Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1381/2022 24.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh1nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı X2 cavabdeh "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nə qarşı KOL-SY-SC-139 saylı, *3.*3.2*21-ci il tarixli müqaviləyə əsasən pul vəsaitinin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X5 Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 4747 manat məbləğində pul vəsaiti, 6* manat məbləğində mediasiya xərci, 5** manat məbləğində vəkil xərci və 7.47 manat məbləğində dövlət rüsumunun tutularaq X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə X6 arasında bağlanmış KOL-SY-SC-139 saylı *3.*3.2*21-ci il tarixli müqaviləyə əsasən, X6 doğranmış çınqıl materialının daşınmasını, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi isə bu xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşdülər. Tərəflər arasında bağlanmış KOL-SY-SC-139 saylı *3.*3.2*21-ci il tarixli müqavilənin 2.3.-cü maddəsinə əsasən, hesablamalrın aparılması üçün bir ay 3* gündür. Tərəflər arasında bağlanmış KOL-SY-SC-139 saylı *3.*3.2*21-ci il tarixli müqavilənin 2.7.-ci maddəsinə əsasən, ödəmələr növbəti ayın ilk 2* günü ərzində yerinə yetirilməlidir. Tərəflər arasında bağlanmış KOL-SY-SC-139 saylı *3.*3.2*21-ci il tarixli müqavilənin 7.1.-ci maddəsinə əsasən, tərəflər öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə habelə qarşı tərəfə görə tam həcmdə məsuliyyət daşıyırlar. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 2*21-ci ilin iyun ayında 4747 manat məbləğində göstərilmiş xidmətlərin dəyərini ödəməkdən boyun qaçırır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia əsassızdır və faktiki vəziyyəti özündə əks etdirmir. Belə ki, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə fərdi sahibkar X5 arasında bağlanmış xidmət müqaviləsi üzrə göstərilən xidmətlərə görə ödənişlər edilmiş, dəyəri ödənilən xidmətlərin göstərilməsi elektron qaimələrlə təsdiq edilmiş və bunun əsasında ödəniş edilmişdir. Lakin iddiaçı məhkəməyə üzərində müxtəlif qeyri-müəyyən qeydlər olan, cavabdehin möhürü ilə təsdiq edilməyən, üzərində cavabdehin adı yazılan, lakin cavabdehə aid olmayan, hansı halın təsdiqini müəyyən etməyən sarı rəngli kağızlar təqdim edərək xidmət göstərilməsinə istinad edir. Qeyd edirlər ki, həmin kağızların hüquqi qüvvəsi yoxdur, belə ki, onlar cavabdeh tərəfindən rəsmi qaydada təsdiqlənməmişdir, yəni həmin kağızlarda cavabdehin səlahiyyətli şəxslərinin imzaları, şirkətin möhürü mövcud deyil. Həmin sənədlərin cavabdehə aidiyyəti yoxdur. Cavabdehin adından edilən imzaların kimlərə məxsus olması barədə məlumat yoxdur. İddiaçı tərəfindən təqdim edilən sarı rəngli kağızlarda faktiki olaraq nəyin təhvil-təslimi olduğu öz əksini tapmır. Yəni iddiaçı tərəfindən hansı xidmətlərin göstərilməsi həmçinin dəyəri sübut edilmir. Bundan sonra iddiaçı X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaya əlavə olaraq bildirirmişlər ki, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təsisçisi Cavabdeh1 Türkiyə şirkətidir. Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əsasnaməsinə əsasən, Cavabdeh1 Türkiyə şirkəti də nümayəndəliyin öhdəliklərinə görə məsuliyət daşıyır. AR MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən və onun təsisçisi olan Cavabdeh1 Türkiyə şirkətindən 4747 manat məbləğində pul vəsaiti tutularaq, 6* manat mediasiya xərci, 5** manat məbləğində vəkil xərci və 7.47 manat dövlət rüsumunun tutularaq X3 ödənilməsi X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə yazılı etiraz vermiş və etirazda göstərmişdir ki, fikirlərinə görə iddiaçının təqdim etdiyi ərizə qanunsuz və əsassız olduğundan ərizə üzrə tələb rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində iddia tələbinin həm Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən, həm də onun təsisçisi Cavabdeh1 dən tutulmasını məhkəmədən xahiş etmişdir. Belə başa düşülür ki, ərizədə iddiaçının tələbi iddia məbləğinin 2 dəfə, ayrı-ayrılıqda ödənilməsinə yönəlmişdir. Qeyd edirlər ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən iddiaçı iddia məbləğinin dəyişdirilməsi səbəblərini əsaslandırmalıdır. Habelə, İddia tələbi Cavabdeh1-nə yönəlməlidir. Belə ki, Mülki Məcəllənin 53-cü maddəsinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Bu səbəbdən də, tələb elə hüquqi şəxsin özünə yönəlməlidir. Sonda cavabdeh göstərilən halların nəzərə alınmasını, iddiaçının ərizəsinin və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil1 əlavə olaraq bildirdi ki, tərəflər arasında formalaşmış işgüzar praktikaya görə yükdaşınma xidmətlərinin təhvil-təslimi məhkəməyə təqdim edilmiş qaimələrə əsasən aparılırdı və mart-may ayları üçün yükdaşınmasına görə haqq eyni qaimələr əsasında ödənilmişdir. Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1nin nümayəndəsi və vəkili Vəkil2 iddiaçı tərəfindən olaraq 2*21-ci il iyun ayı ərzində yükdaşıma xidmətlərinin göstərilmədiyini, eləcə də iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi sənədlərin (qaimələrin, qəbzlərin) "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin AR nümayəndəliyi tərəfindən tərtib edilmədiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: X5 (icraçı) və Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (sifarişçi) arasında bağlanmış *3.*3. 2*21-ci il tarixli, KOL-SY-SC-139 saylı saylı material daşınması üzrə xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifariş etdiyi ölçü və miqdar üzrə karxanadan doğranmış çınqıl materialının sifarişçinin təyin etdiyi material saxlama sahəsinə daşıyaraq təhvil verməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi isə bu müqaviıənin şərtlərinə uyğun olaraq icraçı tərəfindən təımin edilib təhvil verilən materialların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə doğranmış çınqıl materiallarının sifarişçinin təmin etdiyi yerə daşınması qiyməti 1 tonunun 1 km. məsafəyə daşınmasına görə *,*8 manat təşkil edir. 2.3-cü bəndinə görə hesablaşmaların aparılması üçün bir ay 3* gündür. 2.4-cü bəndinə görə ödənişlər sifarişçinin Şabran rayonundakı layihə düşərgəsində təhvil aldığı tərəzi ölçmə sənədləri əsasında həyata keçiriləcəkdir. 2.5-ci bəndinə görə hər ay görülən işlər üçün ödəmə sertifikatı hazırlanacaqdır. Ödəniş Azərbaycan manatı ilə nağdsız qaydada həyata keçirilir. 2.6-ci bəndinə əsasən sifarişçi tərəfindən tərtib edilmiş ödəmə sertifikatı növbəti ayın ilk 5-7 günləri arasında icraçı tərəfindən imzalanmalıdır. Əks halda icraçı öz gecikdirməsindən dolayı ödəmə sertifikatını sözügedən tarixdə imza etməzsə, onda aylıq ödəmə sertifikatı birtərəfli qaydada təsdiq edilmiş hesab ediləcək və sifarişçiyə verən iradı qəbul edilməyəcəkdir. 3.2.4-cü bəndinə görə sifarişçi icraçı üçün verdiyi yanacağı ödəmə sertifikatından kəsinti edəcəkdir. Müqavilə hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. *3.*6.2*21-24.*6.2*21-ci il tarixləri arası dövrü əhatə edən qaimələrdən görünür ki, həmin qaimələrdə "xxxx" MMC-yə məxsus **-JC-*** və **-JY-*** dövlət nömrə nişanlı maşınların daşıdığı yükün getdiyi istiqamət, çəkisi və sahəyə giriş-çıxış saatları göstərilmişdir. Qaimələrdə çəkilmiş imzaların qabağında imzanı icra etmiş şəxsin adı, eləcə də hansı tərəfi təmsil etməsi göstərilməmiş, eləcə də qaimələr möhürlə təsdiq edilməmişdir. 1*.*6.2*21-26.*6.2*21-ci il tarixləri əhatə əsasən Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilməsi iddia edilən qəbzlərdə isə göstərilmişdir ki, **-JC-*** və **-JY-*** dövlət nömrə nişanlı maşınlara Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən müxtəlif miqdarda benzin verilmişdir. Həmin qəbzlər Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi adından Sənan adlı şəxs tərəfindən imzalanmış və möhürlə təsdiqlənməmişdir. 14.*8.2*2*-ci il tarixli təhvil-təslim aktlarından müəyyən edilir ki, 25.*5.2*12-ci il tarixli 482/12/2*12 saylı və 28.*8.2*21-ci il tarixli 5*3/*33/2*12 saylı daxili maliyyə lizinqi müqavilələrinə əsasən 2 ədəd - 2*12-ci il buraxılışlı şassi nömrəsi LZZ5EXSD2CN663125, mühərrik nömrəsi 12*117*31497 və şassi nömrəsi LZZ5EXSD5CN675222 mühərrik nömrəsi 12*517**11517 olan HOWO markalı özüboşaldan yük maşınları lizinq verən “Beynəlxalq Lizinq “ QSC tərəfindən lizinq alan X3 təhvil verilmişdir. Aktlar Lizinq verən və alanın imzaları, lizinq verənin möhürü ilə təsdiq edilmişdir. AD seriyalı, 884225 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, şassi nömrəsi LZZ5EXSD2CN663125, mühərrik nömrəsi 12*117*31497 olan HOWO özüboşaldan yük maşının dövlət nömrə nişanı **-JY-***-dir. AD seriyalı, 886154 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, LZZ5EXSD5CN675222 mühərrik nömrəsi 12*517**11517 olan olan HOWO özüboşaldan yük maşının dövlət nömrə nişanı **-JC-***-dir. EBBB seriyalı, 447233 nömrəli, *8.*5.2*21-ci il tarixli elekron qaimədən görünür ki, X5 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 4763,28 məbləğinə dair (mart ayı üçün ümumi məbləğin 5*%-nə görə) elektron qaimə göndərilərək sistem tərəfindən təsdiqlənmişdir. EBBC seriyalı, 2*1897 nömrəli, 25.*5.2*21-ci il tarixli elekron qaimədən görünür ki, X5 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 1*236,72 manat məbləğinə dair (mart ayı üçün 4763,28 manat, aprel ayı üçün 5473,44 manat) elektron qaimə göndərilərək sistem tərəfindən təsdiqlənmişdir. EBBF seriyalı 561*73 nömrəli 29.*7.2*21-ci il tarixli elekron qaimədən görünür ki, X5 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 6213,3* manat məbləğinə dair (aprel ayı 2727,24 manat, may ayı üzrə 3486,*6 manat) elektron qaimə göndərilərək sistem tərəfindən təsdiqlənmişdir. EBBG seriyalı 847757 nömrəli 24.*8.2*21-ci il tarixli elekron qaimədən görünür ki, X5 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 6213,3* manat məbləğinə dair (may ayı üzrə qalıq) elektron qaimə göndərilərək sistem tərəfindən təsdiqlənmişdir. *8.*5.2*21-ci il tarixli OD19 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X3 4763,28 manat məbləğində ödəniş edilmişdir. *8.*5.2*21-ci il tarixli OD19 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X3 4763,28 manat məbləğində ödəniş edilmişdir. 26.*5.2*21-ci il tarixli **1İNT121146*318 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X3 1*236,72 manat məbləğində ödəniş edilmişdir. 3*.*7.2*21-ci il tarixli **********9* saylı ödəniş qəbzindən görünür ki, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X3 6213,3* manat məbləğində ödəniş edilmişdir. 27.*8.2*21-ci il tarixli 15 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X3 6213,3* manat məbləğində ödəniş edilmişdir. İnternet Vergi İdarəsinin sistemindən çıxarışdan görünür ki, X5 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə iyun ayında göstərilmiş yükdaşınma xidmətlərinə görə göndərilmiş EBBK seriyalı, 2*3636 nömrəli *7.1*.2*21-ci il tarixli elektron qaimə Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təsdiqlənməmiş və düzəliş üçün qaytarılmışdır. X5 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış 23.12.2*21-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 4747 manat məbləğində borcun 3* gün ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə mhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X5 ilə Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında *3.*3. 2*21-ci il tarixli, KOL-SY- SC-139 saylı saylı material daşınması üzrə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 2*21-ci ilin mart-may aylarında cavabdeh "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sifarişi əsasında çınqıl materialının daşınması həyata keçirilmiş, Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən isə sözügedən yük daşınmaları üçün haqq ödənilmişdir. X1 2*21-ci ilin iyun ayında da sözügedən müqavilə üzrə yük daşınmalarını həyata keçirdiyini, lakin həmin daşınmalara görə haqqın ona ödənilmədiyini əsas göstərərək yük daşınmalarına görə 4747 manat məbləğində haqqın Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən və nümayəndəliyin aid olduğu hüquqi şəxsdən – Cavabdeh1ndən tutulmasını tələb edir. Cavabdehlər Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Cavabdeh1 isə 2*21-ci ilin iyun ayında iddiaçı tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sifarişinə əsasən yük daşınmalarının həyata keçirilmədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 85*-ci maddəsi təşkil edir. Həmin maddəyə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Hazırkı halda mübahisəli hüquq münasibətlərində daşıyıcı olan iddiaçının haqqının ödənilməsini tələb etdiyi yük daşınmalarının həyata keçirib-keçirməməsi işin mübahisəli halını təşkil edir. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində icraçı tərəfindən göstəriləcək yükdaşıma xidmətləri üzrə hesablaşmanın aparılması qaydası müəyyən edilsə də, iddiaçı dəyərinin ödənilməsini tələb etdiyi yük daşınması xidmətlərinin göstərilməsinin müqavilədə göstərilən qaydada rəsmiləşdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, əvvəla, 2*21-ci ilin iyun ayında həyata keçirilməsi iddia edilən yük daşınmaları ilə bağlı müqavilənin 2.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ödəniş sertifikatının tərtib edilərək müqavilə tərəfləri tərəfindən imzalanması iş materialları ilə öz təsdiqini tapmır. İkincisi, müqavilənin 2.4-cü bəndində göstərilən tərəzi ölçmə sənədlərinə gəldikdə iddiaçı məhkəməyə təqdim etdiyi qaimələrin tərəzi ölçmə sənədləri olduğunu iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən qaimələrin müqavilənin 2.4-cü bəndində göstərilən tərəzi ölçmə sənədləri olması ehtimal olunsa belə, həmin sənədlərdə onların həqiqiliyini müəyyən etməyə imkan verən imza, möhür və digər atributlar mövcud deyil. Üçüncüsü, eynilə benzin verilməsi barədə qəbzlərə münasibətdə qeyd edilməlidir ki, həmin sənədlər hər iki tərəfin adından imzalansa da, qəbzləri imzalamış şəxslərin kimliyi və tərəflərin adından göstərilən sənədlərə imza etmək səlahiyyətinə malik olub-olmaması iş materiallarına əsasən müəyyən edilmir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 854.1-ci maddəsinə görə yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. Hazırkı halda 2*21-ci ilin iyun ayında həyata keçirilməsi iddia edilən yük daşınmaları ilə bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan normasında göstərilən qaydada yük qaiməsi də tərtib edilməmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarından görünür ki, iddiaçı tərəfindən mübahisəli müqavilə əsasında 2*21-ci ilin iyun ayında yük daşınmalarının həyata keçirilməsi faktını təsdiq edən, həmin müqavilənin şərtlərinə uyğun şəkildə və ya mülki qanunvericiliyin yuxarıda göstərilən dispozitiv normasında müəyyən edilmiş qaydada tərtib edilmiş mötəbər yazılı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının göstərilən halı təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sənədlərin mötəbərliyi isə şübhə doğurmaqla yük daşınmalarının göstərilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. Əvvəlki aylarda göstərilmiş yük daşınması xidmətləri üzrə hesablaşmaların eyni növlu sənədlər (iddiaçının təqdim etdiyi qaimələr) əsasında aparılması iddiaçının istinad etdiyi dəlillərə gəldikdə, əvvəla, tərəflər arasında əvvəlki aylar üzrə hesablaşmaların eyni növlü sənədlər əsasında aparılması iş materiallarına əsasən müəyyən edilmir. Belə ki, ən azından iyun ayından fərqli olaraq əvvəlki aylarda yük daşınmalarının həyata keçirilməsi iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən etiraz olunmadığından sistem tərəfindən təsdiqlənmiş elektron qaimələrlə də təsdiq edilir. İyun ayında həyata keçirilməsi iddia edilən yük daşınmalarına görə göndərilmiş elektron qaiməyə isə cavabdeh tərəfindən etiraz edilmiş və qaimə düzəliş üçün iddiaçıya qaytarılmışdır. İkincisi, tərəflər arasında belə bir işgüzar adətin formalaşması ehtimal edilsə və iddiaçı tərəfindən təqdim edilmiş sənədlər iyun ayında yük daşınması xidmətlərinin göstərilməsini təsdiq edən sübutlar kimi məhkəmə tərəfindən qəbul edilsə belə, həmin sənədlər əsasında həyata keçirilmiş yük daşınmalarına görə ödənilməli olan haqqın məbləğini müəyyən etmək mümkün deyil (belə ki, həmin sənədlərdə yük maşınlarının qət etdiyi məsafə qeyd edilməmişdir). Odur ki, göstərilən halda belə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər yük daşımasına görə haqqın tutulması barədə hazırkı iddianın hansı hissədə əsaslı olması barədə nəticəyə gəlmək üçün yetərli sübut hesab edilə bilməzdi. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 2*21-ci ilin iyun ayında iddiaçı X5 tərəfindən Cavabdeh1nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sifarişi əsasında yük daşınmalarının həyata keçirilməsi iş materiallarına əsasən öz təsdiqini tapmadığından yük daşınması haqqının tutulması tələbinə dair hazırkı iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X2 cavabdeh "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və "X8 Sanayi Ve Ticaret Anonim Şirketi"nə qarşı KOL-SY-SC-139 saylı, *3.*3.2*21-ci il tarixli müqaviləyə əsasən pul vəsaitinin tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1381/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1381/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver