Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1418/2021 05.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X9 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar X3, X4, X1 və İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı X6 121719 manat, X2 154560 manat və X5 154560 manatın cavabdeh tərəfindən ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X3, X4, X1 və İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı X6 121719 manat, X2 154560 manat və X5 154560 manatın cavabdeh tərəfindən ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Məhkəmə iclası zamanı İddiaçı izahatinda bildirdi ki, iddiaçılar vergi ödəyicisi kimi sahibkar statusuna malik deyillər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci və 26.1-ci maddələrinin tələblərindən göründüyü kimi mübahisəyə kommersiya məhkəməsində baxılması ücün qanunvericilik tərəflər arasında yaranmış mübahisənin, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisəyə aid olmasını şərt olaraq göstərir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən onun sahibkar olduğuna dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə iclası zamanı İddiaçı sahibkar statusunun olmadığını bildirir. Bu səbəbdən də iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi cavabdehin ünvanı ünvan 1 ünvanıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclası zamanı iddiaçı və cavabdehin nümayəndəsi işin aidiyyatı üzrə ğöndərilməsinə etiraz etmədiyini bildirdilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 25, 26, 35, 49, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X3, X4, X1 və İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı X6 121719 manat, X2 154560 manat və X5 154560 manatın cavabdeh tərəfindən ödənilməsi tələbinə dair kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1418/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1418/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver