Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1418/2025 06.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin açıq baxış iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -dən İddiaçı MMC-nin xeyrinə 4060,12 manat (dörd min altmış manat on iki qəpik) məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış GPA/X21-002 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən sifarişçi - Cavabdeh MMC müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırılma protokolunda sadalanan xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə - "xxxx" MMC (hazırki adı İddiaçıMMC) sifarişçinin müəyyən etdiyi qaydada və müddətdə qiymətlərin razılaşdırma protokolunda göstərilən xidmətləri göstərməyi öhdəsinə götürür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh öhdəliyini icra etməmişdir. GPA/X21-002 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 8 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən yekun məbləğ 384,68 (üç yüz səksən dörd manat altmış səkkiz qəpik) təşkil edir. xx.xx.2021-ci il tarixli müvafiq təhvil-təslim aktı mövcuddur. EBBK seriyalı, 063475 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 384,68 (üç yüz səksən dörd manat, altmış səkkiz qəpik) təşkil edir. GPA/X21-002 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021ci il tarixli, 7 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən yekun məbləğ 302,08 (üç yüz iki manat səkkiz qəpik) təşkil edir. xx.xx.2021-ci il tarixli müvafiq təhvil-təslim aktı mövcuddur. EBBK seriyalı, 063238 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 302,08 (üç yüz iki manat səkkiz qəpik) təşkil edir. GPA/X21-002 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 6 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən yekun məbləğ 598 manat (beş yüz doxsan səkkiz) təşkil edir. xx.xx.2021-ci il tarixli müvafiq təhvil-təslim aktı mövcuddur. EBBE seriyalı, 158708 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 598 manat (beş yüz doxsan səkkiz) təşkil edir. GPA/X21-002 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 5 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən yekun məbləğ 363,44 manat (üç yüz altmış üç qırx dörd qəpik) təşkil edir. xx.xx.2021-ci il tarixli müvafiq təhvil-təslim aktı mövcuddur. EBBB seriyalı, 002667 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 363,44 manat (üç yüz altmış üç qırx dörd qəpik) təşkil edir. GPA/X21-002 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 4 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən yekun məbləğ 278,48 manat (iki yüz yetmiş səkkiz qırx səkkiz qəpik) təşkil edir. xx.xx.2021-ci il tarixli müvafiq təhvil-təslim aktı mövcuddur. EBBB seriyalı, 000391 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 278,48 manat (iki yüz yetmiş səkkiz manat qırx səkkiz qəpik) təşkil edir. GPA/X21-002 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 3 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən yekun məbləğ 236 manat (iki yüz otuz altı) təşkil edir. xx.xx.2021-ci il tarixli müvafiq təhvil-təslim aktı mövcuddur. EBAX seriyalı, 968068 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 236 manat (iki yüz otuz altı) təşkil edir. GPA/X21-002 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 2 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən yekun məbləğ 304,44 manat (üç yüz dörd manat qırx dörd qəpik) təşkil edir. xx.xx.2021-ci il tarixli müvafiq təhvil-təslim aktı mövcuddur. EBAX seriyalı, 968067 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 304,44 manat (üç yüz dörd manat qırx dörd qəpik) təşkil edir. GPA/X21-002 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 1 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən yekun məbləğ 1593 manat (bir min beş yüz doxsan üç) təşkil edir. xx.xx.2021-ci il tarixli müvafiq təhvil-təslim aktı mövcuddur. EBAX seriyalı, 968065 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 1593 manat (bir min beş yüz doxsan üç) təşkil edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Genergy" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırki iş üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış GPA/X21-002 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə istinad edir. Tərəflər arasında bağlanmış GPA/X21-002 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilədən, qiymətlərin razılaşdırılması protokolundan və iddia ərizəsinə əlavə edilmiş elektron qaimələrdən də göründüyü kimi, iddiaçı Cavabdeh tərəfindən 4060.12 manat məbləğində pulun ödənilmədiyindən artıq 2021-ci ildən məlumatlı idi. Göründüyü kimi, həmin tarixdən artıq 4 ildən çox müddət keçmişdir. İddiaçı ötən 4 il ərzində müqavilə üzrə pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur. Bu isə onu nəzərdə tutur ki, iddiaçı müqavilə üzrə pul borcunun olmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 3 il ərzində məhkəmədə iddia qaldıra bilərdi. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, iddiaçı keçən 4 il ərzində məhkəmədə iddia qaldırmamışdır, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (Maddə 373.2.) Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir (Maddə 373.3). İddiaçının isə hazırki iş üzrə iddia qaldırmaq hüququ 2021-cı il tarixdə yaranmış və 2024-cü ilin fevral ayının 26-sı tarixində isə bitmişdir və müddət bitdiyindən hazırda göstərilən hüquqdan yararlanmaq qeyri-mümkündür. Odur ki, 3 ildən artıq müddət keçməsi səbəbindən iddiaçının iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinin tələbinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Belə ki, qanunvericilik fiziki və hüquqi şəxslərə hüquqdan yararlanmaq üçün müəyyən müddət nəzərdə tutur ki, bu müddəti ötürdükdə bilavasitə olaraq müvafiq hüquqdan məhrum olmuş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilə bilər. Yuxarıda qeyd edilənləri əsas gətirərək, 3 illik iddia müddətini tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi, qarşı tərəfin borcu inkar etmədiyini, iddia müddəti barədə ərizənin əsassız olduğunu bildirdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində "xxxx" MMC (indiki adı İddiaçı MMC) ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, GPA/X21-002 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçi müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda sadalanan xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada və müddətdə qiymətlərin razılaşdırlma protokolunda göstərilən xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən sifarişçi icraçı tərəfindən göstərilən xidmətlərə görə müəyyən edilmiş xidmət haqqı məbləğini tərəflər arasında razılaşdırlmış müvafiq qiymtələrin razılaşdırılması protokoluna əsasən müəyyən edilmiş qaydada köçürmə yolu ilə icraçının müqavilədə müəyyən edilən hesabına ödəyəcəkdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinəcən qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilir.
8. GPA/X21 saylı, 25 fevral 2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 01 saylı qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, hazırkı razılaşmanın ümumi dəyəri 1593 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Qaimə tərəflərin imzası ilə təsdiq edilmişdir.
9. xx.xx.2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, 01 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumi dəyəri 1593 manat olan məhsul Cavabdeh MMC-yə təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt imzalanmamışdır.
10. xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 968065 saylı elektron qaimənin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC (indiki adı İddiaçı MMC) tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1593 manat təşkil edir.
11. GPA/X21 saylı, 25 fevral 2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 02 saylı qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, hazırkı razılaşmanın ümumi dəyəri 304,44 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, 02 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumi dəyəri 304,44 manat olan məhsul Cavabdeh MMC-yə təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 968068 saylı elektron qaimənin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC (indiki adı İddiaçı MMC) tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 304,44 manat təşkil edir.
14. GPA/X21 saylı, 25 fevral 2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 03 saylı qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, hazırkı razılaşmanın ümumi dəyəri 236 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. xx.xx.2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, 03 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumi dəyəri 236 manat olan məhsul Cavabdeh MMC-yə təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 968068 saylı elektron qaimənin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC (indiki adı İddiaçı MMC) tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 236 manat təşkil edir.
17. GPA/X21 saylı, 25 fevral 2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 04 saylı qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, hazırkı razılaşmanın ümumi dəyəri 278,48 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. xx.xx.2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, 04 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumi dəyəri 278,48 manat olan məhsul Cavabdeh MMC-yə təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
19. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 000391 saylı elektron qaimənin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC (indiki adı İddiaçı MMC) tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 278,48 manat təşkil edir.
20. GPA/X21 saylı, 25 fevral 2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 05 saylı qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, hazırkı razılaşmanın ümumi dəyəri 363,44 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
21. xx.xx.2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, 05 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumi dəyəri 363,44 manat olan məhsul Cavabdeh MMC-yə təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
22. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 002667 saylı elektron qaimənin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC (indiki adı İddiaçı MMC) tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 363,44 manat təşkil edir.
23. GPA/X21 saylı, 25 fevral 2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 06 saylı qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, hazırkı razılaşmanın ümumi dəyəri 598 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. xx.xx.2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, 06 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumi dəyəri 598 manat olan məhsul Cavabdeh MMC-yə təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 158708 saylı elektron qaimənin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC (indiki adı İddiaçı MMC) tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 598 manat təşkil edir.
26. GPA/X21 saylı, 25 fevral 2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 07 saylı qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, hazırkı razılaşmanın ümumi dəyəri 302,08 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
27. xx.xx.2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, 07 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumi dəyəri 302,08 manat olan məhsul Cavabdeh MMC-yə təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
28. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 063238 saylı elektron qaimənin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC (indiki adı İddiaçı MMC) tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 302,08 manat təşkil edir.
29. GPA/X21 saylı, 25 fevral 2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 08 saylı qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, hazırkı razılaşmanın ümumi dəyəri 384,68 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
30. xx.xx.2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, 08 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumi dəyəri 384,68 manat olan məhsul Cavabdeh MMC-yə təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
31. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 063475 saylı elektron qaimənin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC (indiki adı İddiaçı MMC) tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 384,68 manat təşkil edir.
32. İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubundan görünür ki, mövcud borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. Məhkəmənin mövqeyi
36. İddia tələbini Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli, GPA/X21-002 nömrəli xidmət müqaviləsi üzrə 4060,12 manat məbləğində pul vəsaitinin tutulması təşkil edir.
37. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GPA/X21-002 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasaən sifarişçi müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda sadalanan xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək, nəzərdə tutulan xidmətləri göstərmiş, cavabdeh isə icraçıya razılaşdırılmış xidmət haqqı ödəmək öhdəliyini icra etməmişdir. İddiaçı cavabdehdən müqavilə üzrə yaranmış xidmət haqqı borcunun ödənilməsini tələb etmiş, cavabdeh isə məhkəmədə iddia qaldırmaq üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin üzrsüz səbəbdən ötürüldüyünü bildirərək, iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
38. Əvvəla qeyd olunmalıdır ki, cavabdehin iddiaçıya qeyd olunan məbləğdə xidmət haqqı borcunun olması işdə olan sübutlarla öz təsdqini tapır. Eyni zamanda cavabdeh də borcun olmasını inkar etmir, iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş edir.
38. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı MMC-nin hazırkı iddia ərizəsi iddia müddəti keçdikdən sonra verilmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş sonuncu təhviltəslim aktının tarixi xx.xx.2021-ci ildir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş hər bir təhvil-təslim aktının 3-cü bəndində qeyd edilmişdir ki, təhvil-təslim aktlarına uyğun olaraq ödənişlər təhvil-təslimdən sonra bank hesabına köçürmə yolu ilə 10 bank günü müddətində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi, İddiaçı MMC isə məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra – 18 dekabr 2024-cü il tarixdə müraciət etmişdir.
40. Beləliklə, belə nəticəyə gəlinir ki, mübahisə tərəfi iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan iddia təmin olunmamalıdır.
41. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova