Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1364/2021 23.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Bağman qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı cavabdehdən əsas borc 2.985,05 manat pul məbləğinin, dəbbə pulu 597,01 manatın, ödənilmiş dövlət rüsumu 30 manatın, cəmi 3.612,06 manat həcmində müqavilə üzrə məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən əsas borc 2.985,05 manat pul məbləğinin, dəbbə pulu 597,01 manatın, ödənilmiş dövlət rüsumu 30 manatın, cəmi 3.612,06 manat həcmində müqavilə üzrə məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən əsas borc 2.985,05 manat pul məbləğinin, dəbbə pulu 597,01 manatın, ödənilmiş dövlət rüsumu 30 manatın, cəmi 3.612,06 manat həcmində müqavilə üzrə məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1364/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1364/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver