Məhkəmə qərarları › İş №e-2-2(113)-1405/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1405/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1405/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 1712/2020 nörməli, 17 dekabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsi və cavabdehdən 10398,16 manat məbləğində pul vəsaiti və 200 manat mediasiya haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1712/2020 saylı alqısatqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən öhdəliyin icra edilməsinə, yəni müqavilə üzrə məhsulun tərəfə verilməsinə baxmayaraq, borclu müqavilə üzrə öhdəliyini tam icra etməmiş, onun faktiki olaraq İddiaçı MMC-yə 10398,16 (on min üç yüz doxsan səkkiz manat on altı qəpik) manat borcu yaranmışdır. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdehin iştirakı ilə aparılmış təftiş nəticəsində onun iddiaçıya 10398,16 manat borcunun olması müəyyən edilmiş, o, bununla razılaşmış və aktı imzası ilə təsdiq etmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, borcunu etiraf edir və ona möhlət verilməsini xahiş edir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə rəsmi xəbərdarlıq edilmiş və borc öhdəliyinin icrası tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisənin həlli barədə keçirilmiş mediasiya sessiyasında cavabdeh işitirak etməmişdir. Beləliklə, işin faktiki və hüquqi əsasları ilə iddia tam sübuta yetirilir və görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmiş və bunun nəticəsində də İddiaçı MMC-yə 10398,16 manat borcu yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 421.2, 442, 443.1, 445.1, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1405/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 1712/2020 nörməli, 17 dekabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsi hissəsində baxılmamış saxlanılmışdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. 39000 dəyərindən artıq mal götürülmüş, 7000 manat ödənilmişdir. Qaytarılan mallar da olubdur. Aktı imzalayanda həmin aktı oxumamışdır. Əvvəlcədən depozitə pul qoymuşdur. 10200 manat məbləği depozitə qoymuşdur.

8. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. 39000 dəyərindən artıq mal götürülmüş, 7000 manat ödənilmişdir. Qaytarılan mallar da olubdur. Aktı atası, yəni cavabdeh imzalayanda həmin aktı oxumamışdır. Əvvəlcədən depozitə pul qoymuşdur. 10200 manat məbləği depozitə qoymuşdur.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2020ci il tarixdə 4-cü mkr dariəsi FM-1712/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və alkoqollu içkiləri bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə və ya hesab-faktura, elektron qaimə, təhviltəslim aktlarında qeyd edilən miqdarda, çeşiddə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti və qiymətlərin qüvvədə olma müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlər Siyahısı” ilə razılaşdırılır. Məhsulların alqı-satqısı satış günü qüvvədə olmuş qiymət üzrə aparılır. Məhsulun qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən mal alıcıya təhvil veriləndə miqdarı, standartlara uyğunluğu, keyfiyyəti və çeşidi qəbul etdiyi zaman alıcı və ya nümayəndəsi tərəfindən yoxlanılır. Müəyyən olunan əksiklik dərhal “Qüsur aktı” tərtib olunaraq sənədləşdirilir. Daha sonra alıcı tərəfindən edilən iradlara görə satıcı məsuliyyət daşımır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən malın təsadüfən məhv olması və zədələnməsi riski, mala dair mülkiyyət hüququ mal müqavilənin 2.2.2-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada təhvil verildiyi andan alıcıya keçir. Həmin müqavilənin 3.9-cu bəndinə əsasən alıcı öhdəlik olaraq qəbul edir ki, müqavilə imzalandığı tarixdən 3 (üç) ay müddətində (yanvar, fevral, mart) aylıq dövriyyə məbləği hər ay üçün minimum 8000 (səkkiz min) manat olmaqla fəaliyyət göstərəcək, 3 (üç) ay müddət bitdikdən sonra illik dövriyyə minimum 120000 (yüz iyirmi min) manat təşkil edəcəkdir. Həmin müqavilənin 3.10-cu bəndinə əsasən satıcı bu müqavilə üzrə ödəniş öhdəliyinin icrası məqsədilə alıcıdan 15000 (on beş min) manat depozit ödənilməsini tələb edir. Müqavilə imzalandıqdan sonra ilkin olaraq alıcı 10000 (on min) manat ,daha sonra iki ay ərzində (yanvar-fevral 2021-ci il) 5000 (beş min) manat depozit ödənişinə dair öhdəliyini icra etməlidir. Bu müqavilə üzrə alıcının satıcı qarşısında hər ayın sonu və ya müqaviləyə xitam verilərkən borc öhdəliyi qalarsa, satıcı depozit hesabdan həmin borcun silinməsi hüququnu saxlayır. Satıcı həmçinin bu müqavilə ilə nəzərdə tutulmuş alıcının borcuna bərabər dəyərdə onun əmlakına girov hüququ əldə edə bilər. Tərəflər arasında borc öhdəlikləri qalmazsa, müqaviləyə xitam verilərkən satıcı alıcının depozit məbləğini qaytarmağa borcludur

10. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 737769 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 67,50 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 847955 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 196 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 847957 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 129,60 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 847973 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 129,60 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 847974 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 64,80 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 847976 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 861,68 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 847980 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1832,23 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 847981 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1068,45 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 847995 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31250,80 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 847997 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 414,64 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 329798 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2299,06 manat (ƏDV daxil) təşkil edir.

21. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 329800 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1565,32 manat (ƏDV daxil) təşkil edir.

22. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 329801 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 175,50 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 409749 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 286,20 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 494584 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 969,82 manat (ƏDV daxil) təşkil edir.

25. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 494585 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 329,49 manat (ƏDV daxil) təşkil edir.

26. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 827156 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1261,08 manat (ƏDV daxil) təşkil edir.

27. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 007681 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2689,62 manat (ƏDV daxil) təşkil edir.

28. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 007687 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 308,25 manat (ƏDV daxil) təşkil edir.

29. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 015072 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 296,10 manat (ƏDV daxil) təşkil edir.

30. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 042272 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 76,03 manat (ƏDV daxil) təşkil edir.

31. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 163984 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3911,47 manat (ƏDV daxil) təşkil edir.

32. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 4-cü mkr dairəsi firma mağazasını işlətmişdir. xx.xx.2021-ci il tarixdən İddiaçı Xətai FM-də satıcı kimi işləyən X2 hal hazırda Xətai FM sahibkarı Musayev Xanoğlanın tövsiyyəsi ilə işə qəbul etdim. xx.xx.2021 tarixdə İddiaçı MMC-nin keçirdiyi təftiş zamanı kassada 7398 manat kəsir aşkar olundu. Bütün xərcləri çıxdıqdan sonra həmin 7398 manat məbləğin qarət olunduğunu aşkar elədi. Satıcı pulun hara, kimə verildiyini ona cavab verə bilmədi. “Bilmirəm” deyə kifayətləndi. Cavabdeh onunla tövsiyyə xarakterli söhbət etmiş və ona törətdiyi əməlin cinayət işi və oğurluq hesab olduğunu izah etmişdir. Cavabdeh ona düşünmək üçün vaxt vermiş, o isə Cavabdeh cavab vermək əvəzinə rayona ailəsinin yanına getmişdir. Onun bu hərəkəti barəsində 102 xidmətinə məlumat verdim. Sonra isə 19-cu Polis bölməsinə dəvət olundu. Cavabdeh Polis bölməsinə X4 barəsində şikayət ərizəsi verdikdən sonra 19-cu Polis Bölməsi vasitəsi ilə rayondan geri qaytarıldı və araşdırmalara başlanıldı. X6 kassada kəsr olan 7398 manat məbləğin harada olmağı və ya xərcləndiyi barəsində izah verə bilmədi. İşlədiyi müddətdə Qədirli X1 çox yaxşı münasibət bəsləmiş, əmək haqqını vaxtında ödəmişdir. Ailəsində problem olduğunu bildikdən sonra əlavə olaraq 1600 manat yardım xarakterli borc vermişdir. Onun Cavabdeh etibarından sui-istifadə edərək dələduzluq edib pul oğurlamasına inana bilmirdi. Halhazırda işi prokrorluğa təqdim etmək üçün müvafiq sənədlər hazırlanır. Mövcud vəziyyəti nəzərə alaraq satıcı X4 tərəfindən mənimsənilmiş 7398 (yeddi min üç yüz doxsan səkkiz) manat məbləğin qanunvericiliyə əsasən alınmasına qədər Cavabdeh möhlət verərdiz.

33. İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli İddiaçı MMC-nin Nəsimi rayonunda yerləşən İV mikrorayon dairəsi adlı firma mağazasının təhviltəslim aktından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixə qədər olan dövrdə müştəriyə satılan malların və onun tərəfindən şirkətə ödənilən vəsaitlərin araşdırması aparılaraq müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə yekun borcu 10398,16 manat təşkil edir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

34. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İV mikrorayon dairəsi adlı firma mağazası Elşən Rüstəmov tərəfindən 10200 manat (ödənişin təyinatı kimi borca görə ödəniş (depozit)) məbləğində pul vəsaiti mədaxil edilmişdir.

35. xx.xx.2024-cü il tarixli, 126-24 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh (VÖEN: **********) adlı fiziki şəxsə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında İddiaçı MMC (VÖEN: **********) tərəfindən 50251 manat (ƏDV daxil) elektron qaimə təqdim edilmişdir. Təqdim edilmiş elektron qaimələrə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-yə 16572 manat ödəniş edilmiş, 23360 manat geri qaytarma edilmiş və yekunda xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə borcu 10398,16 manat təşkil edir.

36. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2021-ci il tarixdən hesablanmaqla 10 (on) iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

37. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

40. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

41. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və alkoqollu içkiləri bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə və ya hesabfaktura, elektron qaimə, təhvil-təslim aktlarında qeyd edilən miqdarda, çeşiddə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfdən cavabdehə mallar təqdim edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və qəbul etdiyi malların dəyərini tam ödəməmişdir. Müqavilədə alıcının ilkin olaraq 10000 (on min) manat, daha sonra iki ay ərzində (yanvar-fevral 2021-ci il) 5000 (beş min) manat depozit ödənişinə dair öhdəliyi müəyyən edilmiş, cavabdeh tərəfindən ilkin olaraq 10200 manat depozit ödənişi edilmişdir. Bu müqavilə üzrə alıcının satıcı qarşısında hər ayın sonu borc öhdəliyi qalarsa, satıcının depozit hesabdan həmin borcun silinməsi hüququnun olması müəyyən edilmiş və cavabdeh tərəfindən depozitə qoyulmuş məbləğ onun borcundan silinmişdir.

42. Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 4-cü mkr dairəsi firma mağazasını işlətmiş, daha sonra həmin mağazanı təhvil vermişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdehin iştirakı ilə aparılmış təftiş nəticəsində onun iddiaçıya 10398,16 manat borcunun olması müəyyən edilmiş, o, bununla razılaşmış və aktı imzası ilə təsdiq etmişdir. Həmin aktdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə borc qalığı 39116,91 manat, ümumi mal qalığı 18518,75 manat olmuş, əskik gələn malların dəyəri 20598,16 manat olmuşdur. Müştərinin qeydi hissəsində “əskik gəlmədən şirkətdə olan 10200 manat məbləğin çıxılmasına etirazım yoxdur” cümləsi və yekun ödəniləcək məbləğin 10398,16 manat olması yazılmışdır. Həmin akt cavabeh tərəfindən imzalanmışdır. Aktda qeyd olunan, depozitdə olan 10200 manatın silinməsi sonradan xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, satıcısı tərəfindən 7398 manat məbləğin mənimsənildiyini bildirərək, həmin məbləğin alınmasına qədər ona möhlət verilməsini xahiş etmişdir.

43. İddia tələbini cavabdehdən 10398,16 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.

44. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və satılmış malların dəyərinin 10319 (on min üç yüz on doqquz) manat təşkil edən ödənilməmiş hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

45. Məhkəmə belə qənaətə gələrkən onu nəzərə almışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında cavabdehin iddiaçıya yekun borcunun 10398,16 manat təşkil etməsi qeyd edilsə də, iddiaçının özü tərəfindən tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 126-24 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 50251 manat (ƏDV daxil) məbləğli elektron qaimələr təqdim edilmiş, cavabdeh tərəfindən iddiaçıya 16572 manat ödəniş olunmuş, 23360 manat geri qaytarma edilmiş və yekunda xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə borcu 10398,16 manat təşkil etmişdir.

46. Müəyyən olunur ki, təqdim olunmuş elektron qaimələr üzrə məbləğ 50183,24 manat təşkil edir. Həmin məbləğdən qeyd olunan məbləğlər çıxıldıqda 10319 manat qalır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh iddiaya etiraz etsə də, iddiaçıya borcunun qalmadığını bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Borcun mövcudluğu təqdim edilən elektron qaimələr, təhvil təslim aktı və digər sübutlarla öz təsdiqini tapır.

47. Eləcə də, iddiaçı 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

48. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10319 (on min üç yüz on doqquz) manat borc, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 10519 (on min beş yüz on doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar