Məhkəmə qərarları › İş №e-2-2(113)-1366/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1366/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1366/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh “Reklam və X1 Dəstək” İctimai Birliyinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Reklam və X2 Dəstək” İctimai Birliyi tərəfindən 28 sentyabr 2023-cü il tarixində bağlanmış, 028 nömrəli Hüquq Xidmətləri haqqında yazılı Müqaviləyə əsasən yaranan 2200.00 manat manat dəyərində əsas borc məbləği, öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5% hesablanmaqla 100 manat cərimə və iddia ərizəsinin təqdim edilməsinə görə 43 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 2343 manat məbləğin,İddiaçı MMC-nin xeyrinə ödənilməsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının direktoru “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəflər arasında mübahisə predmeti üzrə xx.xx.2024 tarixində razılığa gəlindiyini, cavabdehin müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməsini və iddiaçının iddia tələbindən imtina etməsini nəzərə alaraq, məhkəmə icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh “Reklam və X1 Dəstək” İctimai Birliyinə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar