Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1403/2022 27.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “abonent kodunun adının dəyişdirilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 090546 nömrəli, 06 dekabr 2021-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyri-stehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsinə əsasən 10/92-326 nömrəli abonet kodunun adını"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəyişdirilməsini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, dəymiş 2.000,00 (iki min) manat məbləğində maddi ziyanın, mediatorun hesabına ödənilmiş 60,00 (altmış) manat mediasiya xərcinin və dövlət büdcəsinə ödənilmiş 40,00 (qırx) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********02-10301 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 oktyabr 2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.3207 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 4023.80 kv.m-dən ibarət fərdi yaşayış evi Qanuni nümayəndə mülkiyyətindədir. Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 171 nömrəli, 03 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən 0.3207 ha torpaq sahəsinin üzərində olan ümumi sahəsi 4023.80 kv.mdən ibarət fərdi yaşayış evi qeyri yaşayış sahəsinə keçirilmişdir. Bakı Şəhəri 23 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 3M-2277 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş, 05 noyabr 2021-ci il tarixli “İcarə müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən 0.3207 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 4023.80 kv.m-dən ibarət fərdi yaşayış evi Qanuni nümayəndə tərəfindən İddiaçınə icarəyə verilmişdir. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 090546 nömrəli, 06 dekabr 2021-ci il tarixli “Enerji təchizatı müəssisəsi ilə qeyri-stehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsinə əsasən 10/92- 326 nömrəli abonet kodunun adını F/ş F.K.Ələkbərovdan İddiaçı adına dəyişdirilməsi nəzərdə tutulmuşdur. Belə ki, cəmiyyət ilə icarəyə verən şəxs arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli “İcarə müqaviləsi”nin 1.2-ci bəndinə əsasən cəmiyyət icarəyə götürmüş olduğu sahəni ofis, sex və digər xidmətlərin həyata keçirilməsi məqsədi ilə istifadə edəcəyini, həmin Müqavilənin 6.3.4-cü bəndinə uyğun olaraq isə cəmiyyət icarə müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində icarəyə götürmüş olduğu sahənin qorunub saxlanılmasını və kommunal xidmətlərin (elektrik enerjisi, su, kanalizasiya ve s.) ödənilməsini öz üzərinə götürmüşdür. Bu isə cəmiyyətin mühasibat-vergi uçot qaydalarında istifadə etdiyi sahənin yaranmış kommunal xidmətlərinə görə ödənişlərinin vergi orqanında xərclər qrupuna aid edilməsi üçün abonetin adının cəmiyyətin adına qeydiyyatdan keçməsi zəruridir. Bu məqsəd ilə cəmiyyət ilə cavabdeh arasında arasında enerji təchizatının verilməsinə dair müqavilə bağlanmasına baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini yəni abonetin adını cəmiyyətinin adına dəyişdirməmiş və bunu etməkdən imtina edir. Hazırda "xxxx"Açıq Səhmdar Cəmiyyəti arasında abonetin adının dəyişdirilməsi və gələcək öhdəliklərin cəmiyyətin üzərində olması barədə müqavilənin olmasına baxmayaraq cəmiyyətin icarəyə götürmüş olduğu sahəyə görə elektrik enerjisinin sərfiyyatından yaranmış borc yəni hesab ödəniş vərəqəsi əvvəlki abonetin adına gəlməkdə davam edir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən 0.3207 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 4023.80 kv.mdən ibarət qeyri-yaşayış sahəsi Qanuni nümayəndə mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinə dair Qanuni nümayəndə ilə "xxxx" MMC ilə 05 noyabr 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilədə icarə müqaviləsinin 31 dekabr 2025-ci il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. 06 dekabr 2021-ci il tarixdə "xxxx" ASC ilə "xxxx" MMC arasında “Enerji təchizatı müəssisəsi ilə qeyri-stehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqavilə imzalanmışdır. Həmçinin iş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanına dair 10/92-326 saylı abunə kodu üzrə abonentin adı kimi F.K.Ələkbərov qeyd edilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Həmin qaydaların 1.3-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqısatqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə uyğun bağlanmalıdır. Göründüyü kimi, elektrik enerjisinin satışı ancaq enerjitəchizatı müəssisəsi ilə abonet arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırda isə "xxxx" ASC ilə "xxxx" MMC arasında elektrik-enerjisinin alqı-satqısına dair müqavilə bağlanmasına baxmayaraq hələ də, abunə haqqında məlumatda 10/92-326 saylı abunə kodu üzrə F.K.Ələkbərovun adı qalmaqda davam edir. Bundan başqa həmçinin də qeyd edilməlidir ki, 06 dekabr 2021-ci il tarixdə "xxxx" ASC ilə "xxxx" MMC arasında “Enerji təchizatı müəssisəsi ilə qeyri-stehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqısatqısının birtipli” müqavilədə də məhz 0/92-326 saylı abunə kodu üzrə müqavilənin bağlanması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia abonent kodunun adının dəyişdirilməsinin tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın dəymiş 2.000 (iki min) manat məbləğində maddi ziyanın tələb edilməsi hissəsini əsassız hesab edir. Belə ki, iddiaçı tərəf nə iddia ərizəsində, nə də məhkəmə hazırlıq iclasları zamanı maddi ziyanın nədən yarandığını və nə ilə bağlı olduğunu izah edə bilməmişdir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan Arayışdan görünür ki, "xxxx" MMC mediasiya xərci olaraq 60 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iddianın qiymətləndirilən iddia kateqoriyasına aiddir. Belə ki, iddia da 2000 manat məbləğində ziyanın ödənilməsi tələb olunur. Belə olan halda 2000 manat iddia qiyməti üzrə cəmi 40 manat məbləğində dövlət rüsumu ödənilməlidir idi. Ödənilməli olan 40 manat dövlət rüsumu isə ödənilmiş 60 manat məbləğində mediasiya xərci ilə əhatə olunduğundan, iddiaçı tərəf 40 manat rüsumu artıq ödəmişdir. Artıq ödənilmiş dövlət rüsumunun isə cavabdehdən tələb edilməsi əsassızdır. Ona görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 090546 nömrəli, 06 dekabr 2021-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsinə əsasən 10/92-326 nömrəli abonet kodunun adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə dəyişdirilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1403/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1403/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver