Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1427/2021 30.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Firmasının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İBnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 297653,67 ABŞ dolları (iki yüz doxsan yeddi min altı yüz əlli üç dollar altmlış yeddi sent) və 12931,78 manat (on iki min doqquz yüz otuz bir manat yetmiş səkkiz qəpik) manat tutularaq “Arzu NNN” şirkətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft ŞirkətiCavabdeh ilə “Arzu NNN” şirkətiarasında 25.05.2015-ci il tarixli, 038/2015 saylı “Malların alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən, “Arzu NNN” şirkəti müvafiq malları “DDP Bakı Yük Stansiyası” şərti ilə təchiz etməyi, Cavabdeh isə onları qəbuledərək dəyərini ödəməyi üzərinə götürmüşdür. Göstərilən müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş ümumi dəyəri 2216727,08 (iki mjilyon iki yüz on altı min yeddi yüz iyirmi yeddi dollar səkkiz sent) ABŞ dolları təşkiletmişdir. Müqavilənin 4.3-cü bəndi ilə təchiz edilmiş malların dəyərinin ödəniş gününə olan məzənnə ilə, manatla ödənilməsi müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndində həmçinin Bakı Yük Stansiyasınada çəkilən xərclərin Cavabdeh tərəfindən ödələcəyi nəzərdə tutlmuşdur. Qüvvədə olan müqavilənin 10-cu bəndində həmçinin öhdəliklərin gecikdirilməsinə görə gecikdirmədə təqsiri olan tərəfin cərimə ödəməsi nəzərə tutulmuşdur. Mallar “Arzu NNN” şirkəti tərəfindən vaxtında təchiz edilərək Cavabdehnə təhvil verilmişdir. Ümumilikdə, Cavabdeh sifarişinə əsasən 1983751,03 (bir milyon doqquz yüz səksən üç min yeddi yüz əlli bir dollar üç sent) ABŞ dolları dəyərində mal təchiz edilmişdir. Lakin Cavabdeh tərəfindən malların dəyəri müqavilədə göstərilən qaydada tam ödənilməmişdir. Belə ki, Cavabdeh tərəfindən alınmış mallara görə ümumilikdə səkkiz dəfə, o cümlədən sonuncu ödəniş tarixi 15 fevral 2018-ci il olmaqla, cəmi 3223992,98 manat (üç milyon iki yüz iyirmi üz min doqquz yüz doxsan iki manat doxsan səkkiz qəpik) və ya ödəniş günlərinə olan məzənnə ilə 1884472,45 (bir milyon səkkiz yüz səksən dörd min dörd yüz yetmiş iki dollar qırx beş sent) ABŞ dolları ödəniş edilmişdir. Buradan göründüyü kimi, Cavabdeh tərəfindən təchiz edilmiş mallara görə müqavilə tələblərinə uyğun 99278,57 (doxsan doqquz min iki yüz yetmiş səkkiz dollar əlli yeddi sent) ABŞ dolları az ödənilmiş, yəni İB-nin bu məbləğdə borcu qalmışdır. Bundan başqa, Müqavilənin 1.3-cü bəndinə uyğun olaraq dəmir yol xərcləri də Cavabdeh tərəfindən ödənilməmişdir ki, bu ödənişlərə görə ümumi borc ƏDV daxil olmaqla 12931,78 manat (on iki min doqquz yüz otuz bir manat yetmiş səkkiz qəpik) təşkiledir. Dəfələrlə yazılı şəkildə müraciət edilməsinə baxmayaraq Cavabdeh tərəfindən yuxarıda qeyd edilən borc ödənilməmiş qalmaqdadır. İddiaçı Firmasının nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı Firması ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB arasında bağlanmış 038/2015 saylı 25.05.2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı (İddiaçı Firması) bu müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun Almaniya və Fransada yerləşən Vallourec GmbH şirkətinə məxsus zavodların istehsalı olan avadanlığın (malları) “İnkoterms-2010”-a əsasən DDP Bakı, Azərbaycan şərti ilə Bakı Yük Stansiyasına çatdırır, alıcı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB) isə bu müqavilə əsasında malların dəyərini ödəyir. İş materiallarında olan İddiaçı Firması ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB arasında bağlanmış 038/2015 saylı 25.05.2015-ci il tarixli alqı-satqı müqaviləsinin 1 saylı qoşmasından görünür ki, tərəflər yekun ƏDV ilə 2.216.727,08 ( malların dəyəri 1.878.582,27, ƏDV 338.144,08) ABŞ dolları dəyərində olan 73.02x7,82 mm Q-125 (APİ Spec 5CT) markalı VAM TOP 322 ton miqdarında nasos kompressor borusu, 114.3x9,65 mm Q-125 (APİ Spec 5CT) markalı VAM TOP 299 ton miqdarında nasos kompressor borsununun alqı-satqısı barədə razılığa gəlmişlər. İş materiallarında olan 07 oktyabr 2016-cı il tarxli aktdan görünür ki, 73.02x7,82 mm Q-125 (APİ Spec 5CT) markalı VAM TOP 340.013 ton miqdarında 114.3x9,65 mm Q-125 (APİ Spec 5CT) markalı VAM TOP 315.754 ton miqdarında nasos kompressor borusu satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən qəbul edilmiş, komissiya təsdiqləyənədək saxlanca qoyulmuşdur. Qeyd olunan hal Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin vəkalətnamə əsasında nümayəndəsi olan mühəndis X2 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan HM560926 saylı elektron vergi hesab-fakturasından görünür ki, 02.12.2016-cı il tarixdə 038/2015 saylı müqavilə üzrə ÇZZ 623787 saylı Qaimə fakturaya əsaslanmaqla ƏDV-siz 1.757.438,79 manat, ƏDV ilə birgə 2.073.777,77 manat məbləğində mal İddiaçı Firması tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nə verilmişdir. İş materiallarında olan HM560938 saylı elektron vergi hesab-fakturasından görünür ki, 02.12.2016-cı il tarixdə 038/2015 saylı müqavilə üzrə ÇZZ 623788 saylı Qaimə fakturaya əsaslanmaqla ƏDV-siz 1.466.554,19 manat, ƏDV ilə birgə 1.730.533,94 manat məbləğində mal İddiaçı Firması tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nə verilmişdir. İş materiallarında olan ÇZZ 623788 saylı Qaimə fakturanın kötüyündən görünür ki, 07 oktyabr 2016-cı il tarixdə 114.3x9,65 mm Q-125 (APİ Spec 5CT) markalı VAM TOP 315,754 ton miqdarında nasos kompressor borusu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin vəkalətnamə əsasında nümayəndəsi olan mühəndis X2 tərəfindən qəbul edilərək, qəbul edilmiş malların dəyəri ƏDV-siz 1.466.554,19 manat, ƏDV ilə birgə 1.730.533,94 manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” Azərbaycan ASC tərəfindən təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən İddiaçı Firmasının hesabına 24.01.17-ci il tarixdə 169.491,53 manat, 17.02.17-ci il tarixdə 200.000 manat, 29.03.17-ci il tarixdə 100.000 manat, 21.04.17-ci il tarixdə 400.000 manat, 03.10.17-ci il tarixdə 1.000.000 manat, 29.12.17-ci il tarixdə 766.526,66 manat, 15.02.18ci il tarixdə 137.974,80 manat olmaqla 7 dəfə ödəniş edilmişdir. İş materiallarında olan “X5” ASC tərəfindən təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən İddiaçı Firmasının hesabına 08.12.17-ci il tarixdə 450.000 manat olmaqla 1 dəfə ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər 038/2015 saylı 25.05.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq ona 1 saylı qoşmada göstərilmiş malların alqısatqısı barədə razılığa gəlmişlər. Müqaviləyə 1 saylı qoşmada göstərilmiş mallar təhviltəslim zamanı ümumi dəyəri 3.223.992,99 manat məbləğində müəyyən edilməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən qəbul edilmiş və qaimə fakturalar verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ödənişlər Bank vasitəsilə manatla edilmişdir. Hazırki müqavilə üzrə cavabdeh tərəfindən iddiaçının hesabına ümumilikdə 8 dəfə ayrı-ayrı tarixlərdə ödəniş edilməklə ödənişlərin ümumi məbləği 3.223.992,99 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Belə olan halda verilmiş malların ümumi dəyərinin 3.223.992,99 olduğunu və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən ödənilmiş pulların ümumi məbləğinin 3.223.992,99 manat olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 99278,57 (doxsan doqquz min iki yüz yetmiş səkkiz dollar əlli yeddi sent) ABŞ dolları tutulması hissəsində təmin edilmə bilməz. Belə ki, alıcı tərəfindən bütün öhdəliklər icra edilmişdir. Müqavilə üzrə əsas borcun tutulması hissəsəsində iddia təmin edilmədiyindən,cərimə borcunun tutulması hissəsində də iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddianın digər hissəsi olan Bakı Yük Stansiyasında göstərilmiş xidmətlərə görə 12.931,78 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəf müqavilənin 1.3-cü bəndinin tələblərini rəhbər tutaraq Bakı Yük Stansiyasında çəkilmiş xərclərin 12.931,78 manat hissəsini tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş 129, 131, 132, 139,140 hesab nömrəsi ilə qeyd edilmiş “forma 859” lara əsasən İddiaçı” Firması tərəfindən Bakı Yük Stansiyasında 22.617 manat pulun ödənilməsi qeyd edilsə də, iddiaçı məhkəmə iclasında tərəflər arasında şifahi razılığa əsasən qeyd olunan məbləğdən 12.931,78 manat hissəsini tələb edir. Məhkəmə hesab edir ki, nəqliyyat xərclərinin tutulması hissəsində iddiaçının dəlili əsaslıdır. Belə ki, tərəflər 038/2015 saylı 25.05.2015-ci il tarixli alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən Bakı Yük Stansiyasında göstərilmiş xidmətlərə görə çəkilən xərclərin ödənişi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin X3 İdarəsi tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 12.931 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən alınaraq İddiaçı Firmasına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Firmasının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nə qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. 12.931 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən alınaraq İddiaçı Firmasına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1427/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1427/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver