Məhkəmə qərarları › İş №e-2-2(113)-1425/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1425/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1425/2021 07.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” Azərbaycan-X2rşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” Azərbaycan-X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.860 manat məbləğində əsas borcun, 16.767 manat məbləğində cərimənin, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 21.657 manat məbləğində pulun “xxxx” MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.02.2020-ci il tarixində “xxxx” MMC ilə “xxxx” Azərbaycan-X7 arasında 151 nömrəli avtomobillərə texniki xidmətin göstərilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə cavabdeh tərəfindən təqdim edilən avtomobilə texniki xidmət göstərilmişdir. Xidmətlərlə bağlı cavabdehə 07.02.2020-ci il tarixində 4.860 manat məbləğinə elektron qaimə təqdim edilmişdir. Tərəflərindən dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, artıq 1 ilə yaxındır ki, cavabdeh tərəfindən ödəniş həyata keçirlmir. Bundan başqa müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirlmiş hər gün üçün ümumi məbləğin 1%-i həcmində cərimə ödənilməlidir. Ödəmə tarixinin son gününü 10.02.2020-ci il tarixindən götürdükdə, cavabdeh əlavə olaraq 16.767 manat məbləğində cərimə ödəməlidir (4.860 * 1% = 48.60 * 345 gün = 16.767 manat). Göstərilənlərdən göründüyü kimi cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyərək 4.860 manat məbləğində əsas borcu və 16.767 manat məbləğində cəriməni, cəmi 21.627 manat məbləğində pul vəsaitini ödəmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə baxışında iştirak etmiş cavabdehin nümayəndəsi İ.Rəhimov cavabdehin adından hesab-fakturaya imza etmiş Orxan Nərimanlını tanıdığını bildirmiş və bu vaxta qədər hesab-fakturanın onlara təqdim edilmədiyini, bu səbəbdən xidmət haqqını ödəmədiklərini,hazırda işlərin görülməsini qəbul etdiklərini və iddiaçı tərəflə danışıqlar apararaq xidmət haqqını ödəyəcəklərini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“xxxx” MMC (icraçı) ilə “xxxx” MMC (sifarişçi) arasında 05 fevral 2020-ci il tarixdə avtomobillərə texniki xidmət göstərilməsi barədə 151 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə icraçı sifarişçinin sifarişləri əsasında təqdim etdiyi “Lexus” markalı minik avtomobillərinin texniki baxışının və təmirinin həyata keçirilməsi, habelə onların yanacaq sürtkü materialları, ehtiyat hissələri ilə təmir edilməsi və digər xidmətlərin göstərilməsini, sifarişçi isə görülmüş işlərin haqqının icraçıya ödəməyi öhdəsinə götürür. 2.2.5-ci bəndinə əsasən xidmət haqqını və ehtiyat hissələrinin dəyərini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və müddətdə ödəmək sifarişçinin öhdəliyidir. 5.2-ci bəndinə əsasən tərəflər arasında hər bir avtomobil üzrə sifariş-tapşırığı imzalandıqdan dərhal sonra işlər başlanılana qədər sifarişçi sifariş-tapşırığının ümumi qiymətinin 50%-i qabaqcadan avans şəklində icraçıya ödəməlidir. Sifariş-tapşırıq əsaında görülən işlər 1 gün müddətində icra edilərdə, ümumi qiymətin 100%-i tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra dərhal ödənilməlidir. 5.3-cü bəndinə əsasən sifariş-tapşırıq üzrə ümumi qiymətin qalan hissəsi tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra 3 gün müddətində sifarişçi tərəfindən icraçıya ödənilməlidir. 6.2-ci bəndinə əsasən sifarişçi hər sifariş-tapşırığı üzrə avansı və işlərin haqqını, bu müqavilə ilə şərtləndirilmiş müddətlərdə ödəmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün icraçıya ümumi qiymətin 1% həcmində cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -“xxxx” MMC tərəfindən “xxxx” Azərbaycan-X6 “Lexus LS460L” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin dəyəri olan 4.860 manat (ƏDV daxil) məbləğinə S0021074 saylı hesab-faktura təqdim edilmişdir. Hesab-faktura sifarişçinin adından Orxan Nərimanlı tərəfindən imzalanmışdır. -“xxxx” MMC tərəfindən ƏDV daxil 4860 manat məbləğində xidmətlərin göstərilməsinə dair 07.02.2020-ci il tarixli, EBAG seriyalı, 100807 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “xxxx” Azərbaycan-X6 göndərilmişdir. - “xxxx” MMC tərəfindən “xxxx” Azərbaycan-X6 24.11.2020-ci il tarixli məktub ünvanlanaraq 4.860 manat məbləğində borcun yaxın zamanda ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə “xxxx” Azərbaycan-X7 arasında 05 fevral 2020-ci il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı “xxxx” MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək “xxxx” Azərbaycan-X4 avtonəqliyyat vasitəsinə texniki xidmət göstərmiş, “xxxx” Azərbaycan-X7 göstərilmiş texniki xidmətlərin haqqını tam şəkildə ödəməmiş, nəticədə “xxxx” MMC–yə 4.860,00 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 16.767 manat məbləğində dəbbə pulunun cavabdeh “xxxx” Azərbaycan-X3 tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh “xxxx” Azərbaycan-X5 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 300 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Azərbaycan-X3 4.860 (dörd min səkkiz yüz altmış) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində dəbbə pulu, cəmi 5.160 (beş min yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar