Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1416/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı su hesabatının və hesablanmış borcun ləğv edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı xx xxxxxxx 2018-ci il tarixli № MXD 10115 saylı inventar aktına əsasən tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli, MXD 10115 nömrəli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatının və 1647 manat hesablanmış məbləğin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2018-ci il tarixində Bakı şəhəri Xətai rayonu Sukanal İdarəsinin əməkdaşları iddiaçının mülkiyətində olan Xətai rayonu, Xudu Məmmədov küçəsi 11 ünvana gələrək iddiaçının istifadə etdiyi qeyri-yaşayış sahəsi olan yuyucu obyektində sayğacdan kənar xətt olmağını zənn edərək, özlərinin gəldikləri nəticə ilə bağlı həmin tarixdə inventar aktı tərtib etmişlər. Sayğacdan kənar xəttinin olmasını qəbul etmir. Belə ki, həmin sözügedən su xətti yuyucu obyektinin sol tərəfində aparılan tikintiyə aid olmuşdur. Lakin həmin tikinti dövlət orqanı tərəfindən söküldüyü üçün həmin su xətti sahibsiz qalmış, müvafiq orqanın əməkdaşları onun xəbəri olmadan, obyektdə özlərini qərəzli aparmaqla həmin xəttin iddiaçıya aid olması, “qeyri-qanuni istifadə edilmə” barədə inventar aktı tərtib etmişlər. Hadisə xx xxxxxxx 2018-ci il tarixində aşkar edilsə də, hadisənin müəyyən edildiyi gündən 50 gün sonra, yəni xx xxxxxx 2018-ci il tarixində tərtib edilmiş sənədlər poçt vasitəsi ilə ünvana göndərilmişdir. Göndərilən sənədlərdən də göründüyü kimi, hüquq pozuntusu yaranmışdır. Bundan sonra həmin inventar aktı əsasında 10115 nömrəli aktla su təhcizatı və tullantı sularının axıdılması xidmətlərindən qeyri-qanuni istifadəsi təsdiq edilmişdir, hansı ki, inventar aktına əsasən Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, ev 11-in qarşısında bir ədəd D=15 mmlik su sayğacından keçməyən su xəttinin obyektinin qeyri-qanuni istifadəsində olması aşkar edilmiş, kənar xəttin kəsilərək ləğv edilməsi göstərilmişdir. Bunun nəticıəsində “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı haqqında” 081473 saylı müqavilə tərtib etməklə 824 kub.metr su, 824 kub.metr çirkab suları hesablanmaqla, 1647 manat məbləğində faktura tərtib edilmiş, xx xxxxxx 2018 ci il tarixdə ödənilməsi üçün poçt vasitəsi ilə ünvana göndərilmişdir. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2002-ci il tarixində19182705 nömrəli su təchizatı və kanalizasiya xidmətinə görə müqavilə bağlanmışdır.Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su və kanalizasiya xidməti göstərir.İddiaçı məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yuyucu obyektinin sayğacdan kənar xətt olmasını zənn edərək Cavabdeh ASC əməkdaşlarının gəldikləri nəticə ilə bağlı inventar aktı tərtib etmişlər, bu barədə xx xxxxxxx 2018-ci il tarixində nümayəndələr tərəfindən obyektə baxış keçirildiyi və d=15 mm boru vasitəsilə sudan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmiş və bununla əlaqədar MXD-10115 saylı akt tərtib olunaraq, akt əsasında 1647 manat məbləğində dəymiş ziyan hesablanmışdır.İşə əlavə edilmiş Cavabdeh ASC tərəfindən tərtib edilmiş 10115 №-li xx xxxxxxx 2018- ci il tarixli inventar aktdan görünür ki, həmin akt yerində müayinə xarakterli daşımaqla İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev-11 ünvanında yerləşən yuyucu obyektinin su təchizatına baxışla əlaqədar olaraq tərtib edilmişdir.Belə ki, həmin aktda baxış zamanı yalnız aşkar olunan hallar öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, 1647 manat borc iddiaçıya qanunsuz qoşulma ilə bağlı sudan qeyri-qanuni istifadə əsasında hesablanmış borcdur. İddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, Xətai rayonu Sukanal İdarəsində nəzarətçi vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixdə qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman həmin obyektin arxa tərəfində olan çənin su ilə dolu olduğunu, rezin borunun çənin yanında yerə atıldığını və həmin yerə su axdığını müşahidə etmişlər. Xətt kənarda olsa da, rezin borunun həmin xəttə birləşdiyini görmüşlər. Bundan sonra bu barədə müvafiq akt tərtib edilmişdir. Hər ay həmin qeyri-yaşayış sahəsinə baxış keçirilsə də, əvvəllər oxşar halla qarşılaşmamışlar. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixdə bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 081473 nömrəli müqaviləyə əsasən Cavabdeh ASC İddiaçı məxsus obyekti içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, İddiaçı isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. - 10115 nömrəli xx.xx.2018-ci il tarixli inventar aktı ilə müəyyən edilir ki, qeyriyaşayış sahəsinə baxış keçirilərkən sayğacdan keçməyən D=15 mm-lik rezin boru vasitəsilə qeyri-qanuni sudan istifadə edildiyi aşkar olunmuş və kənar xətt kəsilərək ləğv edilmişdir. - 081473 nömrəli, xx.xx.2018-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı ilə 9 ay ərzində qanunsuz istifadə olunmuş suyun miqdarı 824 m3 miqdarında (0,61 m3 x 5 saat x 30 gün(ayda) x 9 ay = 824m3) müəyyən edilmiş və 1647 manat məbləğində dəymiş zərər hesablanmışdır. - Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsinin xx.xx.2019-cu il tarixli, 081473 nömrəli üzləşmə aktından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixə 1641,10 manat məbləğində qalıq borcu olduğu müəyyən edilmişdir. Həmin üzləşmə aktı yalnız Cavabdeh ASC –nin əməkdaşları tərəfindən imzalanmışdır. - Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixli məktubu ilə İddiaçı debitor borcu mövcud olduğundan abonentin ad dəyişikliyi haqqında müraciətindən imtina edilmişdir. - xx.xx.2018-ci il tarixli, ********* nömrəli hesab-fakturadan görünür ki, İddiaçı sudan istifadəyə görə 1648 manat borc hesablanmışdır. - xx.xx.2020-ci il tarixli məhkəmə iclasında qeyri-yaşayış sahəsinə baxış keçirilərkən aparılmış audio-video yazıya (iş materiallarına əlavə olunmuşdur) baxış keçirilmiş və tərtib edilmiş aktla müəyyən olunmuş faktların öz təsdiqini tapdığı aşkar olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, 1464 manat borcun silinməsinə dair iddia təmin olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 43-cü maddəsinə əsasən su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın: 3.1.1-ci maddəsinə əsasən STKM-in STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. 5.1.1-ci maddəsinə əsasən istehlakçıların qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək hüququ vardır. 8.6-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”na 4 nömrəli əlavədə qeyd olunan Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəlində göstərilir ki, d=15 mm-lik borunun saatlıq su sərfiyyatı 0,61 m3, kommersiyayönlü təşkilatlar üzrə 5 saat, iş günlərinin sayı 30 gün,aylıq sərfiyyat 92 m3 olmaqla müəyyən edilir. Cədvəlin “Qeydlər” hissəsinin 3-cü bəndində göstərilir ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətindən yuxarıdakı cədvələ əsasən hesablanır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə baxış keçirilən zaman Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacdan keçməyən D=15 mm-lik rezin boru vasitəsilə qeyriqanuni sudan istifadə edildiyi aşkar olunmuş, kənar xətt kəsilərək ləğv edilmiş və bu barədə 10115 nömrəli xx.xx.2018-ci il tarixli inventar aktı tərtib edilmişdir. Daha sonra Cavabdeh ASC tərəfindən qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı ilə 9 ay ərzində qanunsuz istifadə olunmuş suyun miqdarı 824 m3 miqdarında (0,61 m3 x 5 saat x 30 gün x 9 ay = 824 m3) müəyyən edilmiş və 1647 manat məbləğində dəymiş zərər hesablanmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçıya məxsus göstərilən ünvanda qanunsuz (özbaşına) qoşulma halının aşkar edilməsi tədqiq olunan sübutlarla öz təsdiqini tapmışdır. Qanunsuz qoşulma ilə əlaqədar müvafiq akt tərtib olunmuş və cavabdehin qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ və vəzifəsi yaranmışdır.Bu baxımdan cavabdeh qeyd olunan aktın tərtib olunması və iddiaçıdan dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə ziyanın məbləğinin hesablanmasını ədalətli və əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd olunan Qaydaların 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Cavabdeh hesablamanı həmin maddəyə əsaslanaraq 9 ay müddət üçün aparmışdır. Halbuki məhkəmə iclasında ifadə verən Cavabdeh ASC-nin əməkdaşı olan şahid hər ay qeyd olunan ünvana baxış keçirildiyini və qanunsuz qoşulmanı əvvəllər aşkar etmədilkərini bildirmişdir. Qanunsuz qoşulmanın daha uzun dövrü əhatə etməsi başqa sübutlarla da öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, itirilmiş suyun həcmi 1 (bir) ay müddətinə hesablanmalı (1647 manat : 9 ay=183 manat) və həmin həcm 183 manat məbləğində müəyyən edilməklə, qalan əsassız olaraq hesablanmış 1464 (1647-183=1464) manat məbləğində borc İddiaçı şəxsi hesabından silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə-sinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1464 manat məbləğində borc İddiaçı şəxsi hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1416/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1416/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver