Məhkəmə qərarları › İş №e-2-2(113)-1414/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1414/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1414/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7080,53 manat məbləğində pulun, 354,02 manat faiz borcunun, habelə 94,35 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəfimizdən xx.xx.2022-ci il tarixli EBCA seriyalı 013841 nömrəli, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 265423 nömrəli, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 460511 nömrəli, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 472295 nömrəli, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 982810 nömrəli, xx.xx.2022-ci il tarixli EBCG seriyalı 225634 nömrəli, xx.xx.2022-ci il tarixli EBCH seriyalı 120970 və 148274 nömrəli, xx.xx.2022-ci il tarixli EBCH seriyalı 587222 nömrəli, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 726902 nömrəli, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 974334 və 975268 nömrəli, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 152168 nömrəli, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 924317 nömrəli, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 241668 nömrəli, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 699932 nömrəli, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 257593 nömrəli, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 783608 nömrəli, xx.xx.2023-cü il tarixli EBCM seriyalı 756583 nömrəli, xx.xx.2023-cü il tarixli EBCO seriyalı 885452 və 982307 nömrəli, xx.xx.2023-cü il tarixli EBDF seriyalı 860189 nömrəli və xx.xx.2023-cü il tarixli EBDH seriyalı 454996 nömrəli elektron qaimə-fakturalar əsasında ümumilikdə 344269,13 manat (ƏDV ilə birlikdə) dəyərində mal və xidmətlər təqdim edilmişdir. Təqdim edilmiş mal və xidmətlərin dəyərindən xx.xx.2022-ci il tarixdə 23600,00 manat, xx.xx.2022-ci il tarixdə 23600,00 manat, xx.xx.2022-ci il tarixdə 26007.20 manat, xx.xx.2022-ci il tarixdə 59000,00 manat, xx.xx.2023-cü il tarixdə 98972.50 manat, xx.xx.2023-cü il tarixdə 27470.40 manat, xx.xx.2023-cü il tarixdə 23600 manat, xx.xx.2023-cü il tarixdə 8024.00 manat, xx.xx.2023-cü il tarixdə 10502 manat olmaqla, ümumilikdə 300776,10 manat (ƏDV ilə birlikdə) ödənilmiş, 43493,03 manat borc qalmışdır. Həmin məbləğin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş, xx.xx.2024-cü il tarixdə qalıq borcdan 36412,50 manat bizim hesaba köçürülmüş, qalan 7080.53 manat (ƏDV ilə birlikdə) məbləğ isə bu günədək ödənilməmişdir. İddiaçı (kreditor) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən müqavilə (onun ayrılmaz hissəsi olan qiymətlərin razılşadırılması protokolu) qüvvəyə mindikdən sonra malları cavabdehə təhvil vermək öhdəliyini vaxtında icra etmiş və müqavilənin 4.4-cü bəndinə əsasən elektron qaimə-faktura əsasında təhvil vermişdir, lakin cavabdeh (borclu) müqavilənin 3.4.1-ci bəndini pozaraq, aldığı malların dəyərini tam ödəməmişdir. İddiaçı (“satıcı”) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 3.1.1-ci bəndinə əsasən həmin müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin tam həyata keçirilməsini cavabdehdən dəfələrlə tələb etmiş, xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərmiş, lakin bugünədək təqdim edilmiş malların tam dəyəri ödənilməmiş, bununla da cavabdeh (borclu) tərəfindən müqavilə şərtləri pozularaq, müqavilə üzrə öhdəliklər tam icra edilməmişdir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə görə satıcı hazırkı müqavilənin tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən malları alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir.

8. Müqavilənin 2.1-ci bəndinə görə malların qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolları ilə müəyyənləşdirilir.

9. Müqavilənin 7.1-ci bəndinə görə hazırkı müqavilə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalandıqdan və möhürləndikdən sonra hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsidir.

10. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə 1- qiymətlərin razılaşdırılması protokoluna ilə müqavilə üzrə təhvil veriləcək malların adı, ölçü vahidi və qiyməti razılaşdırılmışdır.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBCA 013841 nömrəli 42527,79 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 265423 nömrəli 5310 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 460511 nömrəli 20161,48 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD 472295 nömrəli 17346 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD 982810 nömrəli 12036 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCG 225634 nömrəli 3221,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH 120970 nömrəli 30467,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH 148274 nömrəli 14793,66 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH 587222 nömrəli 29240,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCİ 726902 nömrəli 26007,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCİ 974334 nömrəli 47294,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCİ 975268 nömrəli 5097,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 152168 nömrəli 4649,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 924317 nömrəli 6242,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 241668 nömrəli 1239 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 699932 nömrəli 32060,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 257593 nömrəli 2548,80 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 783608 nömrəli 1781,80 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCM 756583 nömrəli 1416 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 885452 nömrəli 1239 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 982307 nömrəli 7965 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDF 860189 nömrəli 23600 manat məbləğində və xx.xx.2023-cü il tarixli EBDH seriyalı 454996 nömrəli 8024 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.

12. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 30858 manat, xx.xx.2022ci ildə 20000 manat, xx.xx.2022-ci ildə 20000 manat, xx.xx.2022-ci ildə 22040 manat, xx.xx.2022-ci ildə 50000 manat, xx.xx.2023-cü ildə 85728,53 manat, xx.xx.2023-cü ildə 23.280 manat, xx.xx.2023-cü ildə 6800 manat, xx.xx.2023-cü ildə 8900 manat pul ödənilmişdir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

26. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bir il üçün illik 5 faiz hesablanmaqla 354,02 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

30. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

31. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

32. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

33. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 7080,53 manat əsas borc və 354,02 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 94,35 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh QSC-dən 7080,53 manat məbləğində əsas borc, 354,02 manat faiz borcu, 94,35 manat dövlət rüsumu, ümumilikdə 7528,90 (yeddi min beş yüz iyirmi səkkiz manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar