Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1363/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi X1 qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Hüseyn oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı xx.xx.2014-cü il tarixli 12-LA/14 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 12-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 379212 (üç yüz yetmiş doqquz min iki yüz on iki ) manat gecikdirilmiş borcun və hesablanmış 92529,17 (doxsan iki min beş yüz iyirmi doqquz manat 17 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz) manat cəmi: 472241,17 (dörd yüz yetmiş iki min iki yüz qırx bir manat 17 qəpik) manat pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçıAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 12-LA/14 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2014-cü il tarixli 12-LA/14 nömrəli müqavilə üzrə 379212 manat gecikdirilmiş borcu və hesablanmış 92529,17 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir..
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini etiraz edib, iddia iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 12-LA/14 nömrəli lizinq müqavilələrindən görünür ki, “Lizinq verən ümumi dəyəri 2 248 800,0 (iki milyon iki yüz qırx səkkiz min səkkiz yüz) manat olan Samux rayonunda 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının (bundan sonra- Obyekt) dəyərini lizinq ödəniş qrafıkində (1 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verir..
8. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
9. xx.xx.2014-cü il tarixli 12-LA/14 saylı lizinq müqaviləsinə cərimənin hesablanması qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2018-ci ilin İİİ rübündən başlayaraq 2024-cü ilin İİİ rübünə qədər olan dövrdə ümumilikdə 92529.17 manat məbləğində cərimə ödənişləri edilməli idi.
10. xx.xx.2014-cü il tarixli 12-LA/14 saylı lizinq müqaviləsinə cərimənin hesablanması qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2014-cü ilin İV rübündən başlayaraq 2024-cü ilin İV rübünə qədər olan dövrdə ümumilikdə 168660 məbləğində cərimə ödənişləri edilməli idi.
11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli D-12-LA/14 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh MMC-nin gecikdirilmiş borcu 379 212 manat, cərimə borcu 92 529,17 manat olmaqla cəmi borc 471741.17 manat təşkil edir.
12. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən 5 saylı vəkil bürosunun hesabına 500 manat köçürülmüşdür.
13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-754/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli 991-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1388 manat gecikdirilmiş borc və 65 manat cərimə borcu, xx.xx.2014-cü il tarixli 12-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış ******* manat gecikdirilmiş borc və 60000 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiya xərci olmaqla, cəmi ******* (bir milyon üç yüz on iki min altı yüz iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi qət edilmişdir. V. Tətbiq edilən hüquq:
16. AR Mülki Məcəlləsinin: - - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
17. AR MPM-in: - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixli 12-LA/14 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh alan Cavabdeh MMC lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə alan Cavabdeh MMC lizinq müqavilələri üzrə gecikdirilmiş borcu yaranmışdır.
20. Tərəflərin izahatları əsasında məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında liziq münasibətlərinə əsaslanan müqavilə münasibətlərinin olması, cavabdehin iddiaçıya müəəyyən məbləğdə borcunun olması işin mübahissəzi halıdır. Tərəflər arasında mübahisələndirilən hal-borcun məbləği ilə bağlıdır. Borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı m\hkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspetizası təyin edilsə də, ekspert tərəfindən rəy verilməmədən, imtina edilmiş, iş üzrə prosessual müddətin tamam olması nəzərə alınaraq, məhkəmə işə məhkəmə ekspertizası təyi olmadam, iş materiallarında olan digər sübutlar əsasənda baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-754/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixli 12-LA/14 saylı lizinq müqaviləsi ilə Cavabdeh MMCdən xx.xx.2023-cü il tarixə hesablanmış borc tutulmuş, hazırki iddia tələbi ilə isə həmin tarixdən sonra yaranan xx.xx.2024-cü il tarixə hesablanmış borc tələb olunur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə lizinq müqaviləsi üzrə 379212 manat məbləğində borcunun yaranması iş materiallarında olan sübutlarla, ödəniş qrafiki , maliyyə arayışı və digər sübutlarla təsdiq olunur. Cavabeh tərəfinən hər hansı ödəniş edilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
21. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC-nin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh MMC-nin lizinq ödənişləri üzrə 379212 manat məbləğində gecikdirilmiş borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqaviləsi üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
22. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2014-cü il tarixli 12-LA/14 saylı müqavilə üzrə dəbbə pulu 7000 manat məbləğində müəyyən edilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-dən 379212 (üç yüz yetmiş doqquz min iki yüz on iki) manat məbləğində əsas borc, 7000 (yeddi min) manat məbləğində cərimə, 500 (beş yüz) manat məbləğində vəkil xərci və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 676.71 (altı yüz yetmiş altı manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ödənilməlidir.
25. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 676.71 manat təşkil edir.
26. Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 676.71 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 379212 (üç yüz yetmiş doqquz min iki yüz on iki) manat məbləğində əsas borc, 7000 (yeddi min) manat məbləğində cərimə, 500 (beş yüz) manat məbləğində vəkil xərci və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 676.71 (altı yüz yetmiş altı manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova