Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1434/2025 04.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən müqavilə üzrə təchiz edilmiş inşaat materiallarının dəyəri olan 23955.6 manat əsas borc və 4312.01 manat ƏDV borcu və ödənişin gecikdirilməsinə görə hesablanmış faiz borcu məbləği 1345 AZNmanat olmaqla, ümumilikdə 29,612.61 AZN (iyirmi doqquz min altı yüz on iki manat altmış bir qəpik) pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 179 (yüz yetmiş doqquz) manat manat məbləğində pulun Cavabdeh MMC tərəfindən İddiaçı MMC -yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim etməklə, aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 30 yanvar 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bir tərəfdən, bundan sonra “İddiaçı” aldandırılacaq İddiaçı MMC adından şirkətin direktoru X3, digər tərəfdən bundan sonra “Cavabdeh” adlandırılacaq Cavabdeh MMC- nin direktoru X1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191-ci maddəsinə uyğun olaraq bu barışıq sazişini imzalamaqla öz aralarında olan hüquqlar və iddialar barəsində hal-hazırda Bakı Kommersiya Məhkəməsinin (sədrlik edən - Günay Həşimova) icraatında olan e-2-2( 113)- 1434/2025 saylı, “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə” dair mülki mübahisəni qarşılıqlı güzəştlər yolu ilə, bu Sazişdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər. I. Mübahisənin predıııeti 1.1. Cavabdeh MMC tərəfindən təhvil verilmiş inşaat materiallarının dəyəri olan 28,267.61 (iyirmi səkkiz min iki yüz altmış yeddi manat, altmış bir qəpik) AZN və ödənişin gccikdirilməsinə görə hesablanmış faiz məbləği 1345 AZN olmaqla, ümumilikdə 29,612.61 (iyirmi doqquz min altı yüz on iki manat, altmış bir qəpik) AZN məbləğində pulun İddiaçı MMC-yə ödənilməsi.
2. Barışıq sazişinin şərtləri və tərəflərin öhdəlikləri 2.1. Tərəflər təsdiq edir ki, öz maraqlan naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Cavabdeh MMC tərəfindən İddiaçı MMC-ə 29,612.61 (iyirmi doqquz min altı yüz on iki manat, altmış bir qəpik) AZN (ƏDV daxil) məbləğində borcunun müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. 2.2. Cavabdeh MMC İddiaçı MMC-ə 29,612.61 (iyirmi doqquz min altı yüz on iki manat, altmış bir qəpik) AZN (ƏDV daxil) məbləğində borcu xx.xx.2026- cı il tarixindən gec olmayaraq tam ödəyəcəkdir. 2.3. Cavabdeh MMC 12 ay müddətində 29,612.61 (iyirmi doqquz min altı yüz on iki manat, altmış bir qəpik) AZN (ƏDV daxil) məbləğində borcu hissəli şəkildə İddiaçı MMC-yə ödəyəcəkdir. 2.4. Ödəniş qaydası:
15.02.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN,
15.03.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN,
15.04.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN,
15.05.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.06.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.07.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.08.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.09.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.10.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.11.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.12.2025- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.01.2026- cı il tarixdən gec olmayaraq 2,113.00 (iki min yüz on üç) AZN pul ödəniləcəkdir. 2.5. Ödəniş üsulu: Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 2.6. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə birbirinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. 2.7. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur. 2.8. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. 2.9. Barışıq sazişinin şərtlərinin icra edilməsi qaydası 2.10. Barışıq sazişi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə müraciət edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq sazişinin şərtləri ilə razı olmasına dair izahat təqdim edirlər. 2.11. Tərəflər arasında bağlanmış, imzalanmış hazırkı barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilir, barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin (sədrlik edən - Günay Həşimova) icraatında olan e-2-2(l 13)-1434/2025 saylı kommersiya mübahisəsi ilə bağlı icraatına xitam verilməsi üçün əsasdır.
3. Xüsusi qeydlər 3.1. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib edilmiş, imzalanmış və hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır, bir nüsxəsi barışıq sazişinin təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. 3.2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin şərtləri, sazişinin bağlanması qaydası onların könüllü iradəsini əks etdirir. 3.3. Tərəflər bəyan edirlər ki, hazırki barışıq sazişinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881 -ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 -ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir. 3.4. Tərəflər bəyan edirlər ki, banşiq sazişinin bağlanmasının hüquqi nəticələrinin əks olunduğu AR MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir və aydındır. 3.5. Tərəflər bəyan edirlər ki, banşiq sazişinin bağlanması nəticəsində məhkəmə mübahisə üzrə işin icraatına AR MPM-nin 261.0.5-ci maddəsinin tələblərinə görə xitam verilməsi onlara izah edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 30 yanvar 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
Bir tərəfdən, bundan sonra “İddiaçı” aldandırılacaq İddiaçı MMC adından şirkətin direktoru X3, digər tərəfdən bundan sonra “Cavabdeh” adlandırılacaq Cavabdeh MMC- nin direktoru X1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191-ci maddəsinə uyğun olaraq bu barışıq sazişini imzalamaqla öz aralarında olan hüquqlar və iddialar barəsində hal-hazırda Bakı Kommersiya Məhkəməsinin (sədrlik edən - Günay Həşimova) icraatında olan e-2-2( 113)- 1434/2025 saylı, “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə” dair mülki mübahisəni qarşılıqlı güzəştlər yolu ilə, bu Sazişdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər. II. Mübahisənin predıııeti 1.2. Cavabdeh MMC tərəfindən təhvil verilmiş inşaat materiallarının dəyəri olan 28,267.61 (iyirmi səkkiz min iki yüz altmış yeddi manat, altmış bir qəpik) AZN və ödənişin gccikdirilməsinə görə hesablanmış faiz məbləği 1345 AZN olmaqla, ümumilikdə 29,612.61 (iyirmi doqquz min altı yüz on iki manat, altmış bir qəpik) AZN məbləğində pulun İddiaçı MMC-yə ödənilməsi.
4. Barışıq sazişinin şərtləri və tərəflərin öhdəlikləri 4.1. Tərəflər təsdiq edir ki, öz maraqlan naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Cavabdeh MMC tərəfindən İddiaçı MMC-ə 29,612.61 (iyirmi doqquz min altı yüz on iki manat, altmış bir qəpik) AZN (ƏDV daxil) məbləğində borcunun müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. 4.2. Cavabdeh MMC İddiaçı MMC-ə 29,612.61 (iyirmi doqquz min altı yüz on iki manat, altmış bir qəpik) AZN (ƏDV daxil) məbləğində borcu xx.xx.2026- cı il tarixindən gec olmayaraq tam ödəyəcəkdir. 4.3. Cavabdeh MMC 12 ay müddətində 29,612.61 (iyirmi doqquz min altı yüz on iki manat, altmış bir qəpik) AZN (ƏDV daxil) məbləğində borcu hissəli şəkildə İddiaçı MMC-yə ödəyəcəkdir. 4.4. Ödəniş qaydası:
15.02.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN,
15.03.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN,
15.04.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN,
15.05.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.06.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.07.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.08.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.09.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.10.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.11.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.12.2026- ci il tarixdən gec olmayaraq 2,500.00 (iki min beş yüz) AZN, 15.01.2027- cı il tarixdən gec olmayaraq 2,113.00 (iki min yüz on üç) AZN pul ödəniləcəkdir. 4.5. Ödəniş üsulu: Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 4.6. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə birbirinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. 4.7. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur. 4.8. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər 4.9. Barışıq sazişinin şərtlərinin icra edilməsi qaydası 4.10. Barışıq sazişi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə müraciət edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq sazişinin şərtləri ilə razı olmasına dair izahat təqdim edirlər. 4.11. Tərəflər arasında bağlanmış, imzalanmış hazırkı barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilir, barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin (sədrlik edən - Günay Həşimova) icraatında olan e-2-2(l 13)-1434/2025 saylı kommersiya mübahisəsi ilə bağlı icraatına xitam verilməsi üçün əsasdır.
5. Xüsusi qeydlər 5.1. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib edilmiş, imzalanmış və hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır, bir nüsxəsi barışıq sazişinin təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. 5.2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin şərtləri, sazişinin bağlanması qaydası onların könüllü iradəsini əks etdirir. 5.3. Tərəflər bəyan edirlər ki, hazırki barışıq sazişinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881 -ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 -ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir. 5.4. Tərəflər bəyan edirlər ki, banşiq sazişinin bağlanmasının hüquqi nəticələrinin əks olunduğu AR MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir və aydındır. 5.5. Tərəflər bəyan edirlər ki, banşiq sazişinin bağlanması nəticəsində məhkəmə mübahisə üzrə işin icraatına AR MPM-nin 261.0.5-ci maddəsinin tələblərinə görə xitam verilməsi onlara izah edilmişdir.
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Həşimova