Məhkəmə qərarları › İş №e-2-2(113)-1363/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1363/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1363/2023 30.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Anonim şirkətinin Cavabdeh MMC-yə qarşı ("xxxx" qapalı səhmdar cəmiyyəti tələb irəli sürməyən üçüncü şəxs olmaqla) alğı-satqı müqaviləsi üzrə pul tələbə barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Anonim şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən iddia qiymətini təşkil edən ədv daxil 100,000.00 (bir yüz min) manat əsas borc, 7910 (yeddi min doqquz yüz on) manat cərimə, ümumilikdə ədv daxil 107,910.00 (bir yüz yeddi min doqquz yüz on) manat borcun, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumunu 800 (səkkiz yüz) manat mediasiya xərclərini “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş.” nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X4 Güc Sistemleri Sanayi Ve Ticaret A.S.” nin Azarbaycan Respublikasindaki nümayəndəliyi satıcı qismində, Cavabdeh MMC lizinq alan qismində və maraqlı şəxs "xxxx" QSC alıcı qismində aşağıda qeyd edilən alqı-satqı müqavilələri imzalanmışdır: 13 sentyabr 2021-ci il tarixli 5xx-xx-2021 saylı üç tərəfli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri ƏDV daxil 392,768 (üç yüz doxsan iki min yeddi yüz altmış səkkiz) manat olan 1 ədəd SEM 512 asfalt basanın (Seriya: SEM00512LGW00197, Mühərrik: 4P20L00392) və 1 ədəd CAT 320 GC 07D tırtıllı ekskavatorun (Seriya: DKJ30691, Mühərrik 2W228721); 22 sentyabr 2021-ci il tarixli 5xxxx-2021-01 saylı üç tərəfli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri ədv daxil 326,400 (üç yüz iyirmi altı min dörd yüz) manat olan 1 ədəd CAT 326 07B tırtıllı ekskavatorun (Seriya: CAT00326PKCK10133, Mühərrik: E7A45598); 23 sentyabr 2021-ci il tarixli 5xxxx-2021-02 saylı üç tərəfli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri ədv daxil 348,500 (üç yüz qırx səkkiz min beş yüz) manat olan 1 ədəd CAT 330 GC07C tırtıllı ekskavatorun (Seriya: FEK20523, Mühərrik: E7A45172); 28 sentyabr 2021-ci il tarixli ***-**-** saylı üç tərəfli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri ədv daxil 326,400 (üç yüz iyirmi altı min dörd yüz) manat olan 1 ədəd CAT 326 07B tırtıllı ekskavatorun (seriya: CAT00326AKCK10138, Mühərrik: E7A45802); tərəflər arasında imzalanmış 13 sentyabr 2021-ci il tarixli 5xx-xx-2021 saylı müqavilənin 2-ci maddəsinin şərtlərinə əsasən alıcı "xxxx" QSC satıcıya lizinq məbləğini təşkil edən 333,852 (üç yüz otuz üç min səkkiz yüz əlli iki) manat hissəsini ödəməyi, qalan 58,916 (əlli səkkiz min doqquz yüz on altı) manat hissəsini isə lizinq alan Cavabdeh MMC tərəfindən müqavilədə qeyd edilən tarixlərdə və aylara bölünmüş məbləğlərdə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 22 sentyabr 2021-ci il tarixli 5xx-xx-2021-01 saylı müqavilənin 2-ci maddəsinin şərtlərinə əsasən alıcı "xxxx" QSC satıcıya lizinq məbləğini təşkil edən 277,440 (iki yüz yetmiş yeddi min dörd yüz qırx) manat hissəsini ödəməyi, qalan 48,960 (qırx səkkiz min doqquz yüz altmış) manat hissəsini isə lizinq alan Cavabdeh MMC tərəfindən müqavilədə qeyd edilən tarixlərdə və aylara bölünmüş məbləğlərdə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 22 sentyabr 2021-ci il tarixli 5xx-xx-2021-01 saylı müqavilənin 2-ci maddəsinin şərtlərinə əsasən alıcı "xxxx" QSC satıcıya lizinq məbləğini təşkil edən 277,440 (iki yüz yetmiş yeddi min dörd yüz qırx) manat hissəsini ödəməyi, qalan 48,960 (qırx səkkiz min doqquz yüz altmış) manat hissəsini isə lizinq alan Cavabdeh MMC tərəfindən müqavilədə qeyd edilən tarixlərdə və aylara bölünmüş məbləğlərdə ödəməyi öhdəsinə götürmüşdür; Tərəflər arasında imzalanmış 23 sentyabr 2021-ci il tarixli 5xx-xx-2021-02 saylı müqavilənin 2-ci maddəsinin şərtlərinə əsasən alıcı "xxxx" QSC satıcıya lizinq məbləğini təşkil edən 348,500 (üç yüz qırx səkkiz min beş yüz) manat hissəsini ödəməyi, qalan 52,275 (əlli iki min iki yüz yetmiş beş) manat hissəsini isə lizinq alan Cavabdeh MMC tərəfindən müqavilədə qeyd edilən tarixlərdə və aylara bölünmüş məbləğlərdə ödəməyi öhdəsinə götürmüşdür; Tərəflər arasında imzalanmış 28 sentyabr 2021-ci il tarixli 5xx-xx-2021-03 saylı müqavilənin 2-ci maddəsinin şərtlərinə əsasən alıcı "xxxx" QSC satıcıya lizinq məbləğini təşkil edən 277,440 (iki yüz yetmiş yeddi min dörd yüz qırx) manat hissəsini ödəməyi, qalan 48,960 (qırx səkkiz min doqquz yüz altmış) manat hissəsini isə lizinq alan Cavabdeh MMC tərəfindən müqavilədə qeyd edilən tarixlərdə və aylara bölünmüş məbləğlərdə ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd edilən müqavilələr üzrə alıcı "xxxx" QSC üzrinə düşən öhdəliyi yerinə yetirmiş, ödənilməli olan məbləğləri satıcıya ödəmişdir. Lakin lizinq alan "xxxx" MMC müqavilə üzrə üzərinə düşən öhdəliyini tam olaraq yerinə yetirməmiş satıcıya olan 136,088.11 (yüz otuz altı min səksən səkkiz) manat borcunu artıq 9 aydır ödəməmişdir. Bundan əlavə cavabdeh tərəfindən ödəniş müddətini gecikdirdiyinə görə qanunvericiliklə nəzərdə tutulmuş faizlər hesablanmışdır. Nəzərə alınsa ki, gecikmə müddəti həmin tarixə 9 ay təşkil etdiyindən, gecikmə faizi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən aparılmış hesablamara əsasən 4394 (dörd min üç yüz doxsan dörd) manat təşkil etmişdir. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əməl edərək ilk öncə cavabdehə xx.xx.2022-ci il tarixdə mediasiya presesinin tətbiqi barədə təklif göndərilmiş və təklif cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra prosessual qaydalara əməl edilərək xx.xx.2022-ci il tarixdə Mediasiya Təşkilatına müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə təyin edilmiş mediator tərəfindən mediasiyaya dəvət məktubu göndərilmişdir. Təyin edilmiş mediasiya iclasında tərəflər razılığa gəlmiş və mediasiya iclası 08 iyul 2022-ci il tarixli MŞB/2-01060 saylı barışıq sazişi imzalanması ilə nəticələnmişdir. Sistemləri Sanayi və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyinə olan 140,482.11 (bir yüz qırx min dörd yüz səksən iki manat 11 qəpik) manat borc məbləğinin hissə-hissə ödənilməsini qəbul etmiş, həmin məbləğin 40,000 (qırx min) manatını 20 avqust 2022-ci tarixinədək ödənilməsini, qalan məbləğin 3 aya bölünərək 33,494 (otuz üç min dörd yüz doxsan dörd) manat 30 sentyabr 2022-ci il tarixədək, 33,494 (otuz üç min dörd yüz doxsan dörd) manat 31 oktyabr 2022-ci il tarixədək, 33,494.11 (otuz üç min dörd yüz doxsan dörd manat 11 qəpik) manat 30 noyabr 2022-ci il tarixinidək tam ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə Cavabdeh MMC tərəfindən əməl edilməyərək könüllü şəkildə sazişin şərtləri yerinə yetirilməmiş, Cavabdeh MMC tərəfindən ödənilməli olan ilkin ödəniş 20 avqust 2022-ci il tarixədək ödənilməmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinin tələblərinə uyğun olaraq barışıq sazişinin təsdiq edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2 (113)-5005/2022 saylı qətnaməsi ilə “X4 Güc Sistemleri Sanayi Ve Ticaret A.S. ilə Cavabdeh MMC arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilmişdir. Məhkəmə qətnaməsində imtinanın səbəbi olaraq göstərilmişdir ki, mübahisə lizinq obyektinin alqı-satqısı ilə bağlı mübahisədən yarandığı və qeyd edilən münasibət lizinq verənin yəni lizinq obyektinin alıcısının hazırkı iddia ərizəsində maraqlı şəxs olan "xxxx" QSC-nin hüququna toxunduğu üçün mediasiya prosesinə lizinq verən cəlb edilməmişdir. Məhz bu səbəbdən barışıq sazişi təsdiq edilməmişdir. Bundan sonra 21 sentyabr 2022-ci il tarixdə borclu olan Cavabdeh MMC yə eyni zamanda iş üzrə maraqlarına toxunan şəxsə yəni "xxxx" QSC yə mediasiya prosesinin tətbiqi barədə yeni təklif göndərilmiş və təklif onlar tərəfindən qəbul edimişdir. Sonuncu təklifin predmetini əsas borc məbləğini təşkil edən 136,088.11 (yüz otuz altı min səksən səkkiz) manatın, borcun ödənilməsi müddətinin 13 ay olduğunu nəzərə alaraq gecikmə faizi 7910 (yeddi min doqquz yüz on) manatın ödənilməsi təşkil etmişdir. Daha sonra qanunvericiliklə müəyyən edilmiş müddət gözlənildikdən sonra 14 noyabr 2022-ci il tarixdə mediasiyaya ərizə ilə müraciət edilmişdir. xx.xx.2022-ci il tarixə təyin edilmiş mediasiya prosesində iddiaçı olaraq və iş üzrə maraqlı şəxs "xxxx" QSC-nin iştirakı təmin edilmiş, Cavabdeh MMC-yə dəfələrlə bildiriş göndərilməsinə və bildirişi almasına baxmayaraq mediasiya prosesində iştirak etməmişdir. Mediasiya prosesində iştirak etmiş maraqlı şəxs "xxxx" QSC tələb barədə heç bir etirazının olmadığını bildirmişdir. Belə olan halda Mediator tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/2-01822 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Maraqlı şəxsin dəstəyi ilə cavabdehdən son olaraq 27 dekabr 2022-ci il tarixdə ədv daxil 36,088.00 (otuz altı min sıfır səksən səkkiz) manat məbləğində ödəniş edilmişdir. Beləliklə Cavabdeh MMC-nin iddiaçıya yuxarıda qeyd edilən müqavilələlər üzrə iddia qiymətini təşkil edən 100,000.00 (bir yüz min) manat əsas borc, 7910 (yeddi min doqquz yüz on) manat cərimə, ümumilikdə ədv daxil 107,910.00 (yüz yeddi min doqquz on) manat borcu vardır. Cavabdeh borcun qəbul etməsi tərəflər arasında imzalanmış 08 iyul 2022-ci il tarixli MŞB/2-01060 saylı barışıq sazişi ilə təsdiq edilir. Bundan əlavə bütün mediasiya sessiyalarının keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada 800 (səkkiz yüz) manat məbləğində mediasiyaya dair xərclər ödənilmişdir. Belə olan halda ödənilmiş mediasiya xərcləri də cavabdehdən tutulmalıdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdən qüvvəyə minən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən məhkəmədə iddia ərizəsi qaldırmaq üçün həmin Qanunun 8.1.4-cü bəndlərinə və 9.1-1-ci maddəsinə müvafiq olaraq, mediasiya xərcini dövlət rüsumundan çıxılmaqla (498-400= 98) 98 (doxsan səkkiz) manat dövlət rüsumu ödəyərək cavabdeh üzündən ziyana düşmüşdür. Belə olan halda ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Bundan əlavə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Daha sonra iddiaçı xx.xx.2023 tarixində iddia tələbinin azaldılması barədə ərizə vermiş, ərzəsində qeyd etmişdir ki, məhkəmədə iddia qaldırıldıqdan sonra Cavabdeh MMC nin borcundan 26.000 (iyirmi altı min) manat ödənilməsi təmin edilmişdir. Belə olan halda iddia tələbi həmin hissədə azaldılmalıdır. İddiaçı Cavabdeh MMC-dən - 76,000.00 (yetmiş altı min) manat əsas borc, 7910 (yeddi min doqquz yüz on) manat cərimə, ümumilikdə ədv daxil 83,910.00 (səksən üç min doqquz yüz on) manat borcun, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumunu 800 (səkkiz yüz) manat mediasiya xərclərini “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş. nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023 tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə veərək qeyd etmişdir ki, məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edilərkən riyazi yalnışlığa yol verilmişdir. Cavabdehin etdiyi sonuncu ödəniş ümumi borc məbləğindən çıxılarkən düzgün hesablanmamışdır. İddia ərizəsi üzrə ümumi borc məbləğini təşkil edən 107,910.00 (bir yüz yeddi min doqquz yüz on) manatdan cavabdehin etdiyi son ödənişi çıxıldıqda 76,000.00 (yetmiş altı min) manat əsas borc deyil 74,000.00 (yetmiş dörd min) manat əsas borc məbləği qeyd edilməli idi. Bu səbəbdən ərizəyə dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. İddiaçı Cavabdeh MMC-dən -74,000.00 (yetmiş dörd min) manat əsas borc, 7910 (yeddi min doqquz yüz on) manat cərimə, ümumilikdə ədv daxil 81,910.00 (səksən bir min doqquz yüz on) manat borcun, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumunu 800 (səkkiz yüz) manat mediasiya xərclərini “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş. nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023 tarixində iddiaçı yenidən ərizə verərək qeyd etmişdir ki, 3 sentyabr 2021ci il tarixli 5xx-xx-2021 saylı alqı satqı müqaviləsi tam icra edilmiş, 22 sentyabr 2021-ci il tarixli 511-092021-01 saylı və 23 sentyabr 2021-ci il tarixli 5xx-xx-2021-02 saylı müqavilələr üzrə 521949 (beş yüz iyirmi bir min doqquz yüz qırx doqquz) manat əsas borc qismən, 102950 (bir yüz iki min doqquz əlli) manat ədv borcu tam olaraq ödənilmiş, həmin miqavilələr üzrə 50000 (əlli min) manat əsas borc ödənilməmiş qalmışdır. 28 sentyabr 2021-ci il tarixli 511- 09-2021-03 saylı alqı satqı müqaviləsi üzrə isə 252610 (iki yüz əlli iki min altı yüz on) manat əsas borc, 49789,83 (qırx doqquz min yeddi yüz səksən doqquz manat 83 qəpik) ədv borcu tam olaraq ödənilmiş, 24000 (iyirmi dörd min) manat əsas qalıq borcu qalmışdır. Beləliklə müqavilələr üzrə ümumi olaraq 74000 (yetmiş dörd min) manat əsas borcu vardır. Qaimələr üzrə ədv borcu ödənilməmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclaslarında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi iddia ərizəsində hər-hansısa münasibət bildirməmiş, xx.xx.2023 tarixində ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinnin e-2-2(113)-1363/2023 saylı məhkəmə işində "xxxx" QSC-nin iştirakı olmadan baxılmasına etiraz etmədiyini qeyd etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “Borusan Makina və X3 və Ticarət” anonim şirkəti, Cavabdeh MMC və mediator X1 arasında imzalanmış 08 iyul 2022 tarixli MŞB/2-1060 nömrəli barışıq sazişində qeyd edilmişdir ki, ikinci tərəf (Cavabdeh MMC) saziş imzalandıqdan sonra “Birinci tərəfə” (X4 Güc Sistemleri Sanayi Ve Ticarct A.Ş” MMC)-yə olan 140,482.11 manat borc məbləğinin hissə-hissə ödənilməsini qəbul edir və məbləğin 40.000 manatını 20 avqust 2022-ci il tarixədək ödənilməsini, qalan məbləğin 3 aya bölünərək, 33.494 manat 30 sentyabr 2022ci il tarixədək, 33.494 manat 31 oktyabr 2022-ci il tarixədək, 33.494 manat 11 qəpik 30 noyabr 2022-ci il tarixədək tam ödənilməsini öhdəsinə götürür. "xxxx" QSC “alıcı”, “Borusan Makina və X3 və Ticarət” anonim şirkətinin Azərbyacan Respublikasındakı nümayəndəliyi “satıcı”, Cavabdeh MMC “lizinq alan” olmaqla imzalanmış 5xx-xx-2021-01 saylı xx.xx.2021 tarixli alqı-satqı müqaviləsinə əsasən bu alqısatqı müqaviləsinin məqsədi lizinq verən və lizinq alan arasında bağlanmış 5xx-xx-2021- 01 saylı xx.xx.2021 tarixli razılaşmanın həyata keçirilməsidir və lizinq alan, lizinq verən və satıcı 3 tərəfli razılıq əsasında bu müqaviləni imzalayıb təsdiq edirlər. 2.1 bəndə əsasən müqavilənin ümumi məbləği 326.400 manat təşkil edir və ödənişlər manatla aparılır. 2.2 bəndə əsasən bu müqavilə üzrə alıcı tərəfindən satıcıya ödəniləcək məbləğin 277.440 manat hissəsi alıcının əlakın alınması üçün ayırdığı lizinq məbləği təşkil edir. Qeyd olunan məbləğdən ümumi dəyərin ƏDV hissəsi bu müqavilə imzalandıqdan sonra 03 bank günü ərzində və yerdə qalan hissəsi isə əmlak lizinq alan və alıcı tərəfindən qəbul edildikdən sonra alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Tərəflər razılaşırlar ki, lizinq alan əmlakın qəbulu ilə bağlı üzərinə düşən bu öhdəliyi yerinə yetirmədiyi halda alıcı tərəfindən bu müqaviləyə xitam veriləcəkdir və satıcı alıcıya qarşı hər hansı iddia irəli sürülə bilməz və alıcının ona avans olaraq ödədiyi məbləği geri qaytarılmalıdır. 2.3 bəndə əsasən tərəflər razılaşrılar ki, əmlakın ümumi dəyərinin 48.960 manat hissəsi lizinq alan tərəfindən ödənilməlidir. Lizinq alan bu məbləğin 16.320 manat hissəsini xx.xx.2021, 16.320 manat hissəsini xx.xx.2021 və 16.320 hissəsini isə xx.xx.2021 tarixə qədər satıcıya ödənilməsi üçün alıcıya ödənilməlidir. Bu ödəniş lizinq alanın öhdəliyidir və alıcı tərəfindən satıcıya ödəniş lizinq alan bu öhdəliyini yerinə yetirdikdən, yəni müvafiq məbləği alıcının bank hesabına ödənildikdən sonra icra olunacaqdır. Alıcı bu ödənşin həyata keçməməsinə, gecikdirilməsinə, və s. üçün satıcı qarşısında hər hansı məsuliyyət daşımır və ya öhdəlik daşımır və satıcı bu öhdəliyin icrası ilə bağlı alıcıya qarşı heç bir iddia irəli sürə bilməz. Bu öhdəlik lizinq alanın üzərinə düşür və gələcəkdə hər hansı səbəbdən satıcı iddialarını yalnız lizinq alana qarşı irəli sürə bilər. 5xx-xx-2021-01 saylı razılaşmaya əlavə olan 511-01 nömrəli xx.xx.2021 tarixli lizinq obyektinin qəbulu protokoluna əsasən 326.400 manat dəyəri olan 1 ədəd CAT 326 07B tırtıllı eskkavator təhvil verlmişdir. Lizinq verən adından Hüseynli, lizinq alan adından Əhmədzadə, satıcı adından Volkan Kuş qeyd edilməklə, "xxxx" QSC, “Borusan Makina və X3 və Ticarət” anonim şirkətinin Azərbyacan Respublikasındakı nümayəndəliyi və Cavabdeh MMC tərəfindən möhürlə təsdiq edilmişdir. “Borusan Makina və X3 və Ticarət” anonim şirkətinin Azərbyacan Respublikasındakı nümayəndəliyi tərəfindən "xxxx" QSC-yə göndərilmiş EBBJ seriyalı 595681 xx.xx.2021 tarixli elektron qaimə ilə 22 sentyabr 2021 tarixli müqavilə üzrə 348.500,01 manat, EBBJ seriyalı 618008 nömrəli, xx.xx.2021 tarixli elektron qaimə ilə 22 sentyabr 2021 tarixli 5xxxx-2021-01 saylı müqavilə üzrə 326.400 manat, EBBJ seriyalı 090422 nömrəli, xx.xx.2021 tarixli elektron qaimə ilə 13 sentyabr 2021 tarixli müqavilə üzrə 256.768 manat, EBBJ seriyalı 088047 nömrəli, xx.xx.2021 tarixli elektron qaimə ilə 13 sentyabr 2021 tarixli müqavilə üzrə 136.000 manat, EBBJ seriyalı 862241 nömrəli, xx.xx.2021 tarixli elektron qaimə ilə 28 sentyabr 2021 tarixli 5xx-xx-20021-03 nömrəli müqavilə üzrə 362.400 manat ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" QSC “alıcı”, “Borusan Makina və X3 və Ticarət” anonim şirkətinin Azərbyacan Respublikasındakı nümayəndəliyi “satıcı”, Cavabdeh MMC “lizinq alan” olmaqla imzalanmış 5xx-xx-2021 saylı xx.xx.2021 tarixli alqı-satqı müqaviləsinə əsasən bu alqısatqı müqaviləsinin məqsədi lizinq verən və lizinq alan arasında bağlanmış xx.xx.2021 tarixli daxili maliyyə müqaviləsinin həyata keçirilməsidir və lizinq alan, lizinq verən və satıcı 3 tərəfli razılıq əsasında bu müqaviləni imzalayıb təsdiq edirlər. 2.1 bəndə əsasən müqavilənin ümumi məbləği 392.768 manat təşkil edir və ödənişlər manatla aparılır. 2.2 bəndə əsasən bu müqavilə üzrə alıcı tərəfindən satıcıya ödəniləcək məbləğin 333.852 manat hissəsi alıcının əlakın alınması üçün ayırdığı lizinq məbləği təşkil edir. Qeyd olunan məbləğdən ümumi dəyərin ƏDV hissəsi bu müqavilə imzalandıqdan sonra 03 bank günü ərzində və yerdə qalan hissəsi isə əmlak lizinq alan və alıcı tərəfindən qəbul edildikdən sonra alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Tərəflər razılaşırlar ki, lizinq alan əmlakın qəbulu ilə bağlı üzərinə düşən bu öhdəliyi yerinə yetirmədiyi halda alıcı tərəfindən bu müqaviləyə xitam veriləcəkdir və satıcı alıcıya qarşı hər hansı iddia irəli sürülə bilməz və alıcının ona avans olaraq ödədiyi məbləği geri qaytarılmalıdır. 2.3 bəndə əsasən tərəflər razılaşrılar ki, əmlakın ümumi dəyərinin 58.916 manat hissəsi lizinq alan tərəfindən ödənilməlidir. Lizinq alan bu məbləğin 19.640 manat hissəsini xx.xx.2021, 19.638 manat hissəsini xx.xx.2021 və 19.638 manat hissəsini isə xx.xx.2021 tarixə qədər satıcıya ödənilməsi üçün alıcıya ödənilməlidir. Bu ödəniş lizinq alanın öhdəliyidir və alıcı tərəfindən satıcıya ödəniş lizinq alan bu öhdəliyini yerinə yetirdikdən, yəni müvafiq məbləği alıcının bank hesabına ödənildikdən sonra icra olunacaqdır. Alıcı bu ödənşin həyata keçməməsinə, gecikdirilməsinə, və s. üçün satıcı qarşısında hər hansı məsuliyyət daşımır və ya öhdəlik daşımır və satıcı bu öhdəliyin icrası ilə bağlı alıcıya qarşı heç bir iddia irəli sürə bilməz. Bu öhdəlik lizinq alanın üzərinə düşür və gələcəkdə hər hansı səbəbdən satıcı iddialarını yalnız lizinq alana qarşı irəli sürə bilər. 5xx-xx-2021 saylı razılaşmaya əlavə olan 511 nömrəli xx.xx.2021 tarixli lizinq obyektinin qəbulu protokoluna əsasən 392.768 manat dəyəri olan 1 ədəd CAT 320 GC 07D tırtıllı eskkavator təhvil verlmişdir. Protokol "xxxx" QSC, “Borusan Makina və X3 və Ticarət” anonim şirkətinin Azərbyacan Respublikasındakı nümayəndəliyi və Cavabdeh MMC tərəfindən möhürlə təsdiq edilmişdir. "xxxx" QSC “alıcı”, “Borusan Makina və X3 və Ticarət” anonim şirkətinin Azərbyacan Respublikasındakı nümayəndəliyi “satıcı”, Cavabdeh MMC “lizinq alan” olmaqla imzalanmış 5xx-xx-2021-02 saylı xx.xx.2021 tarixli alqı-satqı müqaviləsinə əsasən bu alqısatqı müqaviləsinin məqsədi lizinq verən və lizinq alan arasında bağlanmış xx.xx.2021 tarixli razılaşmanın həyata keçirilməsidir və lizinq alan, lizinq verən və satıcı 3 tərəfli razılıq əsasında bu müqaviləni imzalayıb təsdiq edirlər. 2.1 bəndə əsasən müqavilənin ümumi məbləği 348.500 manat təşkil edir və ödənişlər manatla aparılır. 2.2 bəndə əsasən bu müqavilə üzrə alıcı tərəfindən satıcıya ödəniləcək məbləğin 296,225 manat hissəsi alıcının əlakın alınması üçün ayırdığı lizinq məbləği təşkil edir. Qeyd olunan məbləğdən ümumi dəyərin ƏDV hissəsi bu müqavilə imzalandıqdan sonra 03 bank günü ərzində və yerdə qalan hissəsi isə əmlak lizinq alan və alıcı tərəfindən qəbul edildikdən sonra alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Tərəflər razılaşırlar ki, lizinq alan əmlakın qəbulu ilə bağlı üzərinə düşən bu öhdəliyi yerinə yetirmədiyi halda alıcı tərəfindən bu müqaviləyə xitam veriləcəkdir və satıcı alıcıya qarşı hər hansı iddia irəli sürülə bilməz və alıcının ona avans olaraq ödədiyi məbləği geri qaytarılmalıdır. 2.3 bəndə əsasən tərəflər razılaşrılar ki, əmlakın ümumi dəyərinin 52.275 manat hissəsi lizinq alan tərəfindən ödənilməlidir. Lizinq alan bu məbləğin 17.425 manat hissəsini xx.xx.2021, 17.425 manat hissəsini xx.xx.2021 və 17.425 manat hissəsini isə xx.xx.2021 tarixə qədər satıcıya ödənilməsi üçün alıcıya ödənilməlidir. Bu ödəniş lizinq alanın öhdəliyidir və alıcı tərəfindən satıcıya ödəniş lizinq alan bu öhdəliyini yerinə yetirdikdən, yəni müvafiq məbləği alıcının bank hesabına ödənildikdən sonra icra olunacaqdır. Alıcı bu ödənşin həyata keçməməsinə, gecikdirilməsinə, və s. üçün satıcı qarşısında hər hansı məsuliyyət daşımır və ya öhdəlik daşımır və satıcı bu öhdəliyin icrası ilə bağlı alıcıya qarşı heç bir iddia irəli sürə bilməz. Bu öhdəlik lizinq alanın üzərinə düşür və gələcəkdə hər hansı səbəbdən satıcı iddialarını yalnız lizinq alana qarşı irəli sürə bilər. 5xx-xx-2021-02 saylı razılaşmaya əlavə olan 511-02 nömrəli xx.xx.2021 tarixli lizinq obyektinin qəbulu protokoluna əsasən 348.500 manat dəyəri olan 1 ədəd CAT 330 GC07C tırtıllı eskkavator təhvil verlmişdir. Protokol "xxxx" QSC, “Borusan Makina və X3 və Ticarət” anonim şirkətinin Azərbyacan Respublikasındakı nümayəndəliyi və Cavabdeh MMC tərəfindən möhürlə təsdiq edilmişdir. "xxxx" QSC “alıcı”, “Borusan Makina və X3 və Ticarət” anonim şirkətinin Azərbyacan Respublikasındakı nümayəndəliyi “satıcı”, Cavabdeh MMC “lizinq alan” olmaqla imzalanmış 5xx-xx-2021-03 saylı xx.xx.2021 tarixli alqı-satqı müqaviləsinə əsasən bu alqısatqı müqaviləsinin məqsədi lizinq verən və lizinq alan arasında bağlanmış xx.xx.2021 tarixli razılaşmanın həyata keçirilməsidir və lizinq alan, lizinq verən və satıcı 3 tərəfli razılıq əsasında bu müqaviləni imzalayıb təsdiq edirlər. 2.1 bəndə əsasən müqavilənin ümumi məbləği 326.400 manat təşkil edir və ödənişlər manatla aparılır. 2.2 bəndə əsasən bu müqavilə üzrə alıcı tərəfindən satıcıya ödəniləcək məbləğin 277.440 manat hissəsi alıcının əlakın alınması üçün ayırdığı lizinq məbləği təşkil edir. Qeyd olunan məbləğdən ümumi dəyərin ƏDV hissəsi bu müqavilə imzalandıqdan sonra 03 bank günü ərzində və yerdə qalan hissəsi isə əmlak lizinq alan və alıcı tərəfindən qəbul edildikdən sonra alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Tərəflər razılaşırlar ki, lizinq alan əmlakın qəbulu ilə bağlı üzərinə düşən bu öhdəliyi yerinə yetirmədiyi halda alıcı tərəfindən bu müqaviləyə xitam veriləcəkdir və satıcı alıcıya qarşı hər hansı iddia irəli sürülə bilməz və alıcının ona avans olaraq ödədiyi məbləği geri qaytarılmalıdır. 2.3 bəndə əsasən tərəflər razılaşırlar ki, əmlakın ümumi dəyərinin 48.960 manat hissəsi lizinq alan tərəfindən ödənilməlidir. Lizinq alan bu məbləğin 16.320 manat hissəsini xx.xx.2021, 16.320 manat hissəsini xx.xx.2021 və 16.320 manat hissəsini isə xx.xx.2021 tarixə qədər satıcıya ödənilməsi üçün alıcıya ödənilməlidir. Bu ödəniş lizinq alanın öhdəliyidir və alıcı tərəfindən satıcıya ödəniş lizinq alan bu öhdəliyini yerinə yetirdikdən, yəni müvafiq məbləği alıcının bank hesabına ödənildikdən sonra icra olunacaqdır. Alıcı bu ödənşin həyata keçməməsinə, gecikdirilməsinə, və s. üçün satıcı qarşısında hər hansı məsuliyyət daşımır və ya öhdəlik daşımır və satıcı bu öhdəliyin icrası ilə bağlı alıcıya qarşı heç bir iddia irəli sürə bilməz. Bu öhdəlik lizinq alanın üzərinə düşür və gələcəkdə hər hansı səbəbdən satıcı iddialarını yalnız lizinq alana qarşı irəli sürə bilər. 5xx-xx-2021-03 saylı razılaşmaya əlavə olan 511-03 nömrəli xx.xx.2021 tarixli lizinq obyektinin qəbulu protokoluna əsasən 326.400 manat dəyəri olan 1 ədəd CAT 326 07B tırtıllı eskkavator təhvil verlmişdir. Protokol "xxxx" QSC, “Borusan Makina və X3 və Ticarət” anonim şirkətinin Azərbyacan Respublikasındakı nümayəndəliyi və Cavabdeh MMC tərəfindən möhürlə təsdiq edilmişdir. “Borusan Makina və X3 və Ticarət” anonim şirkətinin bank hesabından çıxarışdan məlum olur ki, 23.022023 tarixində "xxxx" QSC tərəfindən mal alışı təyinatı üzrə 8.510, 8.640, 8.850 manat hesaba mədaxil olmuşdur. "xxxx" QSC tərəfindən təqdim edilmiş xx.xx.2023 tarixli maliyyə arayışında xx.xx.2021 tarixli 5xx-xx-2021 saylı maliyyə lizinqi müqaviləsi üzrə 27.049,61 manat qalıq borc, xx.xx.2023 tarixli maliyyə arayışında xx.xx.2021 tarixli 5xx-xx-2021-01 saylı maliyyə lizinqi müqaviləsi üzrə 22.676,34 manat qalıq borc, xx.xx.2023 tarixli maliyyə arayışında xx.xx.2021 tarixli 5xx-xx-2021-02 saylı maliyyə lizinqi müqaviləsi üzrə 24.155,59 manat qalıq borc, xx.xx.2023 tarixli maliyyə arayışında xx.xx.2021 tarixli 5xx-xx-2021-03 saylı maliyyə lizinqi müqaviləsi üzrə 22.306,46 manat qalıq borc, xx.xx.2023 tarixli maliyyə arayışında xx.xx.2021 tarixli 5xx-xx-2021-04 saylı maliyyə lizinqi müqaviləsi üzrə 31.697,45 manat qalıq borc göstərilmişdir. İV. İşin müəyyən edilən halı: İşin müəyyən edilən halı ondan ibarətdir ki, İddiaçı Anonim şirkəti, Cavabdeh MMC və "xxxx" qapalı səhmdar cəmiyyəti arasında 4 alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilələr üzrə razılaşdırılmış texnikalar Cavabdeh MMC-yə lizinqə verilməsi üçün İddiaçı Anonim şirkəti tərəfindən "xxxx" qapalı səhmdar cəmiyyətinə satılmışdır. Hazırda iddiaçı həmin alqı-satqı müqavilələrində lizinq alan olan Cavabdeh MMC-dən pulun ödənilməsini tələb edir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olmasından daha əvvəl hazırki iş üzrə iddiaçının iddia tələbini irəli sürmək üçün subyektiv hüququ araşdırılmalıdır. Qeyd etmək lazımdır ki, iddiaçının hazırki iddianı irəli sürməkdə subyektiv hüququ tərəflər arasında imzalanmış 3 tərəfli müqavilədən irəli gəlir. Yuxarıda qeyd edilən hər bir müqavilə şərtlərində tərəflər razılaşdırılmışdır ki, lizinq obyektinin dəyərinin müəyyən hissəsini əhatə edən ödəniş satıcıya- yəni İddiaçı Anonim şirkətinə ödənilməsi üçün "xxxx" qapalı səhmdar cəmiyyətinə ödənilməlidir. Qeyd olunan bu öhdəlik tərəflər arasında lizinq alanın öhdəliyi kimi razılaşdırılmışdır. Eyni zamanda müqavilədə qeyd edilən öhdəliyin icra edilməməsi nəticəsində məsuliyyət lizinq alan üzərinə düşməsi qeyd edilmişdir. Qeyd edilən hallara məcmu şəkildə qiymət verildikdə iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olması öz təsdiqini tapır. Məhkəmə iddia tələbinin əsaslı olmasına münasibətdə isə hesab edir ki, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməsə belə, iş materiallarından məlum oldu ki, həm məhkəmə araşdırması dövründə həm də daha əvvəl mütəmadi olaraq cavabdeh tərəfindən ödəmələrin olması öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi 74.000 manat əsas borc hissəsində əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda iddiaçı 7.910 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. İddiaçı 7.910 manatı cərimə məbləği kimi qeyd etsə də iddia ərizəsində həmin məbləği Mülki Məcəllənin 449.1 maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009 tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının pul məbləğini qaytarmaması ilə ondan hansı şəkildə faydalanması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan iddia tələbi həmin hissədə rədd edilməlidir. Vİİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat mediasiya xərci, 98 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı cavabdehdən məhkəmə xərci kimi 800 manat mediasiya rüsumunun ödənilməsini tələb etsə belə, məhkəmə qeyd edir ki, tərəflər arasında iki mediasiya sessiyası keçirilmişdir. Hazırki iddia tələbi üzrə ödənilmiş mediasiya xərci 400 manat təşkil etdiyindən cavabdehdən də həmin xərc tutulmalıdır. İddiaçı tərəfindən digər mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş xərc hazırki işə aid olmadığından cavabdehdən tutula bilməz. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 74.000 manat əsas borc, 400 manat mediasiya xərci, 98 manat dövlət rüsumu İddiaçı Anonim şirkətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar