Məhkəmə qərarları › İş №e-2-2(113)-1410/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1410/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1410/2020 12.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, “xxxxxxxxxxx” X2 (MMC) “Kafkas Trading” X1rşı borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 47135,28 manat məbləğində borcun və hazırkı iş üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X6 məhkəməyə tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər: 1) Tərəflər razılaşırlar ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan “xxxxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə dair 2-2-2(l 13)-1410/2020 saylı iş üzrə mübahisəni qarşılıqlı güzəştlər yolu ilə aşağıda göstərilən qaydada həll edirlər. 1.1. Tərəflər qarşılıqlı olaraq razılaşırlar ki, onlar arasında bağlanmış 02/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli müqavilədən Cavabdeh MMC-nin “xxxxxxxxxxx” MMC-yə yaranmış 47135,28 manat borcun Cavabdeh MMC tərəfindən “xxxxxxxxxxx” MMC-yə 40000 manatını hər ay 3000 manat olmaqla xx xxxx 2021-ci il tarixədək ödənilməsi şərti ilə qalan 7135,28 manatından “xxxxxxxxxxx” MMC imtina edir. 1.2. Cavabdeh MMC öhdəsinə götürür ki, “01” iyun 2020-ci ildən başlayaraq hər ay 3000 manat olmaqla “01” iyun 2021-ci il tarixinədək sazişin 1.1.-ci bəndində müəyyənləşdirilən məbləğin ödənilməsini tam təmin edir. Bu zaman 40000 manat məbləğində 4207,36 ( 3000 manat əsas məbləğ, 1207,36 ƏDV olmaqla) manat məbləğinin “08” May 2020-ci il tarixdə ödənildiyi nəzərə almır və həmin məbləğ 40000 manatdan çıxılır və qalıq borc 35792,64 manat məbləğ (34946,63 manat əsas məbləğ və 846.01 manat ƏDV) təşkil edir. 1.3. Cavabdeh MMC 2 (iki) ay ardıcıl olaraq bu sazişlə hər ay üçün ödənilməli olan pul vəsaitini ödəmədikdə “xxxxxxxxxxx” MMC-nin bu sazişlə müəyyənləşdirilən pul vəsaitini bir dəfəyə tələb etmək hüququ yaranır. 1.4. Bu sazişin imzalanması ilə əlaqədar “xxxxxxxxxxx” MMC iddia tələbindən imtina etməsinə dair məhkəməyə ərizə verir, tərəflərin ayn ayrılıqda məhkəməyə təqdim etdikləri müraciətləri əsasında bu saziş məhkəmə tərəfindən təsdiq edilir və bununla da “xxxxxxxxxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair işə xitam verilir və bununla da iddianın təmini tədbiri barədə qərardad ləğv edilir. 1.5.Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır.

2. Sazişin müddəti 2.1.Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 3.Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1.Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. 3.2.Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi “xxxxxxxxxxx” MMC-də, bir nüsxəsi Cavabdeh MMC-də saxlanılmaqla, digər nüsxəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilir.

İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X6 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Həmçinin, cavabdehin nümayəndəsi X6 Bakı Kommersiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, e-2-2(113)-1410/2020 saylı qərardadına əsasən Cavabdeh “X8 Azerbaycan” QSC-də olan M\h:AZ51NABZ********************, S.W.İ.F.T.Bik: KABAAZ22, H\N: AZ37KABA******************** saylı bank hesabının üzərinə 47135,28 manat həcmində qoyulmuş həbsin götürülməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə iddianı təmin etmə tədbirinin ləğv olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

“xxxxxxxxxxx” X4 “Kafkas Trading” X4 arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1) Tərəflər razılaşırlar ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan “xxxxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə dair 2-2-2(l 13)-1410/2020 saylı iş üzrə mübahisəni qarşılıqlı güzəştlər yolu ilə aşağıda göstərilən qaydada həll edirlər. 1.1. Tərəflər qarşılıqlı olaraq razılaşırlar ki, onlar arasında bağlanmış 02/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli müqavilədən Cavabdeh MMC-nin “xxxxxxxxxxx” MMC-yə yaranmış 47135,28 manat borcun Cavabdeh MMC tərəfindən “xxxxxxxxxxx” MMC-yə 40000 manatını hər ay 3000 manat olmaqla xx xxxx 2021-ci il tarixədək ödənilməsi şərti ilə qalan 7135,28 manatından “xxxxxxxxxxx” MMC imtina edir. 1.2. Cavabdeh MMC öhdəsinə götürür ki, “01” iyun 2020-ci ildən başlayaraq hər ay 3000 manat olmaqla “01” iyun 2021-ci il tarixinədək sazişin 1.1.-ci bəndində müəyyənləşdirilən məbləğin ödənilməsini tam təmin edir. Bu zaman 40000 manat məbləğində 4207,36 ( 3000 manat əsas məbləğ, 1207,36 ƏDV olmaqla) manat məbləğinin “08” May 2020-ci il tarixdə ödənildiyi nəzərə almır və həmin məbləğ 40000 manatdan çıxılır və qalıq borc 35792,64 manat məbləğ (34946,63 manat əsas məbləğ və 846.01 manat ƏDV) təşkil edir. 1.3. Cavabdeh MMC 2 (iki) ay ardıcıl olaraq bu sazişlə hər ay üçün ödənilməli olan pul vəsaitini ödəmədikdə “xxxxxxxxxxx” MMC-nin bu sazişlə müəyyənləşdirilən pul vəsaitini bir dəfəyə tələb etmək hüququ yaranır. 1.4. Bu sazişin imzalanması ilə əlaqədar “xxxxxxxxxxx” MMC iddia tələbindən imtina etməsinə dair məhkəməyə ərizə verir, tərəflərin ayn ayrılıqda məhkəməyə təqdim etdikləri müraciətləri əsasında bu saziş məhkəmə tərəfindən təsdiq edilir və bununla da “xxxxxxxxxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair işə xitam verilir və bununla da iddianın təmini tədbiri barədə qərardad ləğv edilir. 1.5.Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır.

2. Sazişin müddəti 2.1.Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 3.Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1.Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. 3.2.Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi “xxxxxxxxxxx” MMC-də, bir nüsxəsi Cavabdeh MMC-də saxlanılmaqla, digər nüsxəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilir.

“xxxxxxxxxxx” X2 “Kafkas Trading” X1rşı borcun tutulması barədə iş üzrə icraata xitam verilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, e-2-2(113)-1410/2020 saylı qərardadına əsasən Cavabdeh “X8 Azerbaycan” QSC-də olan M\h:AZ51NABZ********************, S.W.İ.F.T.Bik: KABAAZ22, H\N: AZ37KABA******************** saylı bank hesabının üzərinə 47135,28 manat həcmində qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar