Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1437/2023 13.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN:**********2) 02 iyun 2022-ci il tarixli, 345-İ/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 250 manat borc, 30 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 20 manat, cəmi 300 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyilsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır, belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı İmişli rayonu, Kəpəz küçəsi, ev 4-dür. Göründüyü kimi iddiaçı hazırki ərizə ilə Bakı Kommersiya Məhkəməsinə deyil, ərazi məhkəmə aidiyyəti üzrə Cavabdeh qeydiyyat ünvanı üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət etməlidir Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, hazırki iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1437/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1437/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver