Məhkəmə qərarları › İş №e-2-2(113)-140/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-140/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-140/2022 28.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X1 oğlunun iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə pul tələbi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 54.395,64 (əlli dörd min üç yüz doxsan beş manat, altımış dörd qəpik) manat əsas borcun, 2.719,78 (iki min yeddi yüz on doqquz manat, yetmiş səkkiz qəpik) cərimə borcunun, həmin müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməməsi nəticəsində cəmiyyətə dəymiş 10.000 (on min manat) manat məbləğində zərərin, cəmi 67.115,45 (altımış yeddi min yüz on beş manat, qırx beş qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdehndən tutularaq, “Aqrar Tədarük və Təchizat“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Aqrar Tədarük və Təchizat“ Açıq Səhmdar Cəmiyyətindən müqavilə öhdəliyi üzrə 15.519,36 manat, dövlət rüsumu olaraq 30 manat, illik 5% hesabı ilə gecikdirilmiş 8 ay üçün 517 manat faiz borcu olmaqla, ümumilikdə 16.066 manat məbləğində pul vəsaitinin “Aqrar Tədarük və Təchizat“ ASC-dən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, İddiaçı ASC “birinci tərəf”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “ikinci tərəf” olmaqla bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş 20 sentyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Hər iki tərəf bəyan edir ki, aralarında yaranmış bütün hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Bu mübahisələrin həlli üçün tərəflər arasında olan Bakı Kommersiya Məhkəməsində e-2- 2(113)-140/2022 saylı kommersiya mübahisəsini barışıq ilə son qoyulmasını elan edirlər.

2. İkinci tərəf öz üzərinə öhdəlik götürür ki, mübahisə predmeti olan 63 ədəd təkrarlanan Win Pro 64 Bit 1 pk DSP OEİ DVD lisenziyalarını geri təhvil almaq şərti ilə təkrarlanmam aqla həmin lisenziyaları eyni sayda yeniləri ilə əvəz edərək Birinci tərəfə təhvil verir. Birinci tərəf işə 63 ədəd təkrarlanan ekspertiza predmeti olmuş Win Pro 64 Bit 1 pk DSP OEİ DVD lisenziyalarını ikinci tərəfə təhvil verməyi öhdəsinə götürür. Bundan əlavə ikinci tərəf 28 ədəd yeni avadanlıqların lisenziya ilə təmin edilməsini öhdəsinə götürür və hər iki tərəf öz öhdəliklərini qarşıqlıqlı təhvil-təslim aktı ilə icra etmiş olur. Bununla da birinci tərəf ikinci tərəfdən tələb etdiyi 21261,24 (iyirmi bir min iki yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində iddia tələbindən imtina etmiş olur.

3. Bundan əlavə ikinci tərəf öhdəlik götürür ki, 12 ədəd Fortigate 80 E avadanlığı üçün müqavilə şərtləri üzrə təhvil verilməli olan lisenziyalarla birinci tərəfi təchiz edir. Birinci tərəf həmin lesenziyaları təhvil almaqla həmin hissədə artıq 37807,20 (otuz yeddi min səkkiz yüz yeddi manat iyirmi qəpik) manat zərər tələbindən imtina etmiş olur.

4. Birinci tərəf yuxarıda qeyd edilən lisenziyalarla ikinci tərəfin onu təchiz etmə razılığını nəzərə alaraq 10 000 (on min) manat zərər, 2719,78 manat cərimə, etmiş olur. Beləliklə də, birinci tərəf iddia tələbində qeyd etdiyi faiz, cərimə və məhkəmə xərcləri hissəsində iddia tələbindən imtina etməklə bağlı öhdəlik götürür və həmin hissədə (qalıq əsas borc məbləği istisna olmaqla) iddia tələbindən imtina etməsini bəyan edir.

5. Tərəflər razılaşırlar ki, ikinci tərəf barışıq sazişi üzrə öz öhdəliklərini yerinə ən geci 1 (bir) ay ərzində yerinə yetirməsə birinci tərəf barışıq sazişinin məcburi icrası ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır.

6. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi imzalandığı və möhürləndiyi andan sonra tərəflər öhdəliklərini icra etdikdən sonra bir-birinə borc və öhdəlikləri qalmır və 2-2(113)- 140/2022 saylı kommersiya mübahisəsi üzrə icraata xitam verilməsi üçün əsasdır.

7. Eləcə də, bu sazişlə təsdiq edilir ki, tərəflərin bir-birinə qarşı 17 yanvar 2020- ci il tarixli 17-01/20 saylı müqavilə və onun icrası ilə bağlı iddia tələbi, şikayəti və narazılığı qalmır və saziş üzrə öhdəliklər icra olunub bitdiyi gündən aralarında olan həmin müqaviləyə xitam verilmiş olur.

8. Tərəflər bu sazişlə öhdəlik götürür ki, mübahisə üzrə barışıq sazişi bağlandıqdan sonra məhkəməyə barışıq sazişinin təsdiq edilməsi üçün müvafiq məktubla müraciət edəcək və icraata xitam verilməsinə etiraz etməyəcəklər.

9. Bu saziş 3 (üç) nüsxədə yazılır, nüsxələr eyni hüquqi qüvvəyə malik olmaqla Azərbaycan dilində tərtib edilib, 1-ci nüsxəsi məhkəmədə, tərəflərin hər birində bir nüsxə olmaqla təqdim edilir.

10. Bu barışıq sazişi icraata xitam veilməsi üçün əsasdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə pul tələbi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Hər iki tərəf bəyan edir ki, aralarında yaranmış bütün hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Bu mübahisələrin həlli üçün tərəflər arasında olan Bakı Kommersiya Məhkəməsində e-2- 2(113)-140/2022 saylı kommersiya mübahisəsini barışıq ilə son qoyulmasını elan edirlər.

2. İkinci tərəf öz üzərinə öhdəlik götürür ki, mübahisə predmeti olan 63 ədəd təkrarlanan Win Pro 64 Bit 1 pk DSP OEİ DVD lisenziyalarını geri təhvil almaq şərti ilə təkrarlanmam aqla həmin lisenziyaları eyni sayda yeniləri ilə əvəz edərək Birinci tərəfə təhvil verir. Birinci tərəf işə 63 ədəd təkrarlanan ekspertiza predmeti olmuş Win Pro 64 Bit 1 pk DSP OEİ DVD lisenziyalarını ikinci tərəfə təhvil verməyi öhdəsinə götürür. Bundan əlavə ikinci tərəf 28 ədəd yeni avadanlıqların lisenziya ilə təmin edilməsini öhdəsinə götürür və hər iki tərəf öz öhdəliklərini qarşıqlıqlı təhvil-təslim aktı ilə icra etmiş olur. Bununla da birinci tərəf ikinci tərəfdən tələb etdiyi 21261,24 (iyirmi bir min iki yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində iddia tələbindən imtina etmiş olur.

3. Bundan əlavə ikinci tərəf öhdəlik götürür ki, 12 ədəd Fortigate 80 E avadanlığı üçün müqavilə şərtləri üzrə təhvil verilməli olan lisenziyalarla birinci tərəfi təchiz edir. Birinci tərəf həmin lesenziyaları təhvil almaqla həmin hissədə artıq 37807,20 (otuz yeddi min səkkiz yüz yeddi manat iyirmi qəpik) manat zərər tələbindən imtina etmiş olur.

4. Birinci tərəf yuxarıda qeyd edilən lisenziyalarla ikinci tərəfin onu təchiz etmə razılığını nəzərə alaraq 10 000 (on min) manat zərər, 2719,78 manat cərimə, etmiş olur. Beləliklə də, birinci tərəf iddia tələbində qeyd etdiyi faiz, cərimə və məhkəmə xərcləri hissəsində iddia tələbindən imtina etməklə bağlı öhdəlik götürür və həmin hissədə (qalıq əsas borc məbləği istisna olmaqla) iddia tələbindən imtina etməsini bəyan edir.

5. Tərəflər razılaşırlar ki, ikinci tərəf barışıq sazişi üzrə öz öhdəliklərini yerinə ən geci 1 (bir) ay ərzində yerinə yetirməsə birinci tərəf barışıq sazişinin məcburi icrası ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır.

6. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi imzalandığı və möhürləndiyi andan sonra tərəflər öhdəliklərini icra etdikdən sonra bir-birinə borc və öhdəlikləri qalmır və 2-2(113)- 140/2022 saylı kommersiya mübahisəsi üzrə icraata xitam verilməsi üçün əsasdır.

7. Eləcə də, bu sazişlə təsdiq edilir ki, tərəflərin bir-birinə qarşı 17 yanvar 2020- ci il tarixli 17-01/20 saylı müqavilə və onun icrası ilə bağlı iddia tələbi, şikayəti və narazılığı qalmır və saziş üzrə öhdəliklər icra olunub bitdiyi gündən aralarında olan həmin müqaviləyə xitam verilmiş olur.

8. Tərəflər bu sazişlə öhdəlik götürür ki, mübahisə üzrə barışıq sazişi bağlandıqdan sonra məhkəməyə barışıq sazişinin təsdiq edilməsi üçün müvafiq məktubla müraciət edəcək və icraata xitam verilməsinə etiraz etməyəcəklər.

9. Bu saziş 3 (üç) nüsxədə yazılır, nüsxələr eyni hüquqi qüvvəyə malik olmaqla Azərbaycan dilində tərtib edilib, 1-ci nüsxəsi məhkəmədə, tərəflərin hər birində bir nüsxə olmaqla təqdim edilir.

10. Bu barışıq sazişi icraata xitam veilməsi üçün əsasdır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar