Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1405/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “bocun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC ilə iddiaçı fərdi sahibkar İddiaçı arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alğısatqı müqaviləsinin ləğv edilməsi; Cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar İddiaçı xeyrinə 11075 (on bir min yetmiş beş) manat 85 (səksən beş) qəpik məbləğində borcun; Cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar İddiaçı xeyrinə 320 (üç yüz iyirmi) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin; Cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar İddiaçı xeyrinə 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək hazırki işin e-2- 2(113)-386/2025 saylı işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq, hesab edir ki, işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsaəsn əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş xx.xx.2024-cü il tarixdə, hazırkı iş isə 24 dekabr 2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında olan e-2-2(113)-386/2025 saylı və hazırkı e-2-2(113)-1405/2024 saylı işdə eyni tərəflərin iştirak etdiyini və eyni müqavilədən irəli gələn mübahisə olmasını nəzərə alaraq, işin daha tez yekunlaşması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlər bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “bocun ödənilməsi” tələbinə dair e-2-2(113)- 1405/2025 saylı iş, iddiaçı Trans Service Group” MMC-nin cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair e-2-2(113)-386/2025 saylı işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X2 verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1405/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1405/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver