Məhkəmə qərarları › İş №e-2-2(113)-143/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-143/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-143/2020 05.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Holcim (Azərbaycan) ASC-yə qarşı pulun tutulması tələbinə dair iddiası və iddiaçı Holcim (Azərbaycan) ASC-nin cavabdeh İddiaçı MMC-yə qüsurların aradan qaldırılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC xx.xx.2019-cu il tarixdə cavabdeh Holcim (Azərbaycan) ASC-yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı Holcim (Azərbaycan) ASC xx.xx.2020-ci il tarixdə cavabdeh İddiaçı MMC-yə qüsurların aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-994/2020 saylı qərardadı ilə iddiaçı Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətinin cavabdeh İddiaçınə qarşı cavabdehin iddiaçı üçün tərtib etdiyi **********2305 saylı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsində, 22-ci qrafada malın ümumi invoys dəyərinə düzəliş edilərək invoys dəyərinin 232791,37 Avro kimi göstərilməsi, **********8902 saylı xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsində 44-cü qrafada ********** saylı alış sifarişinin tarixinə düzəliş edilərək xx.xx.2018 əvəzinə, xx.xx.2018 kimi qeyd edilməsi, **********153 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsində 44-cü qrafada alış sifarişinin nömrəsi əvəzinə müqavilə nömrəsinin qeyd edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə kommersiya işi İddiaçı cavabdeh Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətinə qarşı Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətindən İddiaçı xeyrinə 30.920,37 manat əsas borc, 5.189,72 manat dəbbə pulu (cərimə), vurulmuş zərərin əvəzi olaraq 1200 manat, cəmi 37.310 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-143/2020 saylı kommersiya işinə birləşdirilmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Tərəflər təsdiq edirlər ki, güzəşt nəticəsində “Holcim (Azərbaycan)” ASC-nin "İddiaçı" MMC-yə borcunun məbləği cəmi 24 000 (iyirmi dörd min) manat müəyyən edilsin.

2. Holcim (Azərbaycan) ASC 24 000 (iyirmi dörd min) manat borc məbləğini X3 təsdiq edilməsi barədə məhkəmə qərardadının qüvvəyə minməsindən etibarən 14 (ön dörd) gün ərzində "İddiaçı" MMC-yə ödəməyi öhdəsinə götürür.

3. 24 000 (iyirmi dörd min) manat borc məbləğininin tam ödənilməsindən sonra, Holcim (Azərbaycan) ASC-nin "İddiaçı" MMC qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir, "İddiaçı" MMC-nin “Holcim (Azərbaycan)” ASC-yə qarşı xx.xx.2015-ci il tarixli, HA/0149/15/MLT saylı xidmət müqaviləsi üzrə və ya hər-hansı digər müqavilə üzrə heç bir tələbi yoxdur (qalmır).

4. X3 qüvvəyə minməsi ilə tərəflər bir-birinə qarşı məhkəmə iddialarından imtina edirlər.

5. Holcim (Azərbaycan) ASC tərəfindən ödəniş bu Barışıq Sazişində müəyyən olunmuş qaydada həyata keçirilmədikdə "İddiaçı" MMC X3 məcburi qaydada icraya yönəldilməsi üçün məhkəməyə müraciət edəcəkdir.

6. X1 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir.

7. X2 Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Holcim (Azərbaycan) ASC-yə qarşı pulun tutulması tələbinə dair və iddiaçı Holcim (Azərbaycan) ASC-nin cavabdeh İddiaçı MMC-yə qüsurların aradan qaldırılması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Tərəflər təsdiq edirlər ki, güzəşt nəticəsində Holcim (Azərbaycan) ASC-nin "İddiaçı" MMC-yə borcunun məbləği cəmi 24 000 (iyirmi dörd min) manat müəyyən edilsin.

2. Holcim (Azərbaycan) ASC 24 000 (iyirmi dörd min) manat borc məbləğini X3 təsdiq edilməsi barədə məhkəmə qərardadının qüvvəyə minməsindən etibarən 14 (ön dörd) gün ərzində "İddiaçı" MMC-yə ödəməyi öhdəsinə götürür.

3. 24 000 (iyirmi dörd min) manat borc məbləğinin tam ödənilməsindən sonra, Holcim (Azərbaycan) ASC-nin "İddiaçı" MMC qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir, "İddiaçı" MMC-nin Holcim (Azərbaycan) ASC-yə qarşı xx.xx.2015-ci il tarixli, HA/0149/15/MLT saylı xidmət müqaviləsi üzrə və ya hər-hansı digər müqavilə üzrə heç bir tələbi yoxdur (qalmır).

4. X3 qüvvəyə minməsi ilə tərəflər bir-birinə qarşı məhkəmə iddialarından imtina edirlər.

5. Holcim (Azərbaycan) ASC tərəfindən ödəniş bu Barışıq Sazişində müəyyən olunmuş qaydada həyata keçirilmədikdə "İddiaçı" MMC X3 məcburi qaydada icraya yönəldilməsi üçün məhkəməyə müraciət edəcəkdir.

6. X1 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir.

7. X2 Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar