Məhkəmə qərarları › İş №e-2-2(113)-1438/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1438/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1438/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, ES27/05 saylı, xx.xx.2024-cü il tarixli “Malların alqı-satqı Müqaviləsi”-nə uyğun olaraq cavabdehə təhvil verilmiş malların dəyəri 14307.50 AZN (on dörd min üç yüz yeddi manat, 50 qəpik), hüquqi yardıma görə ödənmiş 520 AZN və iddianın məhkəməyə verilməsinə görə ödənilmiş 134,48 AZN dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında Cavabdeh MMC-nin "xxxx" qismində, ES PLAS MMC-nin isə Satıcı qismində çıxış etdiyi ES27/05 saylı, xx.xx.2024-cü il tarixli “Malların alqı-satqı Müqaviləsi” bağlanmışdır. Şifahi razılaşmaya və müqaviləyə əsasən Satıcının satış fakturalarında adı, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən məhsullar alıcıya verilir, alıcı isə malın qiymətinə uyğun olaraq məhsulun dəyərini ödəyir. **********04221 saylı, xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki dəyəri 3415 AZN olan plastik məhsullar; · **********01069 saylı, xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki dəyəri 440 AZN olan plastik məhsullar; · **********04460 saylı, xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki dəyəri 4065 AZN olan plastik məhsullar; · **********04820 saylı, xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki dəyəri 2745 AZN olan plastik məhsullar; · **********00095 saylı, xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki dəyəri 3642,50 AZN olan plastik məhsullar; Alıcı olaraq Cavabdehə təhvil verilmiş, lakin məhsulların dəyəri bugünədək ödənilməmişdir. Satış fakturası məhsulların təhvil verilməsinə dair hər iki tərəfin səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiqlənmişdir. Aşağıda göstərilənlərə əsasən 14307.50 AZN (on dörd min üç yüz yeddi manat, 50 qəpik) AZN zərər məbləği, hüquqi yardıma görə ödənmiş 520 AZN və 134.48 AZN iddianın məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumu Cavabdehdən İddiaçının xeyrinə tutulmalıdır.

3. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-1741/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli, ES 27/05 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı göndərmiş olduğu elekron qaimələrdə adı, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən məhsulları ilə alıcını təchiz edəcəkdir.

12. Müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan məhsulların qiyməti elektron qaimədə qeyd olunur.

13. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBED seriyalı, 811926 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 3.642,50 manat, EBED seriyalı 596873 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 2.745 manat, eBED seriyalı 580923 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 7.920 manat olan elektron qaimələr göndərilmişdir.

17. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 14.307,50 manat təşkil edir.

18. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci və 2.1-ci bəndinin şərtləri, yəni tərəflərin özlərinin mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsi də, nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

20. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 14.307,50 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

21. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

22. Ona görə də, Məhkəmə hesab edir ki, iddia borcun tələb edilməsi hissəsində təmin olunmalı, 14.307,50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə hesab edir ki, iddianın 520 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.

24. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixli order verilmişdir.

25. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 520 manat məbləğində ödəniş edilmişdir

26. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

27. Bundan başqa, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 134,48 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

28. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 134,48 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir.

29. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 14.307 (on dörd min üç yüz yeddi) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 134 (bir yüz otuz dörd) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar