Məhkəmə qərarları › İş №e-2-2(113)-1407/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1407/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1407/2020 25.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC cavabdeh “X3-in Georgia” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh LLC “X3-in Georgia” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 339.275 ABŞ dolları məbləğində pul vəsaitinin, 16.963,75 ABŞ dolları məbləğində cərimənin, cəmi 356.238,75 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh LLC X3-in Georgia”xxxxtutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (alıcı) və cavabdeh LLC Cavabdeh (satıcı) arasında alınacaq 20.000 baş xırdabuynuzlu mal-qaranın alınması məqsədilə OA- AT/2019 nömrəli xx xxxx 2019-cu il tarixli “Xırda buynuzlu canlı heyvanların( qoyun) alqısatqı müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcının sifarişi əsasında bir başın ortalama çəkisi 30 kiloqram olmaqla 20.000 baş xırdabuynuzlu heyvan təhvil verməyi, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xırdabuynuzlu heyvanları satıcıdan qəbul edib dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, 1 baş xırdabuynuzlu heyvanın dəyəri 76.50 ABŞ dollarıdır. Həmçinin, müqavilənin 3.2-ci bəndinə əsasən, hər partiyaya görə malın çatdırılma müddəti və miqdarı malların spesifikasiyasında alıcı ilə razılaşdırılır. Müqavilə bağlanılan vaxtdan sonra xx xxxx 2019-cu il tarixdə 153.000 ABŞ dolları, xx xxxxxx 2019cu il tarixdə 153.000 ABŞ dolları, xx xxxxxx 2019-cu il tarixdə 19.012,5 ABŞ dolları, xx xxxxxx 2019-cu il tarixdə 300.262,5 ABŞ dolları, ümumilikdə 715.275 ABŞ dolları məbləğində pul alıcı tərəfindən satıcıya ödəniş edilmişdir. Satıcı isə alıcıya 306.000 ABŞ dolları dəyərində 4.000 baş xırdabuynuzlu heyvan vermişdir. Həmçinin satıcı 70.000 ABŞ dolları məbləğində pulu alıcının hesabına geri qaytarmışdır. Lakin hazırki günə qədər satıcı tərəfindən alıcıya 339.275 ABŞ dolları dəyərində xırdabuynuzlu heyvan verilməmişdir. Nəticədə satıcı üzərinə götürdüyü öhdəlikləri vaxtı vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin şərtlərin pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə yazılı müraciət və pretenziya məktubu göndərilmişdir. Lakin qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Satıcı malları müqavilə ilə müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyi üçün, alıcı AR Mülki Məcəlləsinin 599.3-cü maddəsinə əsasən mallar üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edir. Belə ki, hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi 339.275 ABŞ dolları təşkil edir. Həmçinin mövcud borcun ödənişi gecikdirildiyi üçün iddiaçının AR Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən sifarişin təhvil verilməmiş hissəsinin dəyərinin 5 faizi həcmində, yəni 16.963,75 ABŞ dolları məbləğində cərimə tələb etmək hüququ yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “X3-in Georgia” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə İddiaçı (alıcı) arasında xx xxxx 2019-cu il tarixli diri xırda buynuzlu heyvanın (qoyun) alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı Gürcüstan qanunvericiliyinə əsasən identifikasiya edilmiş kəsim üçün diri qoyunların təchizatını, alıcı isə kəsim üçün diri qoyunların ödənişini həyata keçirir. Diri qoyunların sayı təxminən 20.000 baş təşkil edir. 2.1-ci bəndinə əsasən malın qiyməti ABŞ dolları ilə müəyyən olunur və bir baş üçün 76,50 ABŞ dolları təşkil edir. 2.2-ci bəndinə əsasən müqavilənin təxmini məbləği 1.530.000 ABŞ dolları təşkil edir. 7.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə təchiz edilən malın ödənişi ABŞ dolları ilə invoys əsasında, satıcının hesablaşma hesabına 100% qabaqcadan ödəmə yolu ilə həyata keçirilir. LLC “X3-in Georgia”xxxxİddiaçınə 153.000 ABŞ dolları məbləğinə dair 01 saylı invoys təqdim edilmiş və həmin invoys əsasında İddiaçı MMC tərəfindən 105ОСТ********** saylı, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən LLC “X3-in Georgia” şirkətinin hesabına 153.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. LLC “X3-in Georgia”xxxxİddiaçınə 153.000 ABŞ dolları məbləğinə dair 02 saylı invoys təqdim edilmiş və həmin invoys əsasında İddiaçı MMC tərəfindən 105ОСТ********** saylı, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən LLC “X3-in Georgia” şirkətinin hesabına 153.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. LLC “X3-in Georgia”xxxxİddiaçınə 109.012,5 ABŞ dolları məbləğinə dair 03 saylı invoys təqdim edilmiş və həmin invoys əsasında İddiaçı MMC tərəfindən 105ОСТ********** saylı, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən LLC “X3-in Georgia” şirkətinin hesabına 109.012,5 ABŞ dolları məbləğində ödəniş edilmişdir. LLC “X3-in Georgia”xxxxİddiaçınə 300.262,5 ABŞ dolları məbləğinə dair 03 saylı invoys təqdim edilmiş və həmin invoys əsasında İddiaçı MMC tərəfindən 105ОСТ********** saylı, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına LLC “X3-in Georgia” şirkətinin hesabına 300.262,5 ABŞ dolları məbləğində ödəniş etmişdir. **********8374 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, LLC “X3-in Georgia”xxxxİddiaçınə invoys dəyəri 38.250,00 ABŞ dolları olan 500 ədəd qoyun təqdim edilmişdir. **********9263 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, LLC “X3-in Georgia”xxxxİddiaçınə invoys dəyəri 38.250,00 ABŞ dolları olan 500 ədəd qoyun təqdim edilmişdir. **********9267 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, LLC “X3-in Georgia”xxxxİddiaçınə invoys dəyəri 38.250,00 ABŞ dolları olan 500 ədəd qoyun təqdim edilmişdir. **********9259 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, LLC “X3-in Georgia”xxxxİddiaçınə invoys dəyəri 38.250,00 ABŞ dolları olan 500 ədəd qoyun təqdim edilmişdir. **********1213 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, LLC “X3-in Georgia”xxxxİddiaçınə invoys qiyməti 38.250,00 ABŞ dolları olan 500 ədəd qoyun təqdim edilmişdir. **********1211 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, LLC “X3-in Georgia”xxxxİddiaçınə invoys dəyəri 38.250,00 ABŞ dolları olan 500 ədəd qoyun təqdim edilmişdir. **********1202 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, LLC “X3-in Georgia”xxxxİddiaçınə invoys dəyəri 38.250,00 ABŞ dolları olan 500 ədəd qoyun təqdim edilmişdir. **********1193 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, LLC “X3-in Georgia”xxxxİddiaçınə invoys dəyəri 38.250,00 ABŞ dolları olan 500 ədəd qoyun təqdim edilmişdir. İddiaçı pretenziya qaydasında məktubla “X3-in Georgia” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx xxxxxx 2020-ci il tarixdə müraciət edərək, 356.238, 75 ABŞ dolları məbləğində borc öhdəliyi xx xxxx 2020-ci il tarixədək icra edilməsini tələb etmiş, əks halda həmin məbləğin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh “X3-in Georgia” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdeh tərəfindən təqdim edilməli olan mallara (xırdabuymuzlu heyvanlara) görə qabaqcadan - 715.275 ABŞ dolları məbləğində ödəniş etməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, cavabdeh isə iddiaçıya yalnız ümumi dəyəri 306.000 ABŞ dolları olan 4.000 baş xırdabuynuzlu heyvan təqdim etmiş, qabaqcadan ödənilmiş qalan 409.275 ABŞ dolları məbləğində pulun müqabilində isə iddiaçıya mal təqdim etməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Cavabdeh tərəfindən qabaqcadan ödənilmiş pulun 70.000 ABŞ dolları hissəsi iddiaçıya qaytarıldığından hazırda iddiaçı tərəfindən cavabdehə qabaqcadan ödənilmiş və müqabilində mal təqdim edilməmiş məbləğ 339.275 ABŞ dolları təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi çıxış edir. Həmin maddəyə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların dəyəri olan 339.275 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən cavabdeh LLC “X3-in Georgia” şirkətinə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin ödənişin gecikdirildiyi üçün əsas borcun illik 5%-i miqdarında 16.963,75 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 599.4-cü maddəsinə görə satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 449-cu maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iddiaçı tərəfindən həmin müqavilə üzrə qabaqcadan ödənişlərin xx.xx.2019 və xx.xx.2019-cu illər arası dövrdə edildiyini, eləcə də ödənilmiş pulların müqabilində heyvanların 2019-cu ilin avqustunda Azərbaycan Respublikasına gətirilməli olduğu halda hal-hazıradək iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı Mülki Məcəllənin 599.4-cü maddəsinə əsasən bir illik müddət üçün qabaqcadan ödəniş məbləğinin illik beş faizi hesabı ilə faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “LLC Cavabdeh”xxxx339.275 (üç yüz otuz doqquz min iki yüz yetmiş beş) ABŞ dolları məbləğində pul vəsaitinin, həmin vəsaitin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 16.963,75 ABŞ dolları (on altı min doqquz yüz altmış üç dollar, yetmiş beş sent) məbləğində faizlərin, cəmi 356.238,75 ABŞ dolları (üç yüz əlli altı min iki yüz otuz səkkiz dollar yetmiş beş sent) məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq iddiaçı "İddiaçı” MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar