Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1436/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X2 Kompleksi” MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi X1 qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X2 Kompleksi” MMC-yə qarşı xx.xx.2018-ci il tarixli 1137- GL/18 saylı, xx.xx.2016-cı il tarixli 03-LA/16 saylı və xx.xx.2017-ci il tarixli 05-LA/17 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) cavabdeh “X2 Kompleksi” MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 381680 (üç yüz səksən bir min altı yüz səksən) manat gecikdirilmiş borcun və hesablanmış 174427,76 (bir yüz yetmiş dörd min dörd yüz iyirmi yeddi manat 76 qəpik) manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış ******* (bir milyon bir yüz altmış iki min bir yüz iyirmi) manat gecikdirilmiş borcun və hesablanmış 687972,88 (altı yüz səksən yeddi min doqquz yüz yetmiş iki manat 88 qəpik) manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 15491 (on beş min dörd yüz doxsan bir) manat gecikdirilmiş borcun və hesablanmış 9867,99 (doqquz min səkkiz yüz altmış yeddi manat 99 qəpik) manat cərimə borcunun , hüquqi yardımla bağlı 500 (beş yüz) manat cəmi: 2432059,63 (iki milyon dörd yüz otuz iki min əlli doqquz manat 63 qəpik) manat pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçıAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1137- GL/18 nömrəli,xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli və xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə 381680 manat gecikdirilmiş borcu və hesablanmış 174427,76 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə ******* manat gecikdirilmiş borcu və hesablanmış 687972,88 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə isə 15491 manat gecikdirilmiş borcu və hesablanmış 9867,99 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli və xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli lizinq müqavilələrindən görünür ki, "xxxx" ASC cavabdehə müvafiq olaraq məhsuldarlığı 10 ton/saat olan yem dəyirmanı avadanlıqları, heyvandarlıq kompleksi üçün avadanlıqlarının və DON-680 markalı yemyığan kombaynı satış dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər.
9. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
10. xx.xx.2016-cı il tarixli 03-LA/16 saylı lizinq müqaviləsinə cərimənin hesablanması qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2016-cı ilin İİİ rübündən başlayaraq 2026-cı ilin İİİ rübünə qədər olan dövrdə ümumilikdə 174427.76 manat məbləğində cərimə ödənişləri edilməli idi.
11. xx.xx.2018-ci il tarixli 1137-GL/18 saylı lizinq müqaviləsinə cərimənin hesablanması qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2018-ci ilin İ rübündən başlayaraq 2023-cü ilin İV rübünə qədər olan dövrdə ümumilikdə 687972.88 manat məbləğində cərimə ödənişləri edilməli idi.
12. xx.xx.2017-ci il tarixli 05-LA/17 saylı lizinq müqaviləsinə cərimənin hesablanması qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2018-ci ilin İV rübündən başlayaraq 2023-cü ilin İİİ rübünə qədər olan dövrdə ümumilikdə 9867.99 manat məbləğində cərimə ödənişləri edilməli idi.
13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixli 03-LA/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan “X2 Kompleksi” MMC-nin gecikdirilmiş borcu 381680 manat, cərimə borcu 174427.76 manat olmaqla cəmi borc 556107.76 manat təşkil edir.
14. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli 1137-GL/18 saylı lizinq müqaviləsi üzrə lizinq alan “X2 Kompleksi” MMC-nin gecikdirilmiş borcu 15 491 manat, cərimə borcu 9867.99 manat olmaqla cəmi borc 38729 manat təşkil edir.
15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli 05-LA/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan “X2 Kompleksi” MMC-nin gecikdirilmiş borcu 1 162 120 manat, cərimə borcu 687972.88 manat olmaqla cəmi borc 2 475 924.12 manat təşkil edir.
16. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən 5 saylı vəkil bürosunun hesabına 500 manat köçürülmüşdür.
17. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. V. Tətbiq edilən hüquq:
19. AR Mülki Məcəlləsinin: - - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. AR MPM-in: - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
Vİ.Məhkəmənin mövqeyi:
21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə cavabdeh “X2 Kompleksi” MMC arasında xx.xx.2016-cı il tarixli 03-LA/16 saylı, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli və xx.xx.2018-ci il tarixli 1137-GL/18 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh alan “X2 Kompleksi” MMC lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə alan “X2 Kompleksi” MMC lizinq müqavilələri üzrə gecikdirilmiş borcu yaranmışdır.
23. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh “X2 Kompleksi” MMC-nin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə “X2 Kompleksi” MMC-nin lizinq ödənişləri üzrə 1 559 291 manat (381680 manat + ******* manat + 15491 manat) məbləğində gecikdirilmiş borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqaviləsi üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
24. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2016-cı il tarixli 03-LA/16 saylı saylı müqavilə üzrə dəbbə pulu 5000 manat, xx.xx.2017-ci il tarixli 05- LA/17 saylı müqavilə üzrə dəbbə pulu 10000 manat, xx.xx.2018-ci il tarixli 1137-GL/18 saylı müqavilə üzrə 500 manat məbləğində müəyyən edilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 381680 (üç yüz səksən bir min altı yüz səksən) manat əsas borc və hesablanmış 5000 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış ******* (bir milyon bir yüz altmış iki min bir yüz iyirmi) manat əsas borc və hesablanmış 10000 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 15491 (on beş min dörd yüz doxsan bir) manat əsas borc və hesablanmış 500 manat cərimə borcunun , hüquqi yardımla bağlı iddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində pul cavabdeh “X2 Kompleksi” MMC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 1577.4 manat təşkil edir.
28. Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1577.4 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 381680 (üç yüz səksən bir min altı yüz səksən) manat əsas borc və hesablanmış 5000 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış ******* (bir milyon bir yüz altmış iki min bir yüz iyirmi) manat əsas borc və hesablanmış 10000 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 15491 (on beş min dörd yüz doxsan bir) manat əsas borc və hesablanmış 500 manat cərimə borcunun , hüquqi yardımla bağlı iddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində pul cavabdeh “X2 Kompleksi” MMC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 1577.4 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova