Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-138/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçı1 MMC-nin Cavabdehnə (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı üçüncü şəxs olmaqla) qarşı 18.*1.2*22-ci il tarixli, 733 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 MMC cavabdeh “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı 18.*1.2*22-ci il tarixli, 733 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı“nın İddiaçı1 qarşısında 31 avqust 2*22-ci il tarixinə mövcud olan ƏDV daxil 3*.674,27 manat həcmində borc məbləği və 3*.674,27 manat ödənilməmiş borc məbləğinə hesablanmış 6.647,44 manat cərimə olmaqla, cəmi 37.321,71 manat, tərəflərindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 2** manat və dövlət rüsumunun əvəzi olaraq 1* manat olmaqla ümumilikdə 37.531,71 manat məbləğində pul vəsaitinin “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı1nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 18 yanvar 2*22-ci il tarixli, 73 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflərindən 25 yanvar 2*22-ci il tarixində EBBQ seriyalı 185211 nömrəli elektron qaimə ilə ƏDV daxil 28.977,85 manat və 18 fevral 2*22-ci il tarixində EBBR seriyalı 4856** nömrəli elektron qaimə ƏDV daxil 1.696,42 manat olmaqla, cəmi 3*.674,27 manat məbləğində müxtəlif təyinatlı elektrik malları “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına satılmışdır. Baxmayaraq ki, 18 yanvar 2*22-ci il tarixli, 73 saylı alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə görə “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən alınması nəzərdə tutulan malın dəyəri əvvəlcədən 1**% həcmində müəssisələrinə ödənilməli idi, lakin satdıqları müxtəlif təyinatlı elektrik mallarının dəyəri bu günə kimi onun tərəfindən ödənilməmişdir. 14 mart 2*22-ci il tarixində aralarında qarşılıqlı üzləşmə aktı tərtib edilərək müəssisələri qarşısında həmin tarixə “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının borc öhdəliyinin 3*.674,27 manat olduğu təsdiqlənmişdir. 23 may 2*22-ci il tarixində 18 yanvar 2*22-ci il tarixli, 73 saylı alqısatqı müqaviləsi üzrə aralarında yaranmış ixtilafın məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə tərəflərindən cavabdeh “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına çatdırılması təsdiq edilmiş pretenziya ünvanlanmışdır. Bu günə kimi cavabdeh tərəfindən həmin pretenziya cavablandırılmamışdır. 18 yanvar 2*22-ci il tarixli, 73 nömrəli alqı-satqı müqaviləsinin 3.3cü bəndinə görə ödənişi nəzərdə tutulmuş məbləğinin ödənişi gecikdirildiyi təqdirdə gecikdirilmiş hər gün üçün satıcı *,1% həcmində cərimə hesablamaq hüququna malikdir. Yeddi aydan çox müddətdə “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən borc öhdəliyi üzrə hər hansı bir məbləğ müəssisəyə ödənilmədiyi üçün onlar həmin hüquqlarından istifadə etmək qərarına gəldilər. Beləliklə, tərəflərindən 31 avqust 2*22-ci il tarixinə 25 yanvar 2*22-ci il tarixindən 218 gün olmaqla 28.977,85 manat cavabdeh “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ödənilməmiş borcuna görə 28.977,85 x x*,1% = 28,98 x 218 = 6.317,64 manat və 18 fevral 2*22-ci il tarixindən 194 gün olmaqla 1.696,42 manat ödənilməmiş borcuna görə 1.696,42 x *1% = 1,7 x 194= =329,8* manat olmaqla cəmi 6.647,44 manat məbləğində cavabdeh “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına cərimə hesablandı. Məhkəmənin *4.11.2*22-ci il tarixli qərardadı ilə İddiaçı1 MMC-nin Cavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı 18.*1.2*22-ci il tarixli, 733 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair iş üzrə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı əsl Cavabdeh ilə əvəz edilmiş və işin icraatı təzələnmiş, Cavabdeh Azərbaycan Respublikasındakı Filialı iş üzrə cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı1 (satıcı) ilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı (alıcı) arasında Bakı şəhərində imzalanmış 73 saylı 18.*1.2*22-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Satıcı Alıcının dövri sifarişləri əsasında Müqaviləyə edilmiş Əlavələr üzrə “Qiymətlərin razılaşma protokolları”-nda göstərilən malmateriaları (bundan sonra mətndə Mal adlandırılacaq), satır. Alıcı isə həmin Malları qəbul edir və razılaşdırılmış müddətdə Malların dəyərini ödəyir. 2.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə olacaqdır. 3.2-ci bəndinə əsasən hesablaşmalar köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulan məbləğin əvvəlcədən 1**%-i tam həcmdə ödəniş şəklində həyata keçirilir. 3.3-cü bəndinə əsasən ödənişi nəzərdə tutulmuş məbləğin ödənişi gecikdirildiyi təqdirdə gecikdirilmiş hər gün üçün Satıcı *,1% həcmində cərimə hesablamaq hüququna malikdir. 7.1-ci bəndinə əsasən bu Müqavilə barəsində bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. 7.2-ci bəndinə əsasən razılıq əldə etmək mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı1 tərəfindən ümumilikdə (ƏDV daxil) 3*.674,27 manat olmaqla, o cümlədən: - 28.977,85 manat dəyərində malların verilməsinə dair 25.*1.2*22-ci il tarixli, EBBQ seriyalı, 185211 nömrəli, 1.696,42 manat dəyərində malların verilməsinə dair 18.*2.2*22-ci il tarixli, EBBR seriyalı, 4856** nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. Elektron qaimələr hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmaqla yanaşı möhürləri ilə də təsdiq edilmişdir. İddiaçı1 ilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı arasında 14.*3.2*22-ci il tarixli qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və aktda Cavabdeh Azərbaycan Respublikasındakı Filialının İddiaçı1nə 14.*3.2*22-ci il tarixə ümumilikdə 3*.674,27 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmaqla yanaşı möhürləri ilə də təsdiq edilmişdir. İddiaçı1 tərəfindən Cavabdeh Azərbaycan Respublikasındakı Filialına 23.*5.2*22-ci il tarixli pretenziya məktubu göndərilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin bir tərəfi – cavabdeh Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkəti, digər tərəfi - iddiaçı isə AR-də təsis edilmiş və fəaliyyət göstərən İddiaçı1 MMC olduğundan mübahisə xarici elementli mübahisədir. Odur ki, məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olubolmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 44*.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.*. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.*.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.*.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.*.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 45*.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 45*.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 45*.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə İddiaçı1 MMC ilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı arasında bağlanılmış 73 saylı 18.*1.2*22-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin müqavilənin 7.2-ci bəndində tərəflər arasında razılıq əldə etmək mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi sözügedən şərtdə tərəflər mübahisələrin hansı dövlətin məhkəmələrində baxılmalı olması barədə aydın şəkildə razılaşmamışlar. Digər tərəfdən cavabdeh “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətin AR-da filialı mövcuddur və hazırkı mübahisə həmin filialın fəaliyyətindən irəli gəlir. Bununla yanaşı hazırki iddia icrası Azərbaycan Respublikasının ərazisində həyata keçirilmiş müqavilədən irəli gəlir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də belə, AR MPM-in 44*.1-ci, 443.*.2-ci və 443.*.7-ci maddələrinə əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin yuxarıda istinad edilən şərtində tərəflərin müqavilədən irəli gələn mübahisələrə tətbiq edilməli hüquq barədə tərəflərin seçimi aydın şəkildə ifadə edilmişdir. Belə ki, müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq həll edilməsi nəzərdə tutulmuşdur ki, mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Mübahisəyə gəlincə məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 MMC ilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı arasında 73 saylı 18.*1.2*22-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək malları Cavabdeh Azərbaycan Respublikasındakı Filialına təqdim etmişdir. Filial isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmişdir. Cavabdeh Azərbaycan Respublikasındakı Filialı İddiaçı1 MMC-yə təqdim edilmiş mallara görə 14.*3.2*22-ci il tarixə ümumilikdə 3*.674,27 manat məbləğində borcun olması faktı elektron qaimələr və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə təsdiqini tapır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 3*.674,27 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X1 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən 3*.674,27 manat məbləğində pul tutularaq İddiaçı1 MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 6.647,44 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 15** manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 2** manat məbləğində mediasiya xərcləri ilə yanaşı 1* manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 2*1,96 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 1*7-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.*.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. MPM-in 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, hazırda iddiaçı tərəfindən artıq ödənilmiş 8,*4 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 17* (yüz yetmiş) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 3*.674,27 manat məbləğində borc, 15** manat məbləğində dəbbə pulu, cəmi 32.174,27 manat məbləğinfə pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 17* manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 MMC-yə ödənilsin. İddia verilərkən artıq ödənilmiş 8,*4 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-138/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-138/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver