Məhkəmə qərarları › İş №e-2-2(113)-1413/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1413/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1413/2024 07.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC-dən 12 aprel 2022-ci il tarixli, SPARK-037/2022 saylıalqı-satqı müqaviləsi üzrə olan 89206,63 manat əsas borc, 9000 manat cərimə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiyaya dair xərc, cəmi ümumilikdə 98606,63 manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları 22 fevral 2024-cü il tarixə, saat 10:35-ə və 07 mart 2024-cü il tarixə, saat 11:40-a təyin edilmişdir. Hazırlıq iclaslarında iddiaçının nümayəndəsi iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəblərinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçı artıq ikinci hazırlıq iclasına gəlmir. Cavabdehin isə faktiki ünvanı Xaçmaz şəhərində yerləşir, hər dəfə proseslərə gəlmək cavabdeh üçün çətinlik yaradır, iddiaçı isə gəlmir. Həmçinin iddiaçı öz iddiasını sübut edə bilmir, çünki o şərtlərlə müqaviləyə razı olayıb cavabdeh, təqdim olunan müqavilənin bəzi səhifələrində cavabdehin imzası yoxdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə hazırlıq iclaslarına gəlməmiş və iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar