Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1397/2021 04.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 01 mart 2018-ci il tarixli xidmət müqaviləsinə əsasən 14400,81 manat xidmət haqqının və öhdəliyin vaxtında icra edilməməsi səbəbi ilə gecikdirmə faizi və vəkil xərcinin əvəzi olaraq 700 manat, cəmi 15100,81 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Catering MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 mart 2018-ci il tarixli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric 3,60 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqaviləyə əsasən 01 mart 2018-ci il tarixindən 31 dekabr 2018-ci il tarixinədək Cavabdeh MMC-nin əməkdaşlarını yemək (catering) xidməti ilə təmin etmişdir. İddiaçı MMC-nin xidmət göstərilən dövrdə öhdəliklərini lazımı səviyyədə yerinə yetirməyinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən hal – hazıradək ƏDV daxil olmaqla 14400,81 manat ödənilməmiş borc məbləği qalmışdır. Müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri Cavabdeh MMC tərəfindən növbəti ayın ilk 5 günü ərzində ödənilməli idi. İddiaçı tərəfindən cavabdehə 25 iyul 2019- cu il tarixində 16 №li və ikinci dəfə 20 avqust 2020-ci il tarixində 28 №li pretenziya məktubu göndərilərək yaranmış qalıq borcunun müqavilə öhdəliklərinə uyğun olaraq növbəti 15 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq göndərilmiş pretenziya məktubuna heç bir cavab verilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək aralarında bağlanmış 01 mart 2018-ci il tarixli xidmət müqaviləsinə əsasən 14400,81 manat məbləğində xidmət haqqının və 2018-ci ilin mart ayından etibarən öhdəliyin vaxtında icra edilməməsi səbəbi ilə gecikdirilmiş hər il üzrə 5% olmaqla hesablanmış cərimə (dəbbə pulu) 2340 manat və vəkil xərci 300 manat ümumilikdə isə 17040,81 manat məbləğində olmaqla maliyyə vəsaitinin Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermişdir. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, həqiqətən də İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xidmət göstərilmiş və 14400,81 manat məbləğində borc yaranmışdır. Borcun ödənilməməsinin səbəbi Cavabdeh MMC-nin maliyyə vəziyyətinin ağır olmasıdır. Lakin əsas borca cərimənin hesablanması ilə razı deyildir. İş materiallarında olan: - “xxxx” Catering MMC ilə Cavabdeh MMC 01.03.2018-ci il tarixində xidmət müqaviləsi bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə Müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric 3,60 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. - 09.04.2018-ci il tarixli, 282607 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1546,27 manat dəyərində, 07.05.2018-ci i tarixli, EAAİ seriyalı, 949872 saylı elektron qaiməyə əsasən 4150,30 manat dəyərində, 06.06.2018-ci il tarixli, EAAJ seriyalı, 679192 saylı elektron qaiməyə əsasən 3360,17 manat dəyərində, 06.07.2018-ci il tarixli, EAAK seriyalı, 398439 saylı elektron qaiməyə əsasən 6486,70 manat dəyərində, 03.08.2018-ci il tarixli, EAAL seriyalı, 109298 saylı elektron qaiməyə əsasən 8139,17 manat dəyərində, 03.09.2018-ci il tarixli, EAAL seriyalı, 789956 saylı elektron qaiməyə əsasən 9821,38 manat dəyərində, 04.09.2018-ci il tarixli, EAAL seriyalı, 813340 saylı elektron qaiməyə əsasən 866,59 manat dəyərində, 03.10.2018-ci il tarixli, EAAM seriyalı, 565120 saylı elektron qaiməyə əsasən 11078,78 manat dəyərində, 10.10.2018-ci il tarixli, EAAM seriyalı, 745348 saylı elektron qaiməyə əsasən 2468,09 manat dəyərində, 02.11.2018-ci il tarixli, EAAN seriyalı, 345031 saylı elektron qaiməyə əsasən 9931,82 manat dəyərində, 03.12.2018-ci il tarixli, EAAO seriyalı, 065304 saylı elektron qaiməyə əsasən 5535,14 manat dəyərində və 04.01.2019-cu il tarixli, EAAO seriyalı, 884696 saylı elektron qaiməyə əsasən 938,81 manat dəyərində xidmət göstərillmişdir. - 25.04.2018-ci il tarixli ödəniş tapşırığına əsasən EAAİ seriyalı, 282607 saylı elekton qaimə üzrə 235,87 manat, 18.05.2018-ci il tarixli ödəniş tapşırığına əsasən EAAİ seriyalı, 949872 saylı elekton qaimə üzrə 633,10 manat, 31.07.2018-ci il tarixli ödəniş tapşırığına əsasən EAAK seriyalı, 398439 saylı elekton qaimə üzrə 630 manat, 06.07.2018-ci il tarixli ödəniş tapşırığına əsasən EAAJ seriyalı, 679192 saylı elekton qaimə üzrə 270 manat, 17.07.2018-ci il tarixli ödəniş tapşırığına əsasən EAAJ seriyalı, 679192 saylı elekton qaimə üzrə 270 manat, 27.08.2018-ci il tarixli ödəniş tapşırığına əsasən EAAL seriyalı, 109298 saylı elekton qaimə üzrə 806,9 manat, 06.09.2018-ci il tarixli ödəniş tapşırığına əsasən HT seriyalı, 939133 saylı elekton qaimə üzrə 720 manat, 08.10.2018-ci il tarixli ödəniş tapşırığına əsasən EAAK seriyalı, 398439 saylı elekton qaimə üzrə 774 manat, 29.11.2018-ci il tarixli ödəniş tapşırığına əsasən EAAK və HT seriyalı, 398439 və 939133 saylı elekton qaimələr üzrə 1800 manat, 31.01.2019-cu il tarixli ödəniş tapşırığına əsasən EAAL seriyalı, 789956 saylı elekton qaimə üzrə 1080 manat, 20.05.2019-cu il tarixli ödəniş tapşırığına əsasən EAAL və EAAN seriyalı, 789956 və 345031 saylı elekton qaimələr üzrə 2592,14 manat Cavabdeh MMC-yə ödəniş tapşırıqları verilmişdir. - 25.04.2018-ci il tarixli, 115İNTL181150002 saylı qəbzə əsasən Cavabdeh MMC tərəfindən 1310,4 manat, 18.05.2018-ci il tarixli 115İNTL181380502 saylı qəbzə əsasən 2000 manat, 06.07.2018-ci il tarixli, 115İNTL181870501 saylı qəbzə əsasən 1500 manat, 17.07.2018-ci il tarixli, 115İNTL181980598 saylı qəbzə əsasən 1500 manat, 31.07.2018-ci il tarixli, 115İNTL182120124 saylı qəbzə əsasən 3500 manat, 27.08.2018-ci il tarixli, 115İNTL182390589 saylı qəbzə əsasən 6000 manat, 06.09.2018-ci il tarixli, 115İNTL182490506 saylı qəbzə əsasən 4000 manat, 08.10.2018-ci il tarixli, 115İNTL182810400 saylı qəbzə əsasən 4300 manat, 31.11.2018-ci il tarixli, 115İNTL183340504 saylı qəbzə əsasən 10000 manat və 31.01.2019-cu il tarixli, 115İNTL190310560 saylı qəbzə əsasən 6000 manat ödəniş edilmişdir. - 03.05.2021-ci il tarixli maliyyə arayışına əsasən 01.03.2018-ci il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı 2018-ci ilin mart ayından 2018-ci ilin sonuna kimi Cavabdeh MMC catering xidməti ilə təmin etmişdir. Göstərilən xidmətə görə 14401,21 manat borc qalmışdır. Cəmi ödənimliş məbləğ 49922,01 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən göründüyü kimi “xxxx” Catering MMC ilə Cavabdeh MMC 01.03.2018-ci il tarixində xidmət müqaviləsi bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə Müqavilənin 2.1ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric 3,60 manat məbləğində xidmət haqqı öhdəsinə götürmüşdür. Lakin bügunə kimi cavabdeh tərəfindən cəmi ödənilmiş məbləğ 49922,01 manat təşkil etmişdir. Göstərilən xidmətə görə 14400,21 manat pul vəsaiti bugünə kimi ödənilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, xidmətlər Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında, göstərilmişdir. Belə ki, müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri Cavabdeh MMC tərəfindən növbəti ayın ilk 5 günü ərzində ödənilməli olduğu halda cavabdeh cəmiyyət üzərinə götürmüş öhdəliyə zidd hərəkət etmiş və borcun ödənilməsindən yayınmışdır. Bununla belə cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan yaranmış borcu tam ödəməkdən hal-hazıra kimi yayınmışdır. Qeyd olunanlara əsasən göstərilmiş xidmətin dəyərinin tam ödənilməməsi, borcla bağlı hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Məhkəmə illik 5% dəbbə pulu olmaqla 2340 manat pul vəsaitin ödənilməsi ilə bağlı hesab edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. İşin hallarından və işdə olan müqavilədən göründüyü kimi tərəflə arasında hər hansı cərimə məbləğinin ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə 300 manat vəkil xidməti ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, işin araşdırılan hallarından və məhkəmə prosesi zamanı iddiaçı tərəfindən belə xərcin çəkilməsini sübut edən hesabdan çıxarış və ya ödənişi təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 26 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 14400,81 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1397/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1397/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver