, X6 normal şəraitdə olan mal damı, kifayət qədər yem ehtiyatı, heyvana baxmaq təcrübəsi JN 0205 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 1,50 hektar torpaq sahəsi var. Bunları nəzərə alaraq, X8 təsdiq edilmiş Qaydaların şərtlərinə uyğun olaraq lizinq yolu ilə 2 baş simmental cinsindən olan damazlıq heyvanın satılmasını Rayon komissiyası məqsədə müvafiq hesab edir. İş materiallarında olan “xxxx” ASC (Sığorta ötürən) ilə “xxxx” ASC (ötürülən sığortaçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli Sığorta müqavilələrinin ötürülməsi üzrə əsas müqaviləyə əsasən “ötürən sığortaçı” bu müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində müqavilənin ayrılmaz tərkib hissəsi kimi əlavə edilmiş qoşmada olan sığorta müqavilələrini “ötürülən sığortaçıya” ötürməyi, “ötürülən sığortaçı” isə öz növbəsində həmin sığorta müqavilələrini “ötürən sığortaçıdan” qəbul etməyi və sığorta müqavilələrinin ötürülməsi üzrə bu müqavilənin şərtlərindən irəli gələn öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin 1.3-cü bəndinin şərtləri nəzərə alınmaqla bu müqavilə imzalandığı tarixə qədər baş vermiş sığorta hadisələrinə görə sığorta ödənişi həyata keçirməyi “sığorta ötürən”, bu müqavilə imzalandığı tarixdən sonra baş vermiş sığorta hadisələrinə görə sığorta ödənişi həyata keçirməyi “ötürülən sığortaçı” öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən sığorta ödənişi öhdəliyi bu müqavilə imzalandığı günün növbəti günü saat 00:00-dan sonra “ötürən sığortaçı”dan “ötürülən sığortaçı”ya keçir. İş materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Göygöl X4 xx.xx.2018-ci il tarixli Ekspertizasının nəticəsinə əsasən X2 olan inventar nömrəsi ********* olan iri baş heyvanda xx.xx.2018-ci il tarixdə götürülmüş patoloji materialın bakterioloji müayinəsi zamanı yoluxucu xəstəliklərin törədicisi aşkar edilmədi. İş materiallarında olan, Göygöl rayon Baytarlıq İdarəsinin rəis müavini Arzu Rüstəmov, Quşqara Baytarlıq sahəsinin müdiri Nemət Nəbiyevin, Quşqara kənd sakini heyvan sahibi Vəli Muxtarovun iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli Akta əsasən xx.xx.2018-ci il tarixdə Quşqara kənd sakini X8 məxsus 1 baş lizinq yolu ilə alınmış, simmental cinsli, inventar nömrəsi AT-104035922 olan düyənin ölməsi ilə əlaqədar heyvanın cəsədi əvvəlcə xarici müayinədən keçirildi, sonra heyvanın cəsədi ölüm səbəbini aydınlaşdırmaq məqsədi ilə yarıldı, daxili orqanların hər biri ayrı-ayrılıqda müayinə edildi, heyvanın daxili orqanlarından laborotor müayinə üçün nümunə götürüldü, patoloji yarma barədə protokol tərtib edildi, sonra heyvanın cəsədi yandırılıb basdırılaraq zərərsizləşdirildi. İş materiallarında olan xx.xx.2018-ci il tarixli yarma protokolundan görünür ki, diri ikən boğaz heyvana “balalığın iltihabı”, patoloji anatomik “balalığın irinli iltihabı, septisemiya” diaqnozu qoyulmuşdur. Yarma protokolunda AT-104035922 inventar nömrəli Simmental cinsli inəyin xx.xx.2018-ci il tarixində “balalığın iltihabı” diaqnozu ilə müalicəyə cəlb edildiyi, xx.xx.2018-ci il tarixində bala saldığı, 20 gün sonra xx.xx.2018-ci il tarixində öldüyü göstərilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ASC/2-679 saylı məktubla “xxxx” ASCyə məlumat verilmiş və tələf olma sənədləri 3319,27 (üç min üç yüz on doqquz manat 27 qəpik) manat məbləğində sığorta ödənişinin təmin edilməsi məqsədi ilə sığorta şirkətinə təqdim olunmuşdur. İş materiallarında olan “xxxx” ASC xx.xx.2018-ci il tarixli 07/SÖ-1266 saylı məktubla heyvan diri ikən laborator analizlərin aparılmaması, təsərrüfatda baytarlıq-sanitariya tələblərinin pozulması, sahibkar və baytar tərəfindən kobud nöqsanlara yol verilməsi səbəbilə, Vəli Müxtərovun təsərrüfatında tələf olmuş heyvana görə 3319,27 manat məbləğində sığorta ödənişindən imtina etmişdir. İş materiallarında olan Göygöl rayon Baytarlıq İdarəsinin xx.xx.2018-ci il tarixli 130 saylı məktubuna əsasən, Vəli Müxtərovun təsərrüfatında xx.xx.2018-ci il tarixdə xəstələnmiş AT ********* birka nömrəli damazlıq heyvanın xəstəliyin gedişinə və klinik əlamətlərinə uyğun olaraq “balalığın iltihabı” diaqnozu ilə müalicəyə cəlb olunduğunu, buna baxmayaraq heyvanın xx.xx.2018-ci il tarixdə öldüyü, yarma nəticəsində ekspertizaya əsasən patoloji materialda yoluxucu xəstəliklərin törədicilərinin aşkar edilmədiyi, balalığın iltihabı xəstəliyinə klinik əlamətlərə və xəstəliyin gedişinə əsasən diaqnoz qoyulduğu, diaqnoz üçün laborator müayinə və analizlərin aparılmasının tələb olunmadığı, heyvanın xəstəliyinin diaqnozunun vaxtında və düzgün qoyulduğu, müalicənin uyğun aparıldığı qeyd olunmuşdur. İş materiallarında olan Göygöl Rayon Baytarlıq İdarəsi Quşqara Baytarlıq sahəsində lizinq yolu ilə alınmış cins heyvanların müalicəsinə dair Ambulator Jurnalından görünür ki, X3 olduğu simmental cinsindən olan 2 baş heyvanın müalicəsi və profilaktikası üçün jurnal tərtib edilmiş, həmin 2 baş heyvanın xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə müayinə və müalicəsi aparılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli ASC/2-3745 saylı məktubuna əsasən yenidən “xxxx” ASC-yə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 07/SÖ-2277 saylı məktubla sığorta şirkəti sığorta ödənişindən yenidən imtina etmişdir. İş materiallarında olan Cavabdehə sığorta məbləğinin ödənilməsi barədə göndərilmiş xx.xx.2019-cu il tarixli ASC/P-14 nömrəli pretenziya göndərilmiş, sığorta şirkəti xx.xx.2019cu il tarixli 07/SÖ-1027 saylı məktubla sığorta ödənişindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh “xxxx” ASC-dən X6 təsərrüfatında tələf olmuş 1 baş Simmental cinsli, AT ********* birka nömrəli damazlıq heyvana görə 3319,27 manat məbləğində sığorta ödənişi alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, “xxxx” ASC-nin iddiası təmin edilməli, “xxxx“ ASC-dən 3319,27 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq “xxxx“ ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. “xxxx“ ASC-dən 3319,27 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq “xxxx“ ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-136/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-136/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver