Məhkəmə qərarları › İş №e-2-2(113)-1400/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1400/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1400/2023 25.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 mart 2020-ci il tarixli, 919/2020 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış 89345,36 manat (səksən doqquz min üç yüz qırx beş manat otuz altı qəpik) borc və müqavilənin pozulması əsasında hesablanmış 8934,54 manat (səkkiz min doqquz yüz otuz dörd manat əlli dörd qəpik) dəbbə pulu olmaqla, ümumilikdə 98279,90 manat (doxsan səkkiz min iki yüz yetmiş doqquz manat doxsan qəpik) məbləğində pul vəsaitinin və 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 mart 2020-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında 919/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan Qiymət razılaşma protokolunda göstərilən malları Cavabdeh MMC-yə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin ödəniş şərtləri başlıqlı 6-cı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Lakin 14 mart 2020-ci il tarixli, 919/2020 saylı müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən elektron-qaimə əsasında malların satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaiməyə əsasən ƏDV daxil 89345,36 manat (səksən doqquz min üç yüz qırx beş manat otuz altı qəpik) məbləğində malın dəyərini tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 7-ci maddənin “Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər” tələbinə əsasən dəfələrlə müqavilənin ödənişlə bağlı hissəsinin icra edilməməsinə görə şifahi şəkildə telefon vasitəsilə və üzbəüz görüşərək müraciət olunmasına, həmçinin yazılı qaydada pretenziya məktubu göndərilməsinə baxmayaraq, ümumilikdə ƏDV daxil 89345,36 manat (səksən doqquz min üç yüz qırx beş manat otuz altı qəpik) borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 9-cu maddəsinin 4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi təqdirdə alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 10%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin dəbbə pulu ilə əlaqəli 10.4-cü maddəsi, eləcə də ödənişlə əlaqəli digər maddələri nəzərə alınmaqla 8934,54 manat (səkkiz min doqquz yüz otuz dörd manat əlli dörd qəpik) dəbbə pulu Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - “Satıcı” qismində İddiaçı MMC ilə “alıcı” qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə 919/2020 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokolunda göstərilən malları alıcıya satmağı (alıcının mülkiyyətinə verməyi), alıcı isə həmin malı qəbul etməyi razılaşdırılmış qaydada malın dəyərini satıcıya tam və vaxtında ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Qiymətlərin razılaşma protokolu ilə müəyyənləşdirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən malın alıcının ünvanına çatdırılması ilə əlaqədar xərclər və digər məcburi ödənişlər malın qiymətinə daxildir. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 (üç) iş günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 4.2ci bəndinə əsasən tərəflər arasında digər müddət barəsində razılıq yoxdursa, sifariş edilmiş mallar satıcı tərəfindən alıcıya onun göstərdiyi müddət ərzində təhvil verilməlidir. Müqavilənin 4.3-cü bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə satılan mallara görə alıcı satıcıya, müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən Qiymətlərin razılaşma protokolunda müəyyənləşdirilmiş məbləğ alıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq birdəfəlik olaraq qabaqcadan nağdsız bank köçürməsi şəklində satıcıya ödənilməlidir. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Müqavilənin 6.3-cü bəndinə əsasən vergilər və digər ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq qaydada ödənilir. Müqavilənin 6.4-cü bəndinə əsasən malın dəyərinin ödənilməsi üçüncü şəxslər tərəfindən də həyata keçirilə bilər. - xx.xx.2023-cü il tarixli, 2 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 919/2020 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin müqavilə üzrə ödənilməmiş öhdəliyi mövcuddur. xx.xx.2023-cü il tarixə kimi Cavabdeh MMC-nin qaimələr üzrə qalıq borc məbləği 89345,36 manat (yazılan qaimələrin məbləği: 118845,36 manat, ödənilən məbləğ: 29500) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 167141 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3653,28 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 167320 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6860,52 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 569914 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 646,64 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 569994 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15594,88 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 994542 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4082,80 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 013296 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3122,28 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 029445 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4571,91 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 080932 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 940,22 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 440858 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1901,10 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 659950 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4040,32 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 975346 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 129,33 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 013609 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4040,32 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 548894 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 766,41 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 796496 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13341,20 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 816213 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8926,70 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 828475 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13725,52 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 023505 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2909,88 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 135818 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1718,08 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 266480 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1969,42 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 267884 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 448,40 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 409014 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 646,64 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 458138 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 635,55 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 856096 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2956,73 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 081524 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1939,92 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 081635 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 624,46 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 308960 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1219,06 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 416055 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9958,02 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 077142 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2364,96 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 160187 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6178,24 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 264827 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 645,70 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 847280 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 64,66 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC və Cavabdeh MMC arasında tətib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 89345,37 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2022-ci il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli, 919/2020 saylı müqavilə üzrə 89345,36 manat (səksən doqquz min üç yüz qırx beş manat otuz altı qəpik) əsas borc, 8934,54 manat (səkkiz min doqquz yüz otuz dörd manat əlli dörd qəpik) dəbbə pulu və 400 manat mediasiya xərci olmaqla, cəmi 98679,90 manat (doxsan səkkiz min altı yüz yetmiş doqquz manat doxsan qəpik) məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2020-ci il tarixli, 919/2020 saylı müqavilə üzrə 89345,36 manat (səksən doqquz min üç yüz qırx beş manat otuz altı qəpik) əsas borc, 8934,54 manat (səkkiz min doqquz yüz otuz dörd manat əlli dörd qəpik) dəbbə pulu və 400 manat mediasiya xərci olmaqla, cəmi 98679,90 manat (doxsan səkkiz min altı yüz yetmiş doqquz manat doxsan qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar